Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-29/2023 22.02.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 21829 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, baldızı və eyni zamanda xalası qızı X2 ailə quran zaman xalası Cavabdeh qızına cehiz almaq üçün pulu olmadığını bildirərək, ondan borc pul istəmiş və Rusiya Federasiyası Rostov şəhərində yerləşən evini satıb ödəyəcəyini demişdir. O, da cavabdehə inanaraq özünün və qohumlarının adına lombartdan kredit götürərək cehiz əşyaları almışdır. O, 3600 manat dəyərində 1 ədəd “Eurolux 2643” markalı qaz sobası, Medeyradan 1699 manat dəyərində mətbəx mebeli, Gəncə-Şəmkir yolunda yerləşən mebel mağazasından 17000 manat dəyərində yataq və qonaq dəsti, 340 manat dəyərində 1 ədəd İran xalçası, 100 manat dəyərində aspirator, 1250 manat dəyərində pərdə, 1000 manat dəyərində çil-çıraq, 80 manat dəyərində moyka krantı, bundan başqa servant bəzəyi və mətbəx mebelinin gündəlik işlənəcək qab-qacağı ləvazimatları 3000 manat dəyərində olmaqla, cəmi 24829 manat dəyərində cehiz əşyaları almışdır.Cavabdeh öz pensiya kartını ona verdiyi üçün həmin 24829 manat vorcun 3000 manatını pensiya kartından çıxarmışdır. Ona görə də, qalıq borcu 21829 manat təşkil etmişdir. 2021-ci ilin mart ayında cavabdeh onun yaşadığı evə gələrək 200000 rubl pulu ona göstərərək ona olan borcunu ödəmək istədiyini bildirmiş və ona borcu olmadığı barədə ərizə yazmasını təklif etmişdir. O, da cavabdehlə razılşamış və ona borcu olmadığı barədə ərizə yazıb cavabdehə vermiş, lakin rublu manatla dəyişən zaman məzənnənin fərqli olduğunu və ona yeni borcu qalacağını bildirmiş, cavabdeh isə narahat olmamasını, tanış olduğunu və rublu yüksək məbləğlə dəyişib ona verəcəyinə dair öhdəlik götürmüşdür. Bundan sonra cavabdeh ərizəni və pulu götürüb getmişdir. Sonradan məlum olmuşdur ki, cavabdehin ona pul ödəmək fikri olmamışdır.. Dəfələrlə cavabdehdən pulu geri tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə bundan yayınmışdır. Hazırda cavabdeh aylıq təqaüd alır, eyni zamanda əmlakı vardır. Cavabdeh borcu qaytarmaq üçün hər bir imkana malikdir. Cavabdeh borcu qaytarmadığı üçün o, ağır maddi vəziyyətə düşmüşdür. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, oğlu X3 ilə İddiaçı rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Sonradan aralarında olan narazılığa görə məhkəmə qaydasında boşanmışlar. X13 2019cu ildə ailə qurmuşdur. O, el adətinə uyğun olaraq qızına cehiz əşyası vermişdir. Həmin vaxt gəlini İddiaçı adına “Nur” mebel salonundan kreditlə qonaq və yataq mebel əşyalar götürmüşdür. 17000 manatlıq qonaq və yataq dəsti üçün əvvəlcədən 12500 manat ödəniş etmiş, qalan 4500 manat isə hissə-hissə ödəməyə razılaşmışlar. Mətbəx mebelini “Madeyra” mebel salonondan almışlar. Bütün əşyalarının pulunu o, özü ödəmişdir. İddiaçıya olan borcunu xx.xx.2021-ci il tarixdə ödəmiş və iddiaçı ona borcu olmadığını qəbz yazaraq təsdiqləmişdir. İddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X12 ifadəsində göstərmişdir ki, “Nur” mebel salonunda işləyir. Təxminən 3-4 il bundan əvvəl İddiaçı mebel salonuna gələrək qonaq və yataq mebeli almaq istədiyini bildirmiş, həmin vaxt İddiaçı yanında bir neçə nəfər də olmuşdur. Qonaq və yataq dəsti seçdikdən sonra, ilkin ödəniş edilmiş, qalan borcu isə hissə-hissə ödənilməsi barədə kredit müqaviləsi bağlanmışdır. Kredit İddiaçı adına rəsmiləşdirilmişdir. Mebeli ustalar aparıb quraşdırmışlar. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X5 ifadəsində göstərmişdir ki, cavabdeh X4 onların qudasıdır. Cavabdeh X13 onun qardaşının arvadı olmuş, sonradan aralarında olan narazılığa görə ayrılmışlar. Səkinəyə verilən cehiz əşyalarını İddiaçı ilə birlikdə seçmişlər. Valya qonaq və yataq dəstini kreditlə 17000 manata almışdır. Bundan başqa mətbəx mebeli, qaz sobası, aspirator, 1 ədəd mətbəx üçün, 2 ədəd zal və 1 ədəd yataq otağı üçün çil-çıraq, pərdə almışlar. Valya əşyaların pulunu qayınanası Cavabdeh verəcəyini bildirmişdir. Pərdələri zakaz vermişlər, sonradan ustalar gəlib qurmuşlar. İşə əlavə edilmiş “888 Nur mebel salonu” ilə İddiaçı arasında bağlanmış 11 yanvar 2019-cu il tarixli “Müqavilə”dən görünür ki, İddiaçı “888 Nur mebel salonu”ndan kreditlə 17000 manat dəyərində yataq dəsti 829 – 1 dəst, Postelniça 829 – 1 ədəd və qonaq dəsti 829 – 1 dəstini satın almış, ilkin olaraq 12500 manat ödəmiş, 4500 manat qalıq qalmışdır. Müqaviləyə əsasən 4500 manat məbləğində kreditn hissə-hissə ödənilməsi qaydası müəyyən edilmişdir. Ödəniş cədvəli üzrə İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə 1100 manat, xx.xx.2019-cu ildə 1100 manat, 07 may 2019-cu ildə 1000 manat və 07 iyun 2019cu ildə 1000 manat məbləğində ödəniş edilmişdir. İşə əlavə edilmiş Bank Olmayan Kredit Təşkilatı “EmbaFinans” Qərb filialı ilə X6 arasında bağlanmış 22 yanvar 2019-cu il tarixli 060-EMB-0082-19 nömrəli “Müqavilə”nin 1.1. bəndindən görünür ki, bu müqaviləyə əsasən “Borcverən” “borcalan”a "xxxx" MMC-nin istehsal etdiyi mebel(ləri) almaq məqsədi ilə 12 ay müddətinə 1699 manat məbləğində istehlak kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2 bəndinə görə, by müqaviləyə əsasən alınmış Mətbəx dəsti 020 Madeyra/017605 “Tülpan” mətbəx dəsti 1 ədəd, dəhliz mebeli 020 Madeyra/010210 Feya dəhliz 1 ədəd (bundan sonra “Girov Predmeti”) “Borcverən”in xeyrinə girov qoymuşdur. “Girov Predmeti” “Borcalan”da qalmışdır. İşə əlavə edilmiş "xxxx" MMC-nin 22 yanvar 2019-cu il tarixli arayışdan görünür ki, X6 "xxxx" MMC-dən kreditlə 1417 manat dəyərində 1 ədəd “Tülpan” mətbəx mebel dəsti və 282 manat dəyərində 1ədəd Feyva dəhliz mebeli satın almışdır. İşə əlavə edilmiş “SKY EXPRESS” ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1061299/1061299 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə 360 manat dəyərində, 1 ədəd “Eurolux 2643” markalı qaz sobasını 12 ay müddətinə hər ay 30 manat ödəmək şərti ilə satın almışdır. İşə əlavə edilmiş "xxxx" MMC-nin 03 iyul 2020-ci il tarixli 15594 nömrəli AKT LK-in və ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı 1 ədəd, 583 əyarlı, 17,5 qram çəkidə qolbağı, 1 ədəd 583 əyarlı, 5,8 qram çəkidə üzük, 1 ədəd 583 əyarlı, 6,3 qram çəkidə klon və 1 ədəd 583 əyarlı, 2,4 qram çəkidə cüt sırğa "xxxx" MMC-yə girov qoymuş, girov predmeti 1560 manat məbləğində qiymətləndirilmiş və İddiaçı 12 ay müddətində hər ay 156,72 manat ödəmək şərti ilə 1880,65 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş "xxxx" MMC-nin 06 iyul 2020-ci il tarixli 15487 nömrəli AKT LK-in və ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı 2 ədəd, 583 əyarlı, 30,8 qram sep + klon, 2 ədəd 583 əyarlı, 10,8 qram qlobağı və 1 ədəd 583 əyarlı, 12,7 qram çəkidə komplekt "xxxx" MMC-yə girov qoymuş, girov predmeti 2400 manat məbləğində qiymətləndirilmiş və İddiaçı 12 ay müddətində hər ay 241,11 manat ödəmək şərti ilə 2893,31 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş "xxxx" MMC-nin 27 iyul 2020-ci il tarixli 15563 nömrəli AKT LK-in və ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı 2 ədəd, 583 əyarlı, 20,0 qram çəkidə qolbağı, 2 ədəd 583 əyarlı, 5,7 qram çəkidə üzük və 1 ədəd 583 əyarlı, 2,5 qram çəkidə cüt sırğanı "xxxx" MMC-yə girov qoymuş, girov predmeti 1250 manat məbləğində qiymətləndirilmiş və İddiaçı 12 ay müddətində hər ay 125,58 manat ödəmək şərti ilə 1506,93 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş "xxxx" MMC-nin 03 avqust 2020-ci il tarixli 15594 nömrəli AKT LK-in və ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı 1 ədəd, 583 əyarlı, 17,5 qram çəkidə qolbağı, 1 ədəd 583 əyarlı, 5,8 qram çəkidə üzük, 1 ədəd 583 əyarlı, 6,3 qram çəkidə klon və 1 ədəd 583 əyarlı, 2,4 qram çəkidə cüt sırğanı "xxxx" MMC-yə girov qoymuş, girov predmeti 1560 manat məbləğində qiymətləndirilmiş və İddiaçı 12 ay müddətində hər ay 156,72 manat ödəmək şərti ilə 1880,65 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş "xxxx" MMC-nin 07 avqust 2020-ci il tarixli 15620 nömrəli AKT LK-in və ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı 1 ədəd, 916 əyarlı, 21,4 qram qolbağı, 1 ədəd 916 əyarlı, 10,5 qram sep və 1 ədəd 583 əyarlı, 6,9 qram çəkidə qolbağını "xxxx" MMC-yə girov qoymuş, girov predmeti 2600 manat məbləğində qiymətləndirilmiş və İddiaçı 12 ay müddətində hər ay 261,20 manat ödəmək şərti ilə 3134,42 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş "xxxx" MMC-nin 11 avqust 2020-ci il tarixli 15652 nömrəli AKT LK-in və ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı 1 ədəd, 583 əyarlı, 39,3 qram çəkidə sep, 1 dəst 583 əyarlı, 15,6 qram çəkidə komplekti və 1 ədəd 583 əyarlı, 2,8 qram çəkidə üzüyü "xxxx" MMC-yə girov qoymuş, girov predmeti 2585 manat məbləğində qiymətləndirilmiş və İddiaçı 12 ay müddətində hər ay 259,69 manat ödəmək şərti ilə 3116,33 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş "xxxx" MMC-nin 07 sentyabr 2020-ci il tarixli 15775 nömrəli AKT LK-in və ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı 1 ədəd, 750 əyarlı, 19,0 qram çəkidə qolbağı, 1 və 1 ədəd 750 əyarlı, 7,2 qram çəkidə klonu "xxxx" MMC-yə girov qoymuş, girov predmeti 1600 manat məbləğində qiymətləndirilmiş və İddiaçı 12 ay müddətində hər ay 166,77 manat ödəmək şərti ilə 2001,20 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş 15 fevral 2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı verəsi olduğu 3600 manat borcunu ödəmiş, mebel üçün ona borcu qalmamışdır. İşə əlavə edilmiş "xxxx" MMC-nin 06 iyul 2021-ci il tarixli 17262 nömrəli AKT LK-in və ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı 1 ədəd 880 əyarlı, 21,4 qram çəkidə qolbağını "xxxx" MMC-yə girov qoymuş, girov predmeti 1660 manat məbləğində qiymətləndirilmiş və İddiaçı 12 ay müddətində hər ay 166,77 manat ödəmək şərti ilə 2001,20 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş "xxxx" MMC-nin 14 iyul 2021-ci il tarixli 17315 nömrəli AKT LK-in və ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı 1 dəst, 583 əyarlı, 12,7 qram çəkidə komplekti və 2 ədəd 583 əyarlı, 32,2 qram çəkidə sep+1 klonu "xxxx" MMC-yə girov qoymuş, girov predmeti 2070 manat məbləğində qiymətləndirilmiş və İddiaçı 12 ay müddətində hər ay 207,96 manat ödəmək şərti ilə 2495,48 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş "xxxx" MMC-nin 23 iyul 2021-ci il tarixli 17346 nömrəli AKT LK-in və ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı 1 ədəd 916 əyarlı, 10,3 qram çəkidə boyunbağını "xxxx" MMC-yə girov qoymuş, girov predmeti 1040 manat məbləğində qiymətləndirilmiş və İddiaçı 3 ay müddətində hər ay 367,67 manat ödəmək şərti ilə 1103,01 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş "xxxx" MMC-nin 26 iyul 2021-ci il tarixli 17356 nömrəli AKT LK-in və ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı 1 dəst, 750 əyarlı, 17,2 qram çəkidə komplekti və 1 ədəd 750 əyarlı, 6,4 qram çəkidə üzüyü "xxxx" MMC-yə girov qoymuş, girov predmeti 1660 manat məbləğində qiymətləndirilmiş və İddiaçı 3 ay müddətində hər ay 586,86 manat ödəmək şərti ilə 1760,58 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş "xxxx" MMC-nin 14 avqust 2021-ci il tarixli 15652 nömrəli AKT LK-in surətindən görünür ki, İddiaçı 1 ədəd, 583 əyarlı, 39,3 qram çəkidə sep, 1 dəst 583 əyarlı, 15,6 qram çəkidə komplekti və 1 ədəd 583 əyarlı, 2,8 qram çəkidə üzüyü "xxxx" MMC-yə girov qoymuş, girov predmeti 2585 manat məbləğində qiymətləndirilmişdir və İddiaçı 12 ay müddətində hər ay 141,15 manat ödəmək şərti ilə 1693,79 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş "xxxx" MMC-nin 16 sentyabr 2021-ci il tarixli 17687 nömrəli AKT LK-in və ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı 2 ədəd 880 əyarlı, 43,4 qram çəkidə qolbağını "xxxx" MMC-yə girov qoymuş, girov predmeti 3000 manat məbləğində qiymətləndirilmiş və İddiaçı 12 ay müddətində hər ay 301,39 manat ödəmək şərti ilə 3616,64 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş "xxxx" MMC-nin 18 noyabr 2021-ci il tarixli 18035 nömrəli AKT LKin və ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı 1 dəst, 750 əyarlı, 17,2 qram çəkidə komplekti "xxxx" MMC-yə girov qoymuş, girov predmeti 1040 manat məbləğində qiymətləndirilmiş və İddiaçı 12 ay müddətində hər ay 104,78 manat ödəmək şərti ilə 1253,77 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş video diskə baxış zamanı müəyyən edilmişdir ki, cavabdeh Nəzakər İbrahimova tərəfindən cehiz olaraq X13ya qonaq dəsti, stol və stullar, yataq dəsti, mətbəx mebeli və digər əşyalar verilmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçı 2019-cu ildə mebel almaq üçün cavabdehə borc verdiyini qeyd etdiyi üçün onlar arasında yaranmış münasibətlərə hazırda qüvvədə mülki məcəllənin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, borc müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazlrı bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamsına və işin fakitki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Məhkəmə baxışında işin faktiki halları, tərəflərin izhataları, şahidlərin ifadələri, habelə işə əlavə edilmiş sənədlərlə müəyyən edimişdir ki, cavabdeh X1 İntiqam Nəriman oğlu ilə İddiaçı rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. X7 ilə Valya İbrahimov aralarında olan narazılığa görə məhkəmə qaydasında boşanmışlar. Cavabdehin X13 2019-cu ildə ailə qurmuşdur. Həmin vaxt valideynləri tərəfindən el adətinə uyğun olaraq Səkinə İbrahimovaya cehiz əşyaları verilmişdir. “888 Nur mebel salonu” ilə İddiaçı arasında bağlanmış 11 yanvar 2019-cu il tarixli “Müqavilə”yə əsasən İddiaçı “888 Nur mebel salonu”ndan kreditlə 17000 manat dəyərində yataq dəsti 829 – 1 dəst, Postelniça 829 – 1 ədəd və qonaq dəsti 829 – 1 dəstini satın almış, ilkin olaraq 12500 manat ödənmiş, 4500 manat isə qalıq qalmışdır. Müqaviləyə əsasən 4500 manat məbləğində kreditn hissə-hissə ödənilməsi qaydası müəyyən edilmişdir. Ödəniş cədvəli üzrə İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə 1100 manat, xx.xx.2019-cu ildə 1100 manat, 07 may 2019-cu ildə 1000 manat və 07 iyun 2019-cu ildə 1000 manat məbləğində ödəniş edilmişdir. İddiaçı özünün və qohumlarının adına lombarta qızıl-zinət əşyaları qoyub baldızı Səkinə İbrahimovanın cehizi üçün 3600 manat dəyərində 1 ədəd “Eurolux 2643” markalı qaz sobası, Medeyradan 1699 manat dəyərində mətbəx mebeli, Gəncə-Şəmkir yolunda yerləşən mebel mağazasından 17000 manat dəyərində yataq və qonaq dəsti, 340 manat dəyərində 1 ədəd İran xalçası, 100 manat dəyərində aspirator, 1250 manat dəyərində pərdə 1000 manat dəyərində çil-çıraq , 80 manat dəyərində moyka krantı, bundan başqa servant bəzəyi və mətbəx mebelinin gündəlik işlənəcək qab-qacağı ləvazimatları 3000 manat dəyərində olmaqla, cəmi 24829 manat dəyərində cehiz əşyaları aldığını, cavabdehin öz pensiya kartını ona verdiyi üçün həmin 24829 manat borcun 3000 manatını pensiya kartından çıxartdığını, hazırda cavabdehin ona 21829 manat borcu qaldığını və həmin məbləğin alınıb ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə gorə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini muəyyən edən faktlarla və hallarla əlaqədardır. Hazırki halda sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbini təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya borcunun qalmamasına dair məhkəməyə təqdim edilmiş qəbzlə bağlı iddiaçı cavabdehin həmin qəbzi onu aldadaraq yazdırdığını qeyd etsə də, həmin halı təsdiqləyəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddaçının vəsatəti əsasında məhkəmə baxışı zamanı dindirilmiş şahid ifadələri ilə əlaqədar məhkəmə qeyd edir ki, şahid ifadələri iddiaçının cavabdehlə toy ərəfəsində olan münasibətləri ilə bağlı olmuşdur ki, bu da İddiaçı Cavabdeh borcunun qalmaması barədə 15 fevral 2021-ci il tarixli qəbzi verdiyi tarixdən əvvəlki dövri əhatə edir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tələbini təsdiqləyərək yetərli sübutrlar təqdim edə bilmədiyindən və bu baxımdan iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 156 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev əs
Məhkəmə qərarları › İş №2(030)-29/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-29/2023
22.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver