Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-30/2024 11.07.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X10 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı payın naturada bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, paylı mülkiyyətdə olan Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,21 ha torpaq sahəsi üzrəində 1/13 hissədə payının naturada ayrılaraq onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, İddiaçı2 və İddiaçı3 mərhum əmilərindən miras qalmış əmlaka vərəslik hüququ əsasında paylarının müəyyən edilməsi tələbi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət etmişlər. Daşkəsən Rayon Məhkəməsinin 13 iyun 2017-ci il tarixli 2(030)-382/2017 saylı qətnaməsi ilə mərhum X1 miras qalmış Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,21 ha torpaq sahəsinin 1/13 hissəsinə onun, 1/13 hissəsinə İddiaçı2 və 1/13 hissəsinə İddiaçı3 payı müəyyən edilmiş və qanun üzrə vərəsə qismində qəbul edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 18 may 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli Çıxarışa əsasən Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,21 ha torpaq sahəsinin 1/13 hissəsinə onun, 1/13 hissəsinə İddiaçı2, 1/13 hissəsinə İddiaçı3 və 10/13 hissəsinə isə X2 paylı mülkiyyət hüququ qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən 15 may 2020-ci il tarixdə A 498389 nömrəli, **********15 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü işlənib hazırlanmışdır. Mübahisəli torpaq sahəsində payları müəyyən edilsə də, cavabdeh onların payına düşən sahədən istifadə edərək onlara paylı mülkiyyətlərində olan torpaq sahəsindən istifadə etməyə imkan vermir. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi mümkün olmadığı üçün məhkəməyə mürcaiət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı2 digər İddiaçı1 ilə eyniməzmunlu izahat verib iddia tələbini təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında gösətrmişdir ki, mərhum əmisi Məhər Abdullayev iddiaçılarla deyil onunla birlikdə yaşamışdır. İddiaçılar tərəfindən bölünməsi tələb edilən mülk hazırda onun yaşadığı və atası Alıdan miras qalmış mülkdür. O, iddiaçılara ona məxsus torpaq sahəsindən pay verilməsinə razı deyildir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 13 iyun 2017-ci il tarixli 2(030)- 382/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, mərhum X1 miras qalmış Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,21 ha torpaq sahəsindən İddiaçı1 1/13 hissə, İddiaçı2 1/13 hissə və İddiaçı3 Əli qızının 1/13 hissə payı müəyyən edilməsi, İddiaçı1 1/13 hissəni, İddiaçı2 1/13 hissəni və İddiaçı3 Əli qızının 1/13 hissənin qanun üzrə vərəsə qismində qəbul edilməsi faktının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 18 may 2020-ci il tarixli, **********15 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,21 ha torpaq sahəsinin 1/13 hissəsi İddiaçı1, 1/13 hissəsi İddiaçı2, 1/13 hissəsi İddiaçı3 Əli qızının və 10/13 hissəsi X3 mülkiyyəti kimi qeydə alınmışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verrilmiş 15 may 2020-ci il tarixdə A 498389 nömrəli, **********15 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətindən göründüyü kimi İddiaçı1 adına Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,21 ha torpaq sahəsi naturada mövcuddur. İşə əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 15 yanvar 2024-cü il tatixli 3-21-3-33/2-0374/2024 saylı mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə iddiaçı tərəfin və mütəxəssisin iştirakı ilə iddia olunan torpaq sahəsinin yerləşmə mövqeyi və ölçüləri yerində müəyyən edildikdən sonra, kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirildi. “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli Çıxarışa əsasən, mülkiyyətçilərin payına düşən hissələrin, həmin Çıxarışın A- 498389 nömrəli plan və ölçü sənədinə istinadən naturada bölgüsü mümkündür. Sözügedən torpaq sahəsi, mülkiyyətçilərin paylarına uyğun naturada bölünəcəyi təqdirdə, X4, İddiaçı2 və İddiaçı3 Əli qızının, mülkiyyətlərində olan torpaq sahələrindən bölgüyə uyğun olaraq istifadə edəcəkləri və digər şəxslər tərəfində müdaxilə halı olmayacağı təqdirdə, müstəqil istifadə etməkləri mümkündür. İşə əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 10 iyun 2024-cü il tatixli 3-21-3-33/2-5712/2024 saylı mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş sualların araşdırılmasının nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən olundu: tərəflərin və mütəxəssisin iştirakı ilə iddia olunan torpaq sahəsinin yerləşmə mövqeyi və ölçüləri yerində müəyyən edildikdən sonra, kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materiallan üzərində dəqiqləşdirildi. “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli Çıxarışa və həmin Çıxarışın A- 498389 nömrəli plan və ölçü sənədinə eləcə də, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS və AZCAD) istinadən, mülkiyyətçilərin payına düşən hissələrə müstəqil gediş-gəliş yolu və giriş çıxış hissələri nəzərə alınmaqla naturada bölgüsü mümkündür. Lakin, torpaq islahatına dair tərtib olunmuş ərazinin (1999-cu il tarixli) elektron kompleks yerquruluşu layihəsinə əsasən, sözügedən torpaq sahəsinin mülkiyyətçilərin payına uyğun naturada bölgüsü mümkün olsa da, həmin bölünəcək sahələrə müstəqil giriş-çıxış mümkün olmayacaqdır. Belək ki, TEKUİS və AZCAD məlumatlarında yol kimi qeyd olunan sahə, torpaq islahatına dair tərtib olunmuş ərazinin (1999-cu il tarixli) elektron kompleks yerquruluşu layihəsinə və mülkiyyətlərinə torpaq sahələri verilmiş vətəndaşların adlı siyahısına əsasən, başqa şəxslərə məxsus həyətyanı sahədir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 aprel 2024-cü il tatixli 3-16-16/2-10/1082 saylı ekspert rəyindən görünür ki, “Hüquqların Dövlət Qeydiyyatı Haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, **********15 reyetr nömrəli Çıxarışa əsasən, mülkiyyətçilərin payına düşən hissələrin, həmin Çıxarışın A-498389 nömrəli plan və ölçü sənədinə istinadən naturada bölgüsü mümkündür. Sözügedən torpaq sahəsi, mülkiyyətçilərin paylarına uyğun naturada bölünəcəyi təqdirdə, X5, İddiaçı2 və İddiaçı3 Əli qızının, mülkiyyətlərində olan torpaq sahələrindən bölgüyə uyğun olaraq istifadə edəcəkləri və digər şəxslər tərəfindən müdaxilə halı olmayacağı təqdirdə, müstəqil istifadə etməkləri mümkündür. Məhkəmə iddiaçıların və cavabdehin izahatlarını dinləyib iş materiallrını nəzərdən keçirərək, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Daşkəsən Rayon Məhkəməsinin 13 iyun 2017-ci il tarixli 2(030)-382/2017 saylı qətnaməsi ilə mərhum X1 miras qalmış Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,21 ha torpaq sahəsindən İddiaçı1 1/13 hissə, İddiaçı2 1/13 hissə və İddiaçı3 Əli qızının 1/13 hissə payı müəyyən edilsin, İddiaçı1 1/13 hissəni, İddiaçı2 1/13 hissəni və İddiaçı3 Əli qızının 1/13 hissənin qanun üzrə vərəsə qismində qəbul edilməsi faktı müəyyən edilmişdir. Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,21 ha torpaq sahəsinin 1/13 hissə ilə İddiaçı1, 1/13 hissə ilə İddiaçı2, 1/13 hissə ilə İddiaçı3 Əli qızının və 10/13 hissə ilə X3 adına Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq İddiaçı1 adına 18 may 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli Çıxarış verilmiş və 15 may 2020-ci il tarixdə A 498389 nömrəli, **********15 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü işlənib hazırlanmışdır. Hazırda iddiaçılar paylı mülkiyyətdə olan Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,21 ha torpaq sahəsi üzərində 1/13 hissədə olan paylarının naturada ayrılaraq onlara təhvil verilməsini tələb edirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin maddənin tələblərinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünəsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İşə əlavə olunmuş 17 may 2023-cü il tarixli məhkəmə qəbzindən görünür ki, İddiaçı1 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza xərci Cavabdeh tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,21 ha torpaq sahəsi üzərində 1/13 hissə üzrə olan payları ekspert və mütəxəssis rəylərində müəyyən edilmiş qaydada naturada ayrılaraq onlara təhvil verilsin. Cavabdeh məhkəmə ekspertizasının xərci olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti tutulub Büdcə təsnifat kodu: 142595, Büdcə səviyyəsi 3, SAP (XİİS) hesabı, adı Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VOEN: **********, Hesab: AZ34CTRE******************** nömrəli hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-30/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-30/2024
11.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver