Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-306/2023 09.08.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 1300 manat əsas borc məbləğinin və cavabdehin təqsiri üzündən ödədiyi 32 manat dövlət rüsumu olmaqla, cəmi 1332 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə iddia ərizəsinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, Cavabdeh uzun müddətdir ki, tanılyır. Aralarında həmişə yaxşı münasibət olmuşdur. Cavabdeh Daşkəsən rayon X10 hissəsində daxili xidmət baş çavuş vəzifəsində işləyir. Ayghün Hüseynov ilə birlikdə 10 nəfər yığılaraq lotereya oynamışlar. Belə ki, 2022-ci ilin avqust ayından 2023-cü ilin may ayına kimi 10 nəfərdən 10 ay müddətində hər ay 300 manat yığılaraq, cəmi 3000 manat məbləği bir nəfər lotereya oynayan şəxsə verilmişdir. 10 nəfər loteraya oynayan şəxslər aylar üzrə bölünmüşdür. Cavabdeh da lotereya oyununda ikinci sırada olduğu üçün 2022-ci ilin sentyabr ayında yığılan 3000 manat məbləğində loteraya pulu cavabdehə verilmişdir. Əvvəllər də, Cavabdeh onunla və tanışları ilə lotereya oyunu oynamış, əmək haqqı kartını bəzi vaxtlar ona vermiş, kartdan pulu çıxarıb lotoreyanı verdikdən sonra kartı cavabdehə qaytarmışdır. Aralarında bir-birilərinə qarşı həmişə inam və güvən olmuş, uzun illər lotereya oyunu davam etmiş, aralarında heç bir narazılıq və problem olmamışdır. 2022-ci ilin sentyabr ayında cavabdeh 2-ci yer üçün 3000 manat lotoreta pulunu götürdükdən sonra, 2022-ci ilin oktyabr ayı üçün 300 manat, noyabr ayı üçün 300 manat, dekabr ayı üçün 200 manat məbləğində lotereya puılu ödəmişdir. Cavabdedh anasının xəstə olduğunu, imkan çatmadığını, onun əvəzindən dekabr ayının lotoreyası üçün əskik verdiyi 100 manatı ödəməyi ondan xahiş etmişdir. Dəfələrlə cavabdehin əvəzindən lotereya pulunu ödəmiş, cavabdeh də əmək haqqını aldıqdan pulu geri qaytardığı üçün o da, aralarında olan münasibətə və cavabdehə inandığı üçün 2022-ci ilin dekabr ayı üçün cavabdehin verdiyi 200 manat pulun üstünə əskik olan 100 manat məbləği əlavə edərək 300 manat lotereya pulunu ödəmişdir. 2023cü ilin yanvar ayında cavabdeh lotereya üçün yığılan pulu verməkdən imtina etməyə başlamışdır. Belə ki, cavabdehə Watsapp və mobil telefon vasitəsi ilə zəng edib pulu istədikdə cavabdeh “əmək haqqının hələ köçmədiyini, sistemin dəyişdiyini, iki aylıq əmək haqqının birlikdə köçürüləcəyini” bildirmiş, onun əvəzindən pulu ödəməsini xahiş etmişdir. O, da cavabdehi lotereya oynuna qoşduğu və cavabdeh lotereya üçün yığılmış pulu əvvəlcədən götürdüyü, cavabdehə inandığı və məcbur olduğuna görə 2023-cü ilin yanvar ayı üçün yığılmalı olan 300 manat lotereya pulunu cavabdehin əvəzindən ödəmişdir. Bundan sonra cavabdeh növbəti aylar da eyni bəhanələr gətirərək loteraya pulunu ödəməkdən qəti imtina etmişdir. O, da məcbur olduğu üçün 2023-cü ilin fevral ayı üçün 300 manat, mart ayı üçün 300 manat, aprel ayı üçün 300 manat və may ayı üçün 300 manat ödəmişdir. Cavabdehin əvəzindən lotereya pulunu ödəmək üçün başqa şəxslərdən borc götürdüyüm üçün əlavə olaraq 50 manat ödəmək məcburiyyətində qalmışdır. Haızrda cavabdehin ona 165\0 manat məbləğində borcu yaranmışdır. Demək olar ki, hər gün cavabdehə zəng edib pulu tələb etdikdə, anasının xəstə olduğunu, sonra anasının öldüyünü bəhanə gətirərək pulu ödəməmişdir. Bir müddətdən sonra isə onu təhdid edərək cavabdehə şər və böhtan atması, lotereya oynamaması, ona sələm verməsi barədə Daşkəsən Rayon Polis Şöbəsinə şikayət edəcəyini bildirmişdir. Bu barədə Watsapp yazışmaları da mövcuddur. Cavabdeh onun inam və güvənindən sui-istifadə edərək pulunu mənimsəmişdir. Məhkəmədən Cavabdeh 1650 manat əsas borc və ödənilmiş 32 manmat dövlət rüsumu olmaqla, cəmi 1682 manat məbləğində pul vəsaitinin alınınb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı tanıyır. 2022-ci ilin avqust ayından lotereya oynuna başlamışlar. Lotoreyanı götürdükdən sonra hər ay 300 manat lotereya pulunu ödəmişdir. Dekabr ayı üçün yığılan 300 manat lotereya pulunu iş yoldaşı X5 vermişdir. Bir ayın lotereya pulunu iddiaçının atasına, fevral ayının lotereya pulunu hamamın arxasında iddiaçının ərinə vermişdir. Mart ayının pulunu isə qızı Zeynəblə iddiaçının evinə göndərmişdir. Aprel və may üçün lotereya pulunu ödəməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X6 ifadəsində göstərmişdri ki, 2022-ci ilin avqust ayında 300 manat məbləğində pul vəsaitindən lotereya oynamağa başlamışlar. Lotereya oynunda 10 nəfər olmuş, onlardan biri də Aygün, Gülbəniz, Brilyant və adını bilmədiyi digər şəxslər olmuşdur. Lotereya oynunda o 6-cı sırada olduğu üçün 2023-cü ilin yanvar ayında Tunzaləgilə lotoreyanın pulunu götürməyə getmiş, həmin vaxt söhbət əsnasında Aygünün lotereya pulunu vermədiyini bilmişdir. Buna baxmayaraq, İddiaçı ona çatası 2700 manat lotereya pulunu ona vermişdir. Aygünün neçə ayın lotereya pulunu ödəmədiyini bilməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayında 10 nəfər arasında 300 manat məbləğində pul vəsaitindən lotereya oynamağa başlamışlar. Lotereya pulunu İddiaçı yığmışdır. Lotereya oynayan digər şəxsləri tanımır. Cavabdeh lotereya pulunu verib-verməməsində xəbəri olmamışdır. O, 2023-cü ilin fevral ayında İddiaçı 2700 manat məbləğində lotereya pulunu götürmüşdür. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X4 ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayında 10 nəfər arasında 300 manat məbləğində pul vəsaitindən lotereya oynamağa başlamışlar. Lotereya oynayan şəxslərdən arasında İradə, Azadə, Gülbəniz, Aygün və digər şəxslər olmuşdur. Lotereya pulunu İddiaçı yığmışdır. O, 2023-cü ilin mart ayında Tunzalədən lotoreyanın pulunu götürməyə getdikdə, həmin vaxt söhbət əsnasında Cavabdeh lotereya pulunu vermədiyini bilmişdir. Buna baxmayaraq, İddiaçı ona çatası 2700 manat lotereya pulunu ona vermişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasındsa dindirilmiş şahid X9 ifadəsində göstərmişdir ki, o, iş yerində posda olarkən 31 yanvar 2023-cü il tarixdə Taleh Cavabdeh yanına gəlmiş, Cavabdeh onun yanında Talehə 300 manat pul vermişdir. Niyə verdiyini bilməmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayının 7-də Cavabdeh ilə “Oba” marketə getmiş, “Araz” marketin qarşısında Tünzalə xanımla qarşılaşmışlar. Tünzalə xanım Aygünə onu sıxdıqlarını bildirərək pulu istəmişdir. Aygün də anasının yasından yığılan aza pulundan Tunzaləyə 300 manat vermişdir. Tunzalədə pulu götürüb getmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X2 ifadəsində göstərmişdir ki, Cavabdeh tanıyır. Aygünün anasının 40 mərasimindən 5-6 gün sonra Aygünün qızı Zeynəb iddiaçının yaşadığı evə pul aparmış, ancaq pulun məbləğini bilməmişdir. O, da Zeynəblə birlikdə getmiş, blokun ağzında durmuş, Zeynəbin pulu verib-vermədiyini görməmişdir. İş materialına əlavə edilmiş disk dinlənilərkən müəyyən edilmişdir ki, iddiaçı Tünzalə Bayranova Cavabdeh 2022-ci ilin avqust ayında 10 nəfərlə 300 manat məbləğində lotereya oynadıqlarını və 2-ci yerin boş olduğunu bildirərəkl lotereya oynayıboynamadığını soruşmuşdur. Cavabdeh 300 manatdan loteraya oynamağa razı olduğunu bildirmişdir. Bundan başqa, İddiaçı Cavabdeh lotereya üçün verməli olduğu pul istədikdə Cavabdeh imkan olmadığını 2022-ci ilin dekabr ayı üçün 200 manat ödəyə biləcəyini, qalan məbləği Tunzalənin ödəməsini xahiş etmiş və yanvar ayından başlayaraq hər ay 320 manat ödəyərək qalıq borcu da bağlayacağını bildirmişdir. Tərəflər arasında aparılmış danışıqlar zamanı Cavabdeh anası ağır xəstə olduğu üçün başının qarşıq olduğunu, sistemin dəyişdirildiyi üçün əmək haqqını ala bilmədiyini, pulu ödəcəyini bildirmişdir. Daha sonra isə Cavabdeh İddiaçı onunla lotereya oynamadığını, İddiaçı heç bir borcunun olmadığını, ona sələm verdiyini, həmin pulun illərdir ödədiyi pullara silməsini bildirmişdir. İddiaçı barəsində Daşkəsən Rayon Polis Şöbəsinin müstəntiqinə müraciət etdiyini, müstəntiqin onun barəsində iş qaldıracağını bildrimişdir. İş materialına əlavə edilmiş WhatsApp yazışmalarına baxış zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh arasında pul barədə yazışma aparılmışdır. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən olunmuşdur ki, İddiaçı 2022-ci ilin avqust ayında Cavabdeh da daxil olmaqala 10 nəfər yığılaraq lotereya oynamışlar və 10 nəfər loteraya oynayan şəxslər aylar üzrə bölünmüşlər. Belə ki, 2022-ci ilin avqust ayından 2023-cü ilin may ayına kimi 10 nəfər 10 ay müddətində hər ay 300 manat yığaraq, cəmi 3000 manat məbləği bir nəfər lotereya oynayan şəxsə verilmişdir. Cavabdeh həmin lotereya oynundan 2-ci sırada olmuş və yığılan 3000 manat məbləğində pul vəsaiti cavabdehə verilmişdir. Məhkəmə iclasında dinlənilmiş diskdə olan səs yazısında da cavabdeh lotereya oynamağa razı olduğunu bildrimişdir. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə gorə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş uzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə gorə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə muəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda muəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sğbutlarla, ekspertlərin rəyləri ilə, yerində muayinə kecirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə muəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə gorə qanuna və ya digər normativ hüquqi aktlara əsasən muəyyən subutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 433.3-cü maddəsinə əsasən, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun pisk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Şərh olunanlar əsasən məhkəmə hesab edir ki, şahid ifadələri və telefon danışıqları ilə təsdiqini tapdığı üçün iddia qismən təmin edilməli, Cavabdeh 1600 manat pul məbləği alınıb İddiaçı verilməlidir. Həmçinin iddia tələbində 1650 manat qeyd edilsə də, iddiaçı 50 manata münasibətdə sübutlar təqdim edə bilməmişdir. Məhkəmə cavabdehin vəsatəti əsasında dindirilmiş şahid ifadələri ilə bağlı qeyd edir ki, həmin şahid ifadələri məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla, o cümlədən telefon danışıqları ilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 32 manat məbləğində dövlət rüsumunun 31 manatı cavabdehə, 01 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1600 manat əsas borc və ödənilmiş dövlət rüsmunun əvəzi kimi 31 manat olmaqla, cəmi 1631 (bir min altı yüz otuz bir) manat məbləği alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-306/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-306/2023
09.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver