Məhkəmə qərarları › İş №2(030)-316/2023

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-316/2023

19.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-316/2023 19.04.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə və üçüncü şəxs ”Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi” MMC-yə qarşı Cavabdeh hərəkətlərinin qanunsuz hesab edilməsi, ona məxsus daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı verilmiş sifarişin, "xxxx" MMC-nin 13 aprel 2022-ci il tarixli “əmlakın qiymətləndirilməsi barədə hesabatı”nın etibarsız hesab edilməsi və ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış obyektinin yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə və üçüncü şəxs ”Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh hərəkətlərinin qanunsuz hesab edilməsi, ona məxsus daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı verilmiş sifarişin, "xxxx" MMC-nin 13 aprel 2022-ci il tarixli “əmlakın qiymətləndirilməsi barədə hesabatı”nın etibarsız hesab edilməsi və ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış obyektinin yenidən qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıun iddia ərizəsi və ona əlavə edilmiş sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəməyə poçt vasitəsi ilə daxil olmuş iddia ərizəsində Cavabdeh ünvanı ünvan 3 Daşınmaz Əmlakların Qiymətləndirilməsi” MMC-nin ünvanı isə ünvan 4 Respublikası MPM-nin 35.1-ci maddəsinə uyğun olaraq, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-cı maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Belə olan halda İddiaçı qızının iddiasına baxılması Daşkəsən Rayon Məhkəməsinə aid deyildir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılaraq həmin tələblə cavabdehlərdən birinin rəsmi qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etməli olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə və üçüncü şəxs ”Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi” MMC-yə qarşı Cavabdeh hərəkətlərinin qanunsuz hesab edilməsi, ona məxsus daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı verilmiş sifarişin, "xxxx" MMC-nin 13 aprel 2022-ci il tarixli “əmlakın qiymətləndirilməsi barədə hesabatı”nın etibarsız hesab edilməsi və ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış obyektinin yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah olunsun ki, həmin tələblə cavabdehlərdən birinin rəsmi qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar