Məhkəmə qərarları › İş №2(030)-326/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-326/2024

11.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-326/2024 11.06.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X3 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 977,56 manat onun əvəzindən ödədiyi kredit borcu və cavabdehin təqsiri üzündən ödədiyi 30 manat dövlət rüsumu olmaqla, cəmi 1007,56 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, "xxxx" ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014cü il tarixli GNHE-17 saylı “Mikro-Kredit müqaviləsi”nə əsasən sonuncuya illik faiz dərəcəsi 26% olmaqla 18 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə həmin tarixli GNHE-17 saylı “Zaminlik müqaviləsi”nə əsasən isə o, kredit alan Cavabdeh zamin durmuşdur. Kredit müqaviləsinin tələbləri pozularaq ödənişləri gecikdirildiyi üçün bank tərəfindən məhkəməyə müraciət edilmiş, Daşkəsən Rayon Məhkəməsinin 10 dekabr 2015-ci il tarixli 2(030)–783/2015 saylı qətnaməsi ilə ondan və Cavabdeh müştərək qaydada 2.279,30 manat əsas, 500,0 manat faiz və 600,0 manat cərimə borcu olmaqla cəmi 3.384,30 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə qaydasında həlli üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və zamin olmasına baxmayaraq, icra sənədi üzrə ikisindən də müştərək qaydada 977,56 manat pul tutulmuşdur. Dəfələrlə cavabdehdən ödənilmiş pul vəsaitinin geri qaytarılmasını tələb etsə də, cavabdeh pulu ödəməkdən imtina etmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 10 dekabr 2015-ci il tarixli 2(030)– 783/2015 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 2.279,30 manat əsas, 500,0 manat faiz və 600,0 manat cərimə borcu olmaqla cəmi 3.384,30 manat (üç min üç yüz səksən dörd manat otuz qəpik) məbləğində kredit borcunun və mübahisənin məhkəmə qaydasında həlli üçün ödənilmiş 30,0 (otuz) manat dövlət rüsumu əvəzi tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon İcra və probasiya şöbəsinin tələbin borclunun əmək haqqına yönəldilməsi barədə 04 avqust 2021-ci il tarixli qərarının surətindən görünür ki, Daşkəsən Rayon Məhkəməsinin 10 dekabr 2015-ci il tarixli 2(030)–783/2015 saylı icra vərəqəsinə əsasən borclu Cavabdeh və İddiaçı müştərək qaydada cəmi 3384,30 manat məbləğində kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq tələbkar "xxxx" ASC-nin hesabına ödənilməlidir. Tələb, yəni hal-hazırda yaranmış cəmi 2399 manat məbləğində pul vəsaitinin yarısı 1199,50 manat məbləğində kredit borcunun, borclu İddiaçı əmək haqqına yönəldilməsi və hər ay sonuncunun aldığı əmək haqqının 25 faiz hissəsi tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən ümumi məbləğin 7 faizi yəni, 118,45 manat məbləğində icra ödənişi isə tutularaq Daşkəsən rayon İcra və Probasiya şöbəsinin depozit hesabına ödənilməsi barədə qərar verilmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon İcra və probasiya şöbəsinin tələbin borclunun əmək haqqına yönəldilməsi barədə 04 oktyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, Daşkəsən Rayon Məhkəməsinin 10 dekabr 2015-ci il tarixli 2(030)–783/2015 saylı icra vərəqəsinə əsasən borclu Cavabdeh və İddiaçı müştərək qaydada cəmi 3384,30 manat məbləğində kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq tələbkar "xxxx" ASC-nin hesabına ödənilməlidir. Tələb, yəni hal-hazırda yaranmış cəmi 1130 manat məbləğində pul vəsaitinin yarısı 565 manat məbləğində kredit borcunun, borclu İddiaçı əmək haqqına yönəldilməsi və hər ay sonuncunun aldığı əmək haqqının 50 faiz hissəsi tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən ümumi məbləğin 7 faizi yəni, 39,55 manat məbləğində icra ödənişi isə tutularaq Daşkəsən rayon İcra və Probasiya şöbəsinin depozit hesabına ödənilməsi barədə qərar verilmişdir. İşə əlavə edilmiş 31 oktyabr 2018-ci il tarixli 4916 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC-nin Daşkəsən filialı vasitəsi ilə "xxxx" ASC-nin Gəncə filialının hesabına 143 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı və əsası: Baytarlıq İdarəsinin işçisi zamin olan İddiaçı oktyabr ayı 2018-ci il üçün əmək haqqından tutulmuş kredit borcu "xxxx" ASC-nin Gəncə filialına köçürmüşdür. Əsas: Məhkəmənin 2(030)-783/2015 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən. İşə əlavə edilmiş 26 dekabr 2018-ci il tarixli 6877 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC-nin Daşkəsən filialı vasitəsi ilə "xxxx" ASC-nin Gəncə filialının hesabına 76,49 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı və əsası: Baytarlıq İdarəsinin işçisi zamin olan İddiaçı dekabr ayı 2018-ci il üçün əmək haqqından tutulmuş kredit borcu "xxxx" ASC-nin Gəncə filialına köçürmüşdür. Əsas: Məhkəmənin 2(030)-783/2015 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən. İşə əlavə edilmiş 12 fevral 2019-cu il tarixli 400 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC-nin Daşkəsən filialı vasitəsi ilə "xxxx" ASC-nin Gəncə filialının hesabına 76,76 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı və əsası: Baytarlıq İdarəsinin işçisi zamin olan İddiaçı yanvar ayı 2019-cu il üçün əmək haqqından tutulmuş kredit borcu "xxxx" ASC-nin Gəncə filialına köçürmüşdür. Əsas: Məhkəmənin 2(030)-783/2015 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən. İşə əlavə edilmiş 28 fevral 2019-cu il tarixli 783 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC-nin Daşkəsən filialı vasitəsi ilə "xxxx" ASC-nin Gəncə filialının hesabına 76,76 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı və əsası: Baytarlıq İdarəsinin işçisi zamin olan İddiaçı fevral ayı 2019-cu il üçün əmək haqqından tutulmuş kredit borcu "xxxx" ASC-nin Gəncə filialına köçürmüşdür. Əsas: Məhkəmənin 2(030)-783/2015 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən. İşə əlavə edilmiş 13 noyabr 2023-cü il tarixli 208OPX********** nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC-nin Sahil filialı vasitəsi ilə "xxxx" ASC-nin Gəncə filialının hesabına 163,02 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı və əsası: İddiaçı oktyabr ayı 2023, 2(030)-783/2015 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsi. İşə əlavə edilmiş 12 dekabr 2023-cü il tarixli 208OPX********** nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC-nin Sahil filialı vasitəsi ilə "xxxx" ASC-nin Gəncə filialının hesabına 163,02 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı və əsası: İddiaçı noyabr ayı 2023, 2(030)-783/2015 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsi. İşə əlavə edilmiş 28 dekabr 2023-cü il tarixli 208OPX1233625AAA nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC-nin Sahil filialı vasitəsi ilə "xxxx" ASC-nin Gəncə filialının hesabına 185,53 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı və əsası: İddiaçı noyabr ayı 2023, 2(030)-783/2015 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsi. İşə əlavə edilmiş 28 dekabr 2023-cü il tarixli 208OPX12404439EA nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC-nin Sahil filialı vasitəsi ilə "xxxx" ASC-nin Gəncə filialının hesabına 53,43 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı və əsası: İddiaçı yanvar ayı 2024, 2(030)-783/2015 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsi. İşə əlavə edilmiş 13 fevral 2024-cü il tarixli 208OPX12404439AAA nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC-nin Sahil filialı vasitəsi ilə X1 hesabına 39,55 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı və əsası: İddiaçı yanvar ayı 2024, 2(030)-783/2015 saylı xx.xx.2015 İşə əlavə edilmiş 04 mart 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcələnin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, "xxxx" ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli GNHE-17 saylı “Mikro-Kredit müqaviləsi”nə əsasən sonuncuya illik faiz dərəcəsi 26% olmaqla 18 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə həmin tarixli GNHE-17 saylı “Zaminlik müqaviləsi”nə əsasən isə İddiaçı kredit alan Cavabdeh bank qarşısındakı öhdəliyini icra etmədikdə həmin öhdəliyin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin tələbləri pozularaq ödənişləri gecikdirildiyi üçün bank tərəfindən məhkəməyə müraciət edilmiş, Daşkəsən Rayon Məhkəməsinin 10 dekabr 2015-ci il tarixli 2(030)–783/2015 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 2.279,30 manat əsas, 500,0 manat faiz və 600,0 manat cərimə borcu olmaqla cəmi 3.384,30 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə qaydasında həlli üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamə üzrə çıxarılmış 10 dekabr 2015-ci il tarixli 2(030)–783/2015 saylı icra vərəqəsi icra olunması üçün Daşkəsən rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Daşkəsən rayon İcra və probasiya şöbəsi tərəfindən Daşkəsən Rayon Məhkəməsinin 10 dekabr 2015-ci il tarixli 2(030)–783/2015 saylı icra sənədi üzrə yaranmış kredit borcunun ödənilməsi üçün tələbin borclunun əmək haqqına yönəldilməsinə dair 04 avqust 2021-ci il tarixdə qərar qəbul olunaraq borclu İddiaçı iş yerinə X4 MMC-yə göndərilmişdir. İş üzrə borclu İddiaçı əmək haqqından 938,01 manat kredit borcu tutularaq tələbkar "xxxx" ASCnin hesabına ödənilmişdir. Eyni zamanda, İddiaçı tərəfindən 39,55 manat məbləğində icra ödənişi Daşkəsən rayon İcra və probasiya şöbəsinin depozit hesabına ödənilmişdir. Hazırda İddiaçı Cavabdeh 977,56 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsini tələb edir. İş üzrə göründüy kimi, İddiaçı əmək haqqından 938,01 manat kredit borcu tutularaq tələbkar "xxxx" ASC-nin hesabına, 39,55 manat məbləğində icra ödənişi isə Daşkəsən rayon İcra və probasiya şöbəsinin depozit hesabına ödənilmişdir. Bununla da, İddiaçı tərəfindən icra sənədi üzrə cəmi 977,56 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı "xxxx" ASC-dən götürülmüş kredit üzrə zamin durduğu Cavabdeh öhdəliyi üzrə bank tərəfindən ondan tutulmuş 977,56 manat kredit ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumunun ona ödənilməsini tələb etdiyindən tərəflər arasında yaranmış münasibətlərə mülki qanunvericiliyin zaminlik müqaviləsini tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2–ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1–ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1–ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli krdit müqavilə üzrə 938,01 manat kredit borcu, 39,55 manat məbləğində icra ödənişi və 30 manat dövlət rüsumu ödəniş edilmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 977,56 manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 977,56 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1007,56 (bir min yeddi manat əlli altı qəpik) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar