Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-332/2024 20.06.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X43 Hafiz oğlunun sədrliyi Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı X6, Cavabdeh iştirakı ilə, İddiaçı X6 Cavabdeh qarşı Daşkəsən şəhəri V.Alıyev (Mədənçilər) küçəsi 7 saylı evin 5 saylı mənzilinə aid köməkçi tikilinin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X10 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Daşkəsən şəhəri V.Alıyev (Mədənçilər) küçəsi 7 saylı evin 5 saylı mənzilinə köməkçi tikilinin Cavabdeh alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X10 iddia ərizəsinin məzmununa uyğun olaraq izahatında göstərmişdir ki, Daşkəsən şəhəri V.Alıyev (Mədənçilər) küçəsi 7 saylı evin 5 saylı mənzilini 01 iyul 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X4 almışdır. Mənzilə dair adına daşınmaz əmlakın Dövlət reyestrindən 20 iyul 2020-ci il tarixli çıxarış verilmişdir.Alqı-satqı zamanı Ramidə Məmmədova mənzilə dair köməkçi tikilinin (əl damının) mövcud olduğunu və həmin tikilini müvəqqəti istifadə etmək üçün Cavabdeh verdiyini bildirmişdir. Dəfələrlə cavabdehə köməkçi tikilinin boşaldıb ona təhvil verməsini xahiş və tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə bundan yayınmış, tikilini X5 aldığını bildirmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin həmin tikiliyə görə istədiyi pulu ona qaytarmağa razı deyildir. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 1994-cü ildən Daşkəsən şəhəri V.Alıyev (Mədənçilər) küçəsi 7 saylı evin 6 saylı mənzilində yaşayır. 2018-ci ilin iyun ayında mübahisəli köməkçi tikilini X11 200 manata satın almışdır. Tikilinin sənədi olmadığı üçün alqı-satqını rəsmiləşdirə bilməmişdir. Tikili uçuq vəziyyətdə olduğu üçün təmir etdirmişdir. Buna 1000 manatdan çox xərc çəkmişdir. İddiaçı ona 800 manat ödəyərsə tikilini ona qaytarmağa razıdır. Hazırda onun istifadəsində 2 köməkçi tikili vardır. 2020-ci ildə Ramidə Məmmədova özünə məxsus olan onunla qonşuluqda yerləşən Daşkəsən şəhəri V.Alıyev (Mədənçilər) küçəsi 7 saylı evin 5 saylı mənzilini iddiaçıya satmışdır. O, Ramidə Məmmədovadan tikilini ona satıb-satmamasını soruşduqda köməkçi tikilini Əsədə satmadığını bildirmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X18 ifadəsində göstərmişdir ki, Daşkəsən şəhəri V.Alıyev (Mədənçilər) küçəsi 7 saylı evin 5 saylı mənzili və binanın yaxınlığında yerləşən 5 saylı köməkçi tikili anası X15 məxsus olmuşdur. 2018-ci ildə anası Ramidə Məmmədova 5 saylı köməkçi tikilini qonşuları Cavabdeh 200 manata satmışdır. 2020-ci ildə anası Ramidə Məmmədova qeyd edilən mənzili alqı-satqı müqavailəsinə əsasən X1. Mənzilin alqı-satqısı zamanı köməkçi tikilinin Bəşir müəllimə satdıqlarını Əsədə bildirmişlər. Sonradan anası vəfat etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X26 ifadəsində göstərmişdir ki, Daşkəsən şəhəri V.Alıyev (Mədənçilər) küçəsi 7 saylı binanın hər mənzilinin bir köməkçi tikilisi olmuş, 5 saylı mənzilin köməkçi tikilisini 2018-ci ildə anası X37 müəllimin arvadı Rəna müəlliməyə 200 manata satmışdır. Həmn vaxt o, anasının yanında olmuş, Rəna müəllimə pulu onun yanında anası Ramidəyə vermişdir. 2020-ci ildə isə Daşkəsən şəhəri V.Alıyev (Mədənçilər) küçəsi 7 saylı evin 5 saylı mənzilini Əsəd Fərəcalıyevə satmışlar. Sonradan anası vəfat etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X25 ifadəsində göstərmişdir ki, mübahisədən yaxın zamanlarda xəbəri omuşdur. Bəşir müəllim onun çağıraraq Daşkəsən şəhəri V.Alıyev (Mədənçilər) küçəsi 7 saylı binanın yaxınlığında yerləşən köməkçi tikilinin qapısını dəyişməyi xahiş etmiş, o, da 30 manat qapı üçün 20 manat isə zəhmət haqqı alaraq qapını dəyişdirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Cavabdeh tanıyır, iddiaçı X10 ilə tanışlığı yoxdur. Bəşir müəllim onun yaşadığı binanın üst tərəfində yerləşən köməkçi tikilini təxminən 2018-ci ildə satın almışdır. Bəşir müəllimin tikilini satın aldığı qadının adı yadında deyildir.Həmin tikili bərbad vəziyyətdə olmuşdur. İşə əlavə edilmiş Gəncə şəhəri 3 saylı notariat ofisində təsdiq edilmiş 4Ə-187 reyestr nömrəli 01 iyul 2020-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X19 ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə özünə məxsus olan Daşkəsən şəhəri Mədənçilər küçəsi 7 saylı evin 5 saylı mənzilini X9 20000 manata satmışdır. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 iyul 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, Çıxarışın surətindən görünür ki, Daşkəsən şəhəri Mədənçilər küçəsi 7 saylı evin 5 saylı mənzili tam mülkiyyət hüququ ilə X6 adına Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş 15 fevral 2024-cü il tarixli aktdan görünür ki, Daşkəsən şəhəri (Mədənçilər) Vahid Alıyev küçəsi bina 7, mənzil 6-da yaşayan Cavabdeh, Daşkəsən şəhəri (Mədənçilər) Vahid Alıyev küçəsi bina 7, mənzil 6-da yaşayan X27, Daşkəsən şəhəri A.Abdullayev küçəsi bina 1a, mənzil 25-də yaşayan X26 və Gəncə şəhəri Bəxtiyar Əliyev küçəsi ev 9-da yaşayan X13 iştirakı ilə akt tərtib edilmiş ondan ötəri ki, Daşkəsən şəhəri (Mədənçilər) Vahid Alıyev küçəsi bina 7, mənzil 5-də əvvəllər yaşamış, mərhum X20 2018ci ildə yaşamış olduğu binanın yaxınlığında yerləşən, özünə məxsus olmuş, vaxtilə istifadə etdiyi əl damını oğlu X26 və X21 ilə razılaşaraq onların iştirakı ilə X22 200 manata daimi istifadə etmək üçün vermişdir. Aktın dorğuluğu imzalarala təsdiq edilmişlər. İşə əlavə edilmiş 27 fevral 2024-cü il tarixli aktdan görünür ki, Daşkəsən şəhəri (Mədənçilər) Vahid Alıyev küçəsi bina 7, mənzil 6-da yaşayan birinci Qarabağ müharibəsi veteranı Cavabdeh, Daşkəsən şəhəri Mədənçilər küçəsi bina 7, mənzil 1-də yaşayan X30, Daşkəsən şəhəri Mədənçilər küçəsi bina 7a, mənzil 1-də yaşayan birinci Qarabağ müharibəsi veteranı Şahid, Daşkəsən şəhəri A.Abdullayev küçəsi bina 1a, mənzil 25-də yaşayan X28 və Daşkəsən şəhəri A.Abdullayev küçəsi bina 1a, mənzil 3-də yaşayan X16 iştirakı ilə akt tərtib edilmiş ondan ötrü ki, Daşkəsən şəhəri Mədənçilər küçəsi bina 7, mənzil 5-də əvvəllər yaşamış mərhum X20 binanın yaxınlığında yerləşən, özünə məxsus olmuş, vaxtilə istifadə etdiyi əl damından 2018-ci il tarixdən hal-hazıradək X14 istifadə edir. Aktın dorğuluğu imzalarala təsdiq edilmişlər. İşə əlavə edilmiş Daşkəsən şəhər Kommunal-Müəssisələri Kombinatının 12 mart 2024-cü il tarixli 5-42-2012-271/2024 saylı arayışından görünür ki, X3 şəhəri Vahid Alıyev (Mədənçilər) küçəsi ev 7 mənzil 5-də qeydiyyatdadır və yaşayır. İşə əlavə edilmiş Daşkəsən şəhər Bələdiyyəsinin 11 mart 2024-cü il tarixli 26 saylı arayışından görünür ki, Daşkəsən şəhəri Vahid Alıyev küçəsi 7 nömrəli bina 6 mənzillidir və hər mənzil üçün binanın yan hissəsində əlavə köməkçi tikili inşa edilmişdir. Bina ilə birlikdə həmin köməkçi tikintilər dövlət tətərfindən inşa edilmişdir. İşə əlavə edilmiş 14 mart 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzdən görünür ki, X10 tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. İşin faktik halları ilə müəyyən olunur ki, X7 şəhəri 3 saylı notariat ofisində təsdiq edilmiş 4Ə-187 reyestr nömrəli 01 iyul 2020-ci il tarixli müqavilə əsasında Daşkəsən şəhəri Vahid Alıyev (Mədənçilər) küçəsi 7 saylı binanın 5 saylı mənzilini X2. Həmin mənzil 20 iyul 2020-ci il tarixdə tam mülkiyyət hüququ ilə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan Mədənçilər küçəsinin adı dəyişdirilərək Vahid Alıyev küçəsi verilmişdir. Daşkəsən şəhəri Vahid Alıyev (Mədənçilər) küçəsi 7 saylı bina 6 mənzillidir və hər mənzil üçün binanın həyətində bir əlavə köməkçi tikililər inşa edilmişdir. Binanın 5 saylı mənzilinə aid olan yardımçı tikili X6 deyil, qonşu mənzildə sahibi Cavabdeh istifadəsindədir. Cavabdeh həmin tikilini mənzilin əvvəlki mülkiyyətçisindən şifahi razılaşma əsasında pul ödəməklə almışdır. Hazırda Cavabdeh həm özünə məxsus olan 6 saylı mənzilə, həm də qonşu X9 məxsus 5 saylı mənzilə aid olan köməkçi tikililərdən istifadə edir. Göründüyü kimi X3 şəhəri Vahid Alıyev (Mədənçilər) küçəsi 7 saylı yaşayış binasının 5 saylı mənziliniin mülkiyyətçisi olduğu halda həmin mənzilin məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahəsindən istifadə hüququnu həyata keçirə bilmir. Cavabdehun X9 məxsus 5 saylı mənzilə aid olan köməkçi tikilidən istifadə etməsinin qanuni əsasları mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.5-ci maddəsinə əsasən, yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Həmin Məcəllənin 227.2 -ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə mülkiyyətçi olmayan şəxslərin əmlakdan istifadə hüququ vardır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı X3 şəhəri Vahid Alıyev (Mədənçilər) küçəsi 7 saylı binanın 5 saylı mənzilinin tam hüquqlu mülkiyyətçisi olduğundan həmin mənzil üçün binanın həyətində yerləşən əlavə köməkçi tikililidən istifadə hüququna malikdir. Odur ki, iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Məhkəmə həmin tikilinin Cavabdeh tərəfindən əldə edilməsinin əsaslarına aid onu qeyd edir ki, daşınmaz əmlakla bağlı müqavilənin xüsusi etibarlılıq şərtlərindən ən başlıcası odur ki, həmin müqavilə yazılı olmalı və notarial qaydada təsdiq edilməlidir. Odur ki, həmin tikilini mənzilin əvvəlki mülkiyyətçisindən şifahi razılaşma əsasında satın almasının hüquqi nəticəsi yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər Həmin Məcəllənin 337.4-ci maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Odur ki, iddia təmin edilməklə Daşkəsən şəhəri V.Alıyev (Mədənçilər) küçəsi 7 saylı binanın 5 saylı mənzilinə aid köməkçi tikili Cavabdeh alınıb iddiaçı X6 istifadəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Daşkəsən şəhəri V.Alıyev (Mədənçilər) küçəsi 7 saylı binanın 5 saylı mənzilinə aid köməkçi tikili Cavabdeh alınıb iddiaçı X9 qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı X9 ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-332/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-332/2024
20.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver