Məhkəmə qərarları › İş №2(030)-344/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-344/2024

27.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-344/2024 27.06.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X2 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 1500 manat pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 manat məbləğində pul vəsaitinin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, Cavabdeh ilə aralarında olan razılığa əsasən 2021-ci ilin xatırlamadığı aylarında cavabdehə 5 ədəd iribuynuzlu heyvan satmışdır. Razılığa əsasən cavabdeh heyvanları kəsib sataraq hissə-hissə onun pulunu qaytaracağına dair öhdəlik götürmüşdür. Cavabdeh hissə-hissə olmaqla 2023-cü ilin yay aylarına kimi ona olan borcunun bir hissəsinin ödəmiş, 1500 manat isə ödənilməmiş qalmışdır. Dəfələrlə cavabdehdən pulu tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınmışdır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, Daşkəsən rayonu ərazisində qəssablıq fəaliyyəti ilə məşğul olur. İddiaçı ilə aralarında heyvan alqı-satqısı olmuşdur. O, iddiaçıya olan borcunun bir hissəsini ödəmişdir. Hazırda iddiaçıya 1000 manat məbləğində borcu qalmışdır. Bu barədə o, qəbz yazaraq iddiaçıya vermişdir. Odur ki, məhkəmədən iddia tələbinin qismən təmin olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş qəbzdən görünür ki, Ramil Oktay oğlu İddiaçı 5 baş danası kəsmiş, ondan 1000 manat borcu qalmışdır. İşə əlavə edilmiş 29 mart 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 35 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 608-ci maddəsinə görə, əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə gorə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş uzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddiaçı Cavabdeh tələb etdiyi 1500 manat məbləğində pulun 1000 manat hissəsi cavabdeh tərəfindən etiraf edildiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir. İddia tələbinin 500 manat hissəsi cavabdeh tərəfindən qəbul edilməmişdir. Belə olan halda iddiaçı iddia tələbinin həmin hissəsini təsdiq edən sübutu məhkəməyə təqdim etməli olduğu halda, etməmişdir. Yuxarıda qeyd olunan maddi hüququ normalarının tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1000 manat məbləğində pul vəsaiti alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 35 manat dövlət rüsumunun 30 manatı cavabdehdən tutulub iddiaçıya ödənilməli, 5 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1000 (min) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar