Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-348/2023 26.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Fərhad oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan cehiz əşyalarının ona məxsus Gəncə şəhəri Məhsəti qəsəbəsi 3-cü küçədə yerləşən evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X4 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə mürcaiət edərək, Cavabdeh oğluna məxsus dolabın, 1 ədəd iki nəfərlik çarpayının, 2 ədəd tumbanın, 1 ədəd güzgülü termonun, 2 ədəd gecə çırağının, 1 ədəd pərdənin, 1 ədəd otaq üçün çilçırağın, 1 ədəd stol və 8 ədəd oturacaq stulun, 1 ədəd servantın və 1 ədəd televizor altının İddiaçı məxsus olan Gəncə şəhəri Məhsəti qəsəbəsi 3-cü küçədə yerləşən evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Fərhad oğlu iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, İddiaçı oğlu X7 ilə Cavabdeh 27 dekabr 2019-cu ildə rəsmi nikah qeydindən keçməklə ailə qurmuşlar. Ailə qurduqdan sonra Cavabdeh məxus olan cehiz əşyaları - dolab, 1 ədəd iki nəfərlik çarpayı, 2 ədəd tumba, 1 ədəd güzgülü termo, 2 ədəd gecə çırağı, 1 ədəd pərdə, 1 ədəd otaq üçün çilçıraq, 1 ədəd stol və 8 ədəd oturacaq stulu, 1 ədəd servant və 1 ədəd televizor altı iddiaçıya ayrılmış torpaq sahəsində inşa edilmiş, Gəncə şəhəri Məhsəti qəsəbəsi 3-cü küçədə yerləşən fərdi yaşayış evinə gətirərək orada yaşamağa başlamışlar. Birgə nikahlarından 13 oktyabr 2020-ci ildə Məryəm adlı bir uşaqları anadan olmuşdur. Anar Əliyev ilə Cavabdeh xasiyyətləri tutmadığı üçün aralarında olan nikah əlaqələri faktiki olaraq 2021-ci ildən kəsilmiş və həmin vaxtdan cavabdeh köçüb getmiş, lakin cehiz əşyalarını aparmamışdır. Daşkəsən Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının oğlu Anar Əliyev ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, uşaq cavabdehin himayəsinə verilmişdir. Cavabdeh ötən müddət ərizndə cehiz əşyaları ilə maraqlanmamışdır. Dəfələrlə xəbər göndərilsə də, cavabdeh cehiz əşyalarını aparmamışdır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Farforist birliyinə ayrılmış torpaqlar birlıiyinin üzvülərinə verilməsi haqqında çıxarışın surətindən görünür ki, XDSİK-nin xx.xx.1988-ci il tarixli 11 nömrəli qərarı ilə Farforist bağ birliyinin 02 nömrəli protokolu əsasında Gəc zavodu ərazisində bağçılıq üçün birliyin üzvü X2 0,04 ha torpaq sahəsi bağ evi üçün ayrılması barədə qərar verilmişdir. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli 2(030)- 274/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X7 ilə Cavabdeh arasında bağlanmış, 27 dekabr 2019-cu il tarixdə Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsində 298 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, nikahın pozulması haqqında akt qeydi aparılarkən Cavabdeh nikahdan əvvəlki “Qurbanova” soyadını bərpa etmək hüququnun olmasının izah edilməsi, tərəflərin birgə nikahından – 13 oktyabr 2020-ci ildə anadan olmuş X5 Cavabdeh yanında saxlanılması qət edilmişdir. İşə əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Cavabdeh nikahı Daşkəsən Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli 2(030)- 274/2022 saylı qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 21 sentyabr 2022-ci tarixdə xitam verilmişdir. Bu barədə nikahjın bağlanması haqqında akt qeydləri kitabında 22 sentyabr 2022ci il tarixə 28 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilinin zahatını, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.2-ci maddəsinə əsasən, digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırıldığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən olunmuşdur ki, İddiaçı oğlu X7 ilə Cavabdeh 27 dekabr 2019-cu ildə rəsmi nikah qeydindən keçməklə ailə qurmuşlar. Ailə qurduqdan sonra Cavabdeh məxus olan cehiz əşyaları - dolab, 1 ədəd iki nəfərlik çarpayı, 2 ədəd tumba, 1 ədəd güzgülü termo, 2 ədəd gecə çırağı, 1 ədəd pərdə, 1 ədəd otaq üçün çilçıraq, 1 ədəd stol və 8 ədəd oturacaq stulu, 1 ədəd servant və 1 ədəd televizor altı iddiaçıya ayrılmış torpaq sahəsində inşa edilmiş, Gəncə şəhəri Məhsəti qəsəbəsi 3-cü küçədə yerləşən fərdi yaşayış evinə yerləşdirilmiş, həmin vaxtdan cavabdeh orada yaşamağa başlamışdır. X7 ilə Cavabdeh birgə nikahlarından 13 oktyabr 2020-ci ildə X5 anadan olmuşdur. Anar Əliyev ilə Cavabdeh xasiyyətləri tutmadığı üçün aralarında olan nikah əlaqələri faktiki olaraq 2021-ci ildən kəsilmiş və həmin vaxtdan cavabdeh çıxıb getmiş, lakin cehiz əşyalarını aparmamışdır. X3 müraciəti əsasında Daşkəsən Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli qətnaməsi ilə X7 ilə Cavabdeh arasında bağlanmış, 27 dekabr 2019-cu il tarixdə Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsində 298 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulmuş, tərəflərin birgə nikahından – 13 oktyabr 2020-ci ildə anadan olmuş X5 Cavabdeh yanında saxlanılması qət edilmişdir. Hazırda iddiaçı cavabdehə məxsus cehiz əşyalarının çıxarılmasını tələb edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-cü maddəsinə görə, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən, dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 51.1-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.3-cü maddəsinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, XDSİK-nin xx.xx.1988-ci il tarixli 11 nömrəli qərarı ilə Farforist bağ birliyinin 02 nömrəli protokolu əsasında Gəc zavodu ərazisində bağçılıq üçün birliyin üzvü X2 bağ evi üçün 0,04 ha torpaq sahəsi ayrılmışdır. X6 tərəfindən qeyd edilən torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Fərdi yaşayış evinə dair iddiaçı X1, istifadə və sərəncam hüquqlarının həyata keçirmək səlahiyyətinə malikdir. İş materialları müəyyən edilir ki, iddiaçının oğlu Anar Əliyev ilə Cavabdeh xeyli müddətdir ki, ayrı yaşayırlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli evdən istifadə hüququ olmadığından ona məxsus olan dolab, 1 ədəd iki nəfərlik çarpayı, 2 ədəd tumba, 1 ədəd güzgülü termo, 2 ədəd gecə çırağı, 1 ədəd pərdə, 1 ədəd otaq üçün çilçıraq, 1 ədəd stol və 8 ədəd oturacaq stulu, 1 ədəd servant və 1 ədəd televizor altı iddiaçı X2 məxsus olan Gəncə şəhəri Məhsəti qəsəbəsi 3-cü küçədə yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus olan dolab, 1 ədəd iki nəfərlik çarpayı, 2 ədəd tumba, 1 ədəd güzgülü termo, 2 ədəd gecə çırağı, 1 ədəd pərdə, 1 ədəd otaq üçün çilçıraq, 1 ədəd stol və 8 ədəd oturacaq stulu, 1 ədəd servant və 1 ədəd televizor altı iddiaçı X2 məxsus olan Gəncə şəhəri Məhsəti qəsəbəsi 3-cü küçədə yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-348/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-348/2023
26.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver