Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-372/2023 08.12.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12700 manat məbləğində pul və ödənilmiş 130 manat dövlət rüsumu olmaqla, cəmi 12830 manatın alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 vəkili və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və vəkili X1 ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etdiyi üçün məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, onlar heyvan alqı-satqısı ilə məşğul olurlar. Azərbaycan Respublikasının müxtəlif bölgələrinə gedib diri heyvan alıb Bakı şəhərinə gətirərək burada müxtəlif ət məntəqələrinə satılmasını realizə edirlər. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində ət kəsim məntəqəsi vardır. Orada diri heyvanları kəsərək satışını həyata keçirir. Cavabdeh uzun müdddət qəssab kimi ət kəsimi ilə məşğul olduğundan onu və satış etdiyi ət dükanını tanıyırlar. Cavabdeh onların diri heyvan satışını bildiyi üçün onlara yaxınlaşaraq həftədə iki dəfə olmaqla onlardan diri heyvan almaq üçün sifariş vermiş, onlar da öz növbələrində diri heyvanları cavabdehə hissə-hissə ödəmək şərti ilə satış etmişlər. Hər həftə diri heyvan alaraq satışından əldə olunmuş müəyyən bir məbləğlə daha çox heyvan almağa başlamışlar. Bu minvalla cavabdeh onlardan almış olduğu iri buynuzlu diri heyvanları aparıb satış edərək əldə etdiyi puldan onlara ödəniş etməmişdir. Hər dəfə də, ətin qiymətinin qalxmasını, ət satışının zəif olmasını bəhanə edərək bu aylar ərzində onları yola verməyə başlamışdır. Onlar Cavabdeh pulu tələb etdikdə cavabdeh müxtəlif bəhanələrlə bundan yayınmışdır. Cavabdeh onun qapısına gələrək həm ona, həm də, əmisi oğluna məxsus diri heyvanlar almış, həmin heyvanları kəsim edərək ət dükanında sataraq pul əldə etmişdir. Onlar cavabdehin şirin sözlərinə inanaraq onun ət satışından əldə etdiyi heyvanların pulunu ödənilməsi ümudi ilə bu aylar ərzində gözləmə mövqeyində olmuşlar. Lakin cavabdeh heç bir ödəniş etməmişdir. Cavabdeh onlardan almış olduğu diri heyvanların pulunu öz məqsədləri üçün xərcləmişdir. Cavabdehlə telefon vasitəsi ilə əlaqə saxlayaraq pulu tələb etsələr də, cavabdeh maddi imkanın olmamasını bəhanə edərək ödəməmişdir. Bununla əlaqədar olaraq Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Poli Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, aparılmış araşdırma zamanı cavabdeh onlara 12000 manat borcu olduğunu etiraf etmiş və qısa müddət ərzində ödəyəcəyini öhdəsinə götürmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Cavabdeh Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Binəqədi Rayon Polis İdarəsi 4-cü Pilos Şöbəsində verdiyi izahatından görünür ki, fərdi əməklə məşğul olur. İddiaçı2 yaxından tanıyır. 2023-cü ilin mart ayında tanışı İddiaçı1 12000 manat dəyərində diri mal-qaranı nisyə almış, heyvanları kəsib satdıqdan sonra pulunu ödəcəyini bildirmişdir. Lakin, sonradan alver zəif olduğu üçün borcunu ödəyə bilməmişdir. Yaxın zamanlarda 12000 manat borcunu ödəcəyi barədə öhdəlik götürür. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iri buynuzlu mal-qara satışı ilə məşğul olurlar. Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi ərazisində özünə məxsus satış mağazasında mal-qara kəsimi ilə məşğul olur. 2023-cü ilin mart ayından başlayaraq Cavabdeh İddiaçı1 kəsib satmaq üçün iri buynuzlu mal-qara satın almış və heyvanı kəsib satdıqdan sonra pulunun hamısını verəcəyinə dair öhdəlik götürmüşdür. Lakin cavabdeh heyvanları kəsib satsa da, pulu ödəməmişdir. Dəfələrlə pulun ödənilməsi ilə bağlı tərəflər arasında danışıqlar aparılmış, hər dəfə cavabdeh borcu qaytaracağını bildirsə də, müxtəlif bəhanələrlə bundan yayınmışdır. Həmin vaxtdan xeyli müddət keçməşinə baxmayaraq, cavabdeh borcu qaytarmamışdır. Göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə nisyə alqı-satqı ilə bağlıdır. Odur ki, mübahisənin həlli üçün nisyə alqı-satqı münasibətlərini tənzimləyən maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində (bu növ müqavilə alıcı və satıcı arasında şifahi bağlanır) əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsi (əşyaların nisyə satışı) nəzərdə tutula bilər. Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə ... gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (o cümlədən vaxtında və tam icra edilməməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsinə uyğun olaraq, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 433.3-cü maddəsinə əsasən, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. İş üzrə təsdiq olunduğu kimi, tərəflər arasında uzun müddət mal-qaranın alqı-satqısı və ya kəsilib satılmaqla borcun ödənilməsi ilə bağlı münasibətlər formalaşmışdır. 2023-cü ilin mart ayından başlayaraq Cavabdeh İddiaçı1 kəsib satmaq üçün iri buynuzlu mal-qara satın almış və heyvanı kəsib satdıqdan sonra pulunun hamısını verəcəyinə dair öhdəlik götürmüşdür. Lakin İddiaçı1 çoxsaylı tələblərinə baxmayaraq, cavabdeh hal-hazırki vaxtadək borcunu ödəməmişdir. Cavabdeh barəsində cinayət işinin başlanmasına dair iddiaçının şikayətinə əsasən məsələ Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Binəqədi Rayon Polis İdarəsi 4-cü Pilos Şöbəsində ciddi araşdırılmışdır. Araşdırma zamanı cavabdeh yazılı surətdə verdiyi izahatında İddiaçı1 olan borcunun 12000 manat olduğunu etiraf etmiş və borcu ödəcəyinə dair öhdəlik götürmüşdür. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh 12700 manat məbləğində pul tələb etsə də, cavabdeh Tareyl Məmmədovun onlara 12000 manatdan artıq hissədə borcunun olmasına dair heç bir sübutu istər məhkəməyə ünvanladığı sənədlərdə, istərsə də, məhkəmə tədqiqatı müddətində təqdim etməmiş, bu hal məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Həmçinin, iddiaçılardan İddiaçı2 cavadhehin eyni zamanda ona 12000 manat borcunun olduğunu qeyd etsə də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi iddiaçılardan İddiaçı2 münasibətdə təmin edilməməlidir. Ona görə də, yuxarıda qeyd olunan maddi hüququ normalarının tələblərinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12000 manat məbləğində pul vəsaiti alınıb İddiaçı1 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 130 manat dövlət rüsumunun 122 manatı cavabdehdən tutulub iddiaçıya ödənilməli, 08 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12000 (on iki min) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 122 (bir yüz iyirmi iki) manat olmaqla, cəmi 12122 (on iki min yüz iyirmi iki) manat alınaraq İddiaçı1 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-372/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-372/2023
08.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver