Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-374/2023 09.08.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı X4 etibarnamə üzrə nümayəndəsi İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ona çatası 1500 manat pulun və ödənilmiş 40 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X4 etibarnamə üzrə nümayəndəsi İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, onların ailəsi kənd təsərrüfatı ilə məşöul olur. 500 yaxın xırda buynuzlu heyvanları vardır. X7 həmin heyvanların saxlanması ilə məşğul olur. Həmin heyvanları otarmaq məqsədi ilə Daşkəsən rayon sakinləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq evlərinə dəvət etmişlər. Cavabdehlər borcları olduğunu və 1500 manat məbləğinə ehtiyacları olduğunu bildirmişlər. 14 iyul 2018-ci ildə o, 1500 manat məbləğini nəqd şəkildə cavabdehlərə vermişdir. Cavabdehlər həmin pulun müqabilində bir il müddətində onlara məxsus heyvanları otaracaqlarına dair yazılı qəbz vermişlər. Lakin cavabdehlər onu aldadaraq onların qoyunlarına çobanlıq etməmişlər. Bununla bağlı Gədəbəy rayon Polis Şöbəsinə rəsmi ərizə ilə müraciət etmiş, Gədəbəy rayon Polis Şöbəsinin təhqiqatçısı Rövşən Hüseynov tərəfindən aparılmış araşdırma nəticəsində 25 yanvar 2023-cü il tarixli 1161/2023 saylı məktubla mülki qaydada məhkəməyə müraciət etməsi bildirilmişdir. Cavabdehlər həmin məbləğdən əvvəl 600 manat, 21 iyul 2023-cü il tarixdə isə 600 manat olmaqla cəmi 1200 manat ödəniş etmişlər. Haızrda cavabdehlərin ona 400 manat məbləğində borcu qalmışdır. Odur ki, məhkəmədən iddia tələbini qismən, yəni 400 manata dair hissədə təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı 1500 manat məbləğində pul vəsaiti almışdır. Həmin məbləğdən əvvəl 700 manatı, 21 iyul 2023-cü ildə isə 600 manatı geri ödəmişdir. Hal-haırda iddiaçıya 200 manat məbləğində borcu qalmışdır. Odur ki, məhkəmədən iddia tələbinin 200 manata dair hissədə təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhlkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlkumat verilmiş Cavabdeh1 məhkəmə iclasına gəlıməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məkumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci mnaddəsinə əsasən işə cavabdehin iştirakı olmadna baxılmasını mümkün hesab etmişdir. İşdə olan qəbzdən görünür ki, Cavabdeh1 və Qasımov X3 rayonu Sammanlıq kənd sakini X2 arlarında olan razılaşmaya əsasən Fizuliyə məxsus olan qoyunları 1 il müddətində otarmaq üçün 1500 manat məbləğində pul almışlar. İşdə olan qəbzdən görünür ki, İddiaçı Cavabdeh2dan 21 iyul 2023-cü il tarixdə 600 manat məbləğində pulıu qəbul etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ailəsinə məxsus olan xırdabuynuzlu heyvanları 1 il müddətində otarmaq üçün 1500 manat məbləğində pul vəsaiti almışlar. Lakin cavabdehlər üzərilərinə götürdükləri öhdəliyi yerinə yetirməmişlər. Cavabdehlər 1500 manat borcdan əvvəl 600 manat, 21 iyul 2023-cü il tarixdə isə 600 manat olmaqla, cəmi 1200 manat məbləği iddiaçıya vermişlər. İddiaçı məhkəməyə təqdim etdiyi ərizədə cavabdehə 1600 manat verdiyini, cavabdehin isə həmin məbləğdən 1200 manat qaytardığını, hal-hazırda 400 manat borcu qaldığını, cavabdeh isə iddiaçıdan aldığı 1500 manat məbləğdən 700 manat və 600 manat olmaqla, cəmi 1300 manat qaytardığını bildirsə də, işə əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə 1500 manat məbləğində pul verilmişdir. İddiaçı cavabdehlər tərəfindən ona 1200 manat məbləğində pul verildiyini etiraf etmişdir. Eyni zamanda, iddia tələbi 1500 manatın alınıb verilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən, əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmin Məcəllənin 744.1-ci maddəsinə görə, borc müqaviləsi müəyyən müddət üçün sabit faizlərin şərtləşdirilməsi ilə bağlana bilər. Mülki Məcəllənin 433.3-cü maddəsinə əsasən, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun pisk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə gorə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş uzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlar əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 300 manat pul məbləği alınıb iddiaçı X5 verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun 08 manatı cavabdehə, 32 manatı iddaçıya aid edilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 300 manat manat əsas borc və ödənilmiş dövlət rüsmunun 08 manatı olmaqla, cəmi 308 (üç yüz səkkiz manat məbləği alınaraq iddiaçı X5 verilsin. Ödənilmiş dövlət rüsumunun 32 (otuz iki) manatı iddiaçı X5 aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-374/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-374/2023
09.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver