Məhkəmə qərarları › İş №2(030)-400/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-400/2023

09.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-400/2023 09.08.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 2912 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, Göygöl rayonu Bəhrəmbəy kəndində fermer təsərrüfatı ilə məşğul olur. İri buynuzlu heyvanları kökəldib satmaqla məşğul olur. Cavabdehlə əvvəllər aralarında bir neçə dəfə heyvan alqı-satqısı olmuşdur. 2023-cu ilin mart ayında 1 kiloqramı 13.50 manatdan 212 kiloqramlıq bir baş iribuynuzlu heyvanı nisyə satmışdır. Cavabdeh əti satdıqdan sonra 2862 manat pulu və əlavə olaraq da 50 manat verəcəyini bildirmişdir. Bundna sonra cavabdeh heyvanı onun yaşadığı Göygöl rayonu Bəhramtəpə kəndində yerləşən fermada kəsmiş və əti kəsərək götürüb getmişdir. Buna baxmayaraq hal-hazıradək cavabdeh heç bir ödəniş etməmişdir. Cavabdeh onun telefonlarına cavab vermədiyi üçün Göygöl rayon Polis Şöbəsinə şikayət etmişdir. Göygöl rayon Polis Şöbəsində araşdırma aparılmış, məsələ mülki icraat qaydasında həll olunacağına dair 25 aprel 2023-cü il tarixli qərar ilə cinayət işinin başlanması rədd edilmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, Daşkəsən rayonu ərazisində qəssablıq fəaliyyəti ilə məşğul olur. Kənd və qəsəblərdən malqara alaraq kəsib satır. İddiaçı ilə aralarında bir neçə dəfə heyvan alqı-satqısı olmuşdur. 2015- 2016-cı illərdə İddiaçı ilə aralarında heyvan alqı-satqısı zamanı mübahisə yaranmış, həmin vaxt iddiaçı ondan şikayət etmiş, bu səbəbdən də, daha sonra iddiaçıdan heyvan almamışdır. Axrıncı dəfə 2020-ci ilin yaya aylarında iddiaçı ona zəng edərək heyvanlarının heç kimin almadığını və onun kəsərək satmasını xahiş etmiş, o, isə əvvəllər olduğu kimi ondan şikayət edəcəyini bildirdikdə, iddiaçı 5000-6000 manatlıq nisyə ət verəcəyini, pulunu isə sonra alcağını bildirdiyi üçün, ümumilikdə iddiaçıdan 12 baş iri buynuzlku heyvanı ayrı-ayrı vaxtlarda nisyə almış, həmin heyvanları kəsib satdıqdan sonra hissə-hissə iddiaçıya olan borcunun bir hissəsini ödəmişdir. İddiaçıya 2950 manat məbləğində borcu qaldığı üçün iddiaçı əvvəlcə Daşkəsən Rayon Məhkəməsinə, sonra Apellyasiya Məhkəməsinə şikayət etmiş, ondan 3025 manat məbləğində pul vəsaitinin tutulub iddiaçıya ödəniulməsi barədə qətnamə çıxarılmışdır. Ayrı-ayrı vaxtlarda hissəhissə olmaqla 3025 manat borc məbləğindən 2225 manatını ödəmişdir. Hazırda iddiaçıya 800 manat borcu qalmışdır. O, hər ay borcundan 200 manat iddiaçıya ödəyir. 2020-ci ildə onunla iddiaçı arasında heç bir alqı-satqı olmamışdır. İddiaçı tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X5 ifadəsində göstərmişdir ki, təxminən saat 3-4 radələrində İddiaçı ona zəng edərək dana kəsdirəcəyini bildirmişdir. O, heyvanı çıxarmış, heyvanı kim kəsdiyini görməmişdir. Cavabdeh tanımır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X1 ifadəsində göstərmişdir ki, o, İddiaçı tanıyır. Elxanın göstərişi ilə inəyi kəsmək üçün tövlədən çıxardıb bağlamışdır. Kimin kəsdiyini görməmişdir. İddiaçıinəyi Ramilin kəsdiyini və heyvanın 213 kiloqram gəldiyini bildirmişdir. Bundan sonra öz inəyini otarmağa aparmışdır. Qayıdanda heyvanın kəsildiyini eşitmişdir. İşə əlavə edilmiş Göygöl rayon X4 Bölməsinin təhqiqatçısı, polis kapitanı X2 25 aprel 2023cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı Cavabdeh 2023-cü ilin mart ayında ondan 2806 manat dəyərində 212 kiloqramlıq bir baş iribuynuzlu heyvanı kəsərək nisiyə ət almasını, pulunu geri qaytarmamasını bildirmiş, aralarında mülki mübahisə yaranmışdır. Qərarın təsviri hissədində göstərilənlərə əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Qərarın təsviuri hissəsində göstərilənlərə əsasən İddiaçı Cavabdeh ilə aralarında yaranmış mülki mübahisə ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 49 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə işin faktiki hallarını əsas götürərək tərəflərin izahatlarını, şahidlərin ifadələri, işə əlavə edilmiş sənədləri hərtərəfli təhlil edərək hesab edir ki, iddia əsassızdır. İddiaçı Cavabdeh 1 kiloqramı 13.50 qəpikdə hesablanmaqla 212 kiloqram çəkidə 2862 manat məbləğində bir baş inəyi kəsib ətini apardığını iddia etsə də, bu halı təsdiq edən heç bir mötəbər sübut məhkəməyə tədim etməmiş, bu məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Şahid ifadələri ilə bağlı məhkəmə qeyd edir ki, şahidlərin heç biri inəyin cavabdeh tərəfindən kəsilib aparılmağını görməmişlər, yalnız iddiaçının onlara bu barədə dediyini bildrimişlər. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Hazırki halda sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbini hər hansı sübutla əsaslandırmadığından, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsasız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş 49 manat məbləğində dövlət rüsumu iddaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh 2912 manat pulun alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 49 (qırx doqquz) manat məbləğində dövlət rüsumu iddaçı İddiaçı aid edilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar