Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-414/2023 02.08.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 2500 manat pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2500 manat məbləğində pulun alnıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, Göygöl rayon Bəhrəmbəy kəndində qeydiyyatda olduğu üçün mülki işin aidiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilməsi xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X4 mülki işin baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Elektron məhkəmə sistemindən görünür ki, Cavabdeh1 Göygöl rayon Bəhrəmbəy kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 37-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.7-ci maddəsinə görə, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Həmin Məcəllənin 31.1-cı maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə işlərin Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Odur ki, yuxarıda qeyd olunan mülki prosessual hüquq normalarına habelə, işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 Göygöl rayon Bəhrəmbəy kəndində qeydiyyatda olduğuna görə hazırki mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 24, 26, 31, 35, 36, 44, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 2500 manat pul tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ AZ-1600, Daşkəsən şəhəri, М.Əsədov küçəsi 17 Тelefon: (022) 215-56-44. Faks: (022) ***-**-** İş № 2(030)-175/2023 14 aprel 2023-cü il X5 Gəncə şəhəri Bayan küçəsi 5-ci döngə ev 20A Surəti: X7 Gəncə şəhəri 1 saylı Vəkil Bürosu Surəti: X1 Daşkəsən rayonu Zəylik kəndi Daşkəsən Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(030)-175/2023 saylı qərardadın surəti Sizə göndərilir. Qoşma: qərardadın surəti – 01 vərəqə Məhkəmənin sədri vəzifəsini müvəqqəti icra edən hakim: Mustafa Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ AZ-1600, Daşkəsən şəhəri, М.Əsədov küçəsi 17 Тelefon: (022) ***-**-** Faks: (022) ***-**-** İş № 2(030)-175/2023 28 aprel 2023-cü il Kəlbəcər Rayon Məhkəməsinin sədri cənab Həsən Qəniyevə Surəti: X5 Gəncə şəhəri Bayan küçəsi 5-ci döngə ev 20A Məlumat üçün Surəti: X7 Gəncə şəhəri 1 saylı Vəkil Bürosu Məlumat üçün Surəti: X1 Daşkəsən rayonu Zəylik kəndi Məlumat üçün İddiaçı X3 cavabdeh X1 qarşı aliment tələbinə tələbinə dair iddia ərizəsi üzrə 2(030)-175/2023 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Sizə göndərilir. Qoşma: mülki iş 01 cild “ ” vərəqə Daşkəsən Rayon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-414/2023
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-414/2023
02.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver