Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-436/2023 23.08.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kredit müqaviləsi üzrə yaranmış 2600 manat məbləğində pulun, kredit müqaviləsinin rüsumu olaraq keçirdiyi 115 manatın, 2000 manat maddi zərərin, 2000 manat mənəvi zərərin, cavabdehə şəxsən ödədiyi 320 manat pulun birdəfəlik alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, onun istifadəsində heyvandarlığın inkişafı ilə əlaqədar olaraq ferma vardır. Tanışlarına fermanın idarə edilməsinə görə ona çoban lazım olduğunu bildirmişdir. Onun yaxın tanışı olan Təhmaz adlı şəxs Daşkəsən rayon sakini Cavabdeh onun femasını idarə edəcəyini bildirmişdir. 07 aprel 2023-cü ildə Cavabdeh fermaya gələrək baxış keçirmiş və həmin gecə yataqda qalmışdır. Cavabdehin yatağa gəlməsi üçün 50 manat ödəniş etmişdir. Aralarında olan razılaşmaya əsasən hər ay o, cavabdehə 550 manat əmək haqqı verməli, cavabdeh isə əvəzində arvadı və oğlu ilə birlikdə onun vermasında işləməli idilər. 08 aprel 2023-cü ildə cavabdeh Daşkəsən rayonuna getmiş və ailəsi ilə birlikdə yenidən fermaya qaytımışdır. O, cavabdehi, ailəsini və onlara məxsus əşyaları gətirdiyi üçün avtomobilə 100 manat ödəniş etmişdir. Cavabdeh qızına 25 aprel 2023-cü ildə toy edəcəyi üçün əşyalarını fermaya yerləşdirdikdən sonra Daşkəsən rayonuna qayıtmışdır. Cavabdeh qızına cehiz əşyalarının alınması üçün ona borc olaraq maddi köməklik göstərməsini xahiş etmişdir. 18 aprel 2023-cü ildə cavabdeh 120 manat pul vermişdir. 18 aprel 2023-cü il tarixdə onunla cavabdeh arasında Ağstafa rayon Notariat Ofisində “Kredit müqaviləsi” bağlanmış və o, cavabdehə 2600 manat məbləğində borc pul vermiş, aralarında olan razılığa əsasən cavabdeh fermada işləməklə hər ay 200 manat borcundan ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Bundan sonra o, 23 aprel 2023-cü il tarixdə cavabdehə yol xərci olaraq 50 manat ödəniş etmiş və cavabdehi Daşkəsən rayonuna yola salmışdır. 25 aprel 2023-cü ildə cavabdeh yenidən ona zəng edərək 600 manat borc pul istəmiş, o, isə cavabdehin dələduz olduğunu başa düşdüyü üçün ona pul verməkdən imtina etmişdir. 29 aprel 2023-cü il tarixdə cavabdeh ona zəng edərək arvadının işləmək istəmədiyi üçün o, da işdən imtina etdiyini bildirmişdir. Köməksiz qaldığı üçün baxımsızlıqdan 12 baş qoyunu tələf olmuş, nəticədə ona 2000 manatdan artıq ziyan vurulmuşdur. Cavabdeh onu ümüdlu etdiyi üçün o, həmin vaxt başqa çoban axtarmamışdır. Bundan sonra, dəfələrlə cavabdehdən pulunu geri tələb etdikdə, cavabdeh müxtəlif bəhanələr gətirməklə yalan vədlər verərək onu aldatmağa çalışmışdır. Aralarında olan mübahisənin məhkəmədəkənar qaydada həlli mümkün olmamışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, onunla İddiaçı arasında olan razılaşmaya əsasən o, 500 manat əmək haqqı müqabilində iddiaçının 300 baş xırda buynuzlu heyvanını saxlamalı idi. Qızına toy etdiyi üçün o, iddiaçıdan 2600 manat borc pul istəmiş, onunla İddiaçı arasında Ağstafa rayon notariat ofisində bağlanmış 18 aprel 2023-cü il tarixdə 1S-2463 reyestr nömrəli “Kredit müqaviləsi”nə əsasən iddiaçı ona 18 may 2024-cü il tarixədək qaytarmaq şərti ilə 2600 manat məbləğində borc pul vermişdir. Qızının toyundan sonra iddiaçı ona azyaşlı oğlu ilə birlikdə 300 deyil 600 baş xırda buynuzlu heyvana baxacağını bildirmiş, bu səbəbdən də o, iddiaçının heyvanlarına baxmaqdan imtian etmişdir. Hazırda onun iddiaçıya 2600 manat məbləğində borcu vardır. Qeyd edilən məbləğdən heç bir ödəniş etməmişdir. Odur ki, məhkəmədən iddia tələbinin qismən təmin olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş 18 aprel 2023-cü il tarixli “Kredit müqaviləsi”nin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18 aprel 2023-cü il tarixli kredit müqaviləsinin 1-ci bəndinə əsasən “borc verən” - İddiaçı “borc alan” - Cavabdeh 2600 manat məbləğində pulu borc vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən, “Borc alan” krediti 18 may 2024-cü il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Müqavilənin 6-cı bəndinə əsasən, “Borc verən” müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu notariusun bankda açılmış depozit hesabı vasitəsilə həyata keçirilməlidir. Müqavilənin 7-ci bəndinə görə, ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Müqavilənin 8-ci bəndinə görə, “borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Müqavilənin 9-cu bəndinə əasən, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Müqavilənin 10-cu bəndinə əsasən, bu müqaviləyə dəyişiklik və ya əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 744.1-ci maddəsinə görə, borc müqaviləsi müəyyən müddət üçün sabit faizlərin şərtləşdirilməsi ilə bağlana bilər. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia tələbi borcun qaytarılması ilə bağlı olmuşdur. Həmin münasibətlərə mülki qanunvericiliyin borc və öhdəliyin icrasını tənzimləyən normalar tətbiq edilməlidir. Belə ki, işin faktiki halları və şahid ifadəsi ilə müəyyən olunmuşdur ki, İddiaçı şəxsi təsərrüfatında olan xırdabuynulu heyvanları saxlatmaq üçün Cavabdeh ilə razılığa gəlmiş, tətəflər arasında olan razılığa əsasən cavabdeh 500 manat əmək haqqı müqabilində iddiaçıya nəxsus 300 baş xırda buynuzlu heyvanı saxlamağa dair öhdəlik götürmüşdür. Həmin vaxt cavabdeh qızına toy etdiyi üçün iddiaçıdan 2600 manat məbləğində borc pul istəmiş, 18 aprel 2023-cü il tarixdə iddiaçı ilə cavabdeh arasında 2600 manat borc pul məbləğinə dair Ağstafa rayon Notariat Ofisində “Kredit müqaviləsi” bağlanmış, cavabdeh 18 may 2024-cü il tarixədək borcu geri qaytaracağına dair öhdəlik götürmüşdür. Cavabdeh iddiaçıdan 2600 manat məbləğində borc pul aldığını və hal-hazıradək heç bir ödəniş etmədiyini etiraf etmişdir. AR MM-nin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə gorə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş uzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçı Cavabdehə şəxsən ödədiyi 320 mant pul verildiyini, köməksiz qaldığı üçün baxımsızlıqdan 12 baş qoyununun tələf olduğunu və bu səbəbdən də, ona 2000 manatdan artıq ziyan vurulduğunu, 2000 manat məbləğində mənəvi zərər vurulduğunu bildirsə də, bu halları təsdiq edən sübütları məhkəməyə təqdim etməmiş, bu hallar məhkəmə baxışında öz təsdiqini tapmamışdır. İş üzrə göründüyü kimi, Cavabdeh İddiaçı 2600 manat məbləğində borcu olması cavabdehin etirafı və işə əlavə edilmiş 18 aprel 2023-cü il tarixli “Kredit müqaviləsi” ilə öz təsdiqini tapmışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2600 manat əsas borc alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 115 manat məbləğində dövlət rüsumunun 43 manatı cavabdehə, 72 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallarda və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2600 manat əsas borc və ödənilmiş dövlət rüsumu əvəzi kimi 43 manat olmaqla, cəmi 2643 (iki min altı yüz qırx üç) manat məbləğində pul vəsaiti alınıb iddiaç İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-436/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-436/2023
23.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver