Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-448/2023 08.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh2 və Cavabdeh1 3254 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, oğlu Röyal Məsimovun qayınanası X1 adına Samux rayonu Karayeri qəsəbəsində 3 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsində tikinti işləri aparılmışdır. Həmin torpaq sahəsi oğlu üçün nəzərdə tutulduğu üçün o, beton töküb üstündən kafel-metlaq vurdurmağı nəzərdə tutmuşdur. Bu məqsədlə o, 2023-cü ilin yanvar ayında "xxxx" ASC-nin Gəncə filialından öz adına 7000 manat məbləğində kredit götürmüşdür. Beton töküləcək sahəsinin uzunu 22 metr, eni isə 9,80 metr olmuşdur. Betonun üstündən vurmaq üçün lazım olan 250 kv.m kafel metlağı 1 kv.m-ni 25-30 manata Hacıməlik kəndinin yanında yerləşən zavoddan satın almışdır. Metlağın eni 60 sm, uzunu 1.20 metr olmuşdur. Azərenerjidə onunla birlikdə işləyən iş yoldaşı X8 yaxşı usta kimi onun işini görmək üçün cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məsləhət görmüşdür. O, da Rafiq Xəmmədova inandığı üçün cavabdehləri cağırıb görəcəkləri işi göstərmiş və qiymətini danışmışdır. Yeraltı beton tökmək və üst hissəsinə kafel vurmaq üçün hər kv.m üçün 9 manatdan razılaşmışlar. Danışıqlarına görə əvvəlcədən onlara 100 manat beh puılu vermişdir. İşə başlayandan sonra cavabdehlıərin hər birinə 300 manat olmaqla, cəmi 600 manat məbləğində pul vermişdir. Aradan bir gün keçdikdən sonra işin gedişinə baxmaq üçün gəldikdə cavabdehlərin işi düzgün aparmadıqlarını, tökülmüş betonun bir küncündən digər küncünə nisbətdə 18 sm aşağı olduğunu, həmin əyri betonun üstündən 2 cərgə kafel vurduqlarını görmüş, bununla əlaqədar olaraq cavabdehlərə işi düzgün görmədiklərini, çəkdiyi xərci zay etdiklərini bildirmişdir. Səhəri gün yenidən həmin yerə gedərkən cavabdehlərin orada olmadıqlarını, özlərinə məxsus alətləri də götürüb getdiklərini görmüşdür. Cavabdehlərə zəng edərkən birinin arvadı mobil telefona cavab verərək bir də bu nömrəyə zəng etməməsini bildirmişdir. O, da məcbur olub Samux Rayon Polis şöbəsinə müraciət etmiş, ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Polisdən gələn məktubda 1300 manat öz əksini tapmışdır. Kafel və alınan sement və kafel yapışdırıcısı üçün 720+84+750=1554 manat xərcləmişdir. Bir “Kamaz” markalı maşında gətirilən drabilka qumuna 180 manat, bir maşın şebenə 120 manat pul xərcləmişdir. Cavabdehlərin vurduqları betonun sökülməsi üçün fəhlələrə 100 manat pul vermişdir. Sonrada işi görmək üçün başqa usta ilə razılaşmışdır. Cavabdehlər tərəfindən ona 1300+1554+180+100=3254 manat məbləğində ziyan vurulmuşdur. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X7 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ilə aralarında təxminən uzunluğu 22 metr, eni 9 metr olan obyektə beton tökmək üçün hər kvadrat metrini 8 manat və üst hissəsinə tamet (metlaq) vurmaq üçün hər kvadrat metrini 8 manatdan razılaşmışlar. Danışıqlarına əsasən onlar əvvəlcə həmin sahəyə beton tökmüş sonra isə kafel vurmağa başlamışlar. 2 cərgə tamet vurduqdan sonra iddiaçı qeyd olunan obyektə gələrək bəyənmədiyini bildirmiş və işi dayandırmalarını tələb etmişdir. Gördükləri işin müqabilində iddiaçı onlara 1300 manat pul vermiş, 460 manatı isə iddiaçı ödəməkdən imtina etmişdir. İddiaçı telefon vasitəsi ilə zəng edib onları təhqir etmişdir. İddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, İddiaçı tanmamışdır. Başqa bir şəxs ona iş olduğu demiş, o, da Cavabdeh2la birlikdə gedib obyektə baxmışdır. Obyektin sahəsi 220 kv.metr, eni 9.70 bir hissəsi, 9.60 isə digər hissəsi olmuşdur. Beton tökmək üçün hər kvadrat metrini 8 manat və üst hissəsinə tamet (metlaq) vurmaq üçün hər kvadrat metrini 8 manatdan razılaşmışlar. Əvvəlcə beton tökmüşlər. Beton tökmək üçün 1750 zəhmət haqqından iddiaçı onlara 1300 manat pul vermiş. Betonu tökdükdən sonra bir cərgə kafel vurmuşlar. İddiaçı onlara gördükləri işi bəyənmədiyini deyərək işi dayandırmalarını tələb etmişdir. İddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X2 ifadəsində göstərmişdir ki, İddiaçı onun əridir. Ustaları obyektdə olanda görmüşdür. Fazil ilə ustalar arasında olan söhbətdə iştirak etməmişdir. Pulu ustalarar Fazil vermişdir. Fazil ustaların gördükləri işdən narazı olmuşdur. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X3 ifadəsində göstərmişdir ki, İddiaçı onun qayınatasıdır. Cavabdehləri usta kimi tanıyır. Qayınatası İddiaçı ilə ustalar arasında olan söhbətdə iştirak etməmişdir. O, ustalar olmayan zaman obyektə getmiş və kafellərin əyri vurulduğunu görmüşdür. Bu barədə də, qayınatasına bildirmişdir. Sonradan başqa usta gətirmişlər. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X4 ifadəsində göstərmişdir ki, İddiaçı onun tanışıdır. İddiaçının obyektinin yanında, qonşuluqda yerləşən obyektdə usta kimi işləmişdir. Cavabdehlər isə iddiaçının obyektində usta kimi işləmişlər. Sonra cavabdehlər getmiş başqa usta gəlmişdir. İşlə bağlı məlumatı olmamışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X5 ifadəsində göstərmişdir ki, İddiaçı bacanağının atasıdır. O, özü də ustadır. Cavabdehləri usta kimi işləyəndə görmüşdür. O, İddiaçı obyektinə tökülmüş betonu və vurulmuş kafeli gördükdə düzgün iş görmədiklərini bildrimişdir. Beton tökülmüş sahəni aparatla ölçmüş, lazer qoymuş və xətləmişdir. Metrə ilə ölçdükdə kafelin vurulmasında fərq olduğunu görmüşlər. Təxminən 2 cərgəni tam, 3-cü cərgəni isə yarımçıq vurmuşlar. Yaxşı kafelin kvadratı 10-15 manat, pis isə 4-6 manat təşkil edir. Bir kvadratmetr beton isə 5,6 və ya 7 manata tökülür. İşə əlavə edilmiş 24 yanvar 2023-cü il tarixli 800804-44747/3 saylı “Kredit müqaviləsi”nin surətindən görünür ki, "xxxx" ASC-nin Gəncə filialı ilə İddiaçı arasında bağlanmış 24 yanvar 2023cü il tarixli 800804-44747/3 saylı “Kredit müqaviləsi” nə əsasən İddiaçı illik 18.9 faiz olmaqla 48 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. Alınmış kredit və faizlərin geri qaytarılması üçün əlavə ödəniş cədvəli tərtib edilmişdir. İşə əlavə edilmiş 25 yanvar 2023-cü il tarixli 13 saylı qaimənin surətindən görünür ki, qiyməti 4,50 manat olan 25 kq-lıq 40 kisə mata master 180 manat təşkil edir. İşə əlavə edilmiş xx.xx.2023-xx.xx.2023-cü tarixli qaimənin surətindən görünür ki, satıcı Azad Cəfərov tərəfindən alıcı İddiaçı qiyməti 7,20 manat olan 50 kiloqramlıq, 100 ədəd sement qranit 720 manata, qiyməti 4,20 manat olan 25 kq-lıq 20 ədəd lider yapışdırıcı 84 manata satmışlar. İşə əlavə edilmiş "xxxx" MMC-nin 25 fevral 2023-cü il tarixli malın anbardan çıxış qaiməsinin surətindən görünür ki, 15,12 kv.metr, ölçüsü 60x120 olan iskarta İddiaçı təhvil verilmişdir. İşə əlavə edilmiş fotoşəkillərdən görünür ki, kəsilmiş və qırılmış kafellər, sement kisələri və sökülmüş beton daşları əks olunmuşdur. İşə əlavə edilmiş Samux Rayon Polis şöbəsinin 06 mart 2023-cü il tarixli 3-13-105/2-M- 28xx/xx/2023 saylı məktubundan görünür ki, toplanmış material heç bir cinayət əməli və inzibati xətanın tərkib hissəsinin olmadığı müəyyən olunmuşdur. İddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi izah edilmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı Samux rayonu Karayeri qəsəbəsində yerləşən 3 sot torpaq sahəsində təxminən uzunu 22 metr, eni 9,80 metr olan tikili inşa etdirmişdir. Həmin tikilinin döşəməsinə beton tökmək və kafel vurdurmaq üçün cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə razılaşmışlar. Cavabdehlər qeyd edilən sahəyə beton tökmüş, sonra isə kafel vurmağa başlayan zaman, təxminən 2 cərgə kafel vurduqdan sonra, İddiaçı cavabdehlərə işi düzgün görmədiklərini irad tutaraq etirazını bildirmişdir. Bu səbəbdən də, tərəflər arasında olan razılaşma pozulmuşdur. Hazırda iddiaçı kafel və alınan sement və kafel yapışdırıcısı üçün 720+84+750=1554 manat, bir “Kamaz” maşını drabilka qumuna 180 manat, bir maşın şebenə 120 manat xərclədiyini, cavabdehlərin vurduqları betonun sökülməsi üçün fəhlələrə 100 manat pul verdiyini bildirərək, cavabdehlər tərəfindən ona vurulmuş ziyanın əvəzi kimi 1300+1554+180+100=3254 manat məbləğin pulun alınıb ona verilməsini tələb edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia tələbi keyfiyyətsiz görülmüş işə görə vurulmuş zərərin ödənilməsi ilə bağlı olduğundan həmin münasibətlərə mülki qnunvericiliyin podrat münasibətlərini tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası MM-nin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin məcəllənin 756.1-ci maddəsinə əsasən, əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamsına və işin fakitki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə gorə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini muəyyən edən faktlarla və hallarla əlaqədardır. Hazırkı halda sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, iddiaçı cavabdehlərlə razılaşdırdıqları muzdu təsdiqləyən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı betonun tökülməsi və metlağın vurulmasının hər ikisinə ümumilikdə hər kv.m-i üçün 9 manata razılaşdıqlarını qeyd etsə də, cavabdehlər betonun tökülməsinə hər kv.m-i üçün 8 manata, metlağın hər kv.m-i üçün 8 manata razılaşdıqlarını qeyd etmişlər. İddiaçı cavabdehlər tərəfindən betonun keyfiyyətsiz tökülməsini qeyd etsə də, həmin halı təsdiqləyəcək sübutlar məhkəməyə təqdim edə bilməmidir. İddiaçının vəsatəti əsasında dindirilmiş şahid X5 da, ifadəsində metrə ilə ölçdükdə kafelin vurulmasında fərq olduğunu gördüyünü qeyd etmişdir. Həmçinin iddiaçı cavabdehlər tərəfindən sərf edilən tikinti materiallarına görə ziyana düşdüyünü qeyd etsə də, həmin halları təsdiqləyəcək sübutları, o cümlədən metlaqların dəyərini təsdiqləyəcək sübutları təqdim edə bilməmişdir. İddiaçı cavabdehlərin gördükləri işləri sökdürərək yenidən başqa ustaya gördürdüyündən məhkəmə baxışı zamanı müətxəssis rəyi ilə də, cavabdehlərin gördükləri işlərin keyfiyyətini, ziyanını vurulub vurulmamasını və həcmini müəyyən etmək mükün olmamışdır. Bu baxımdan iddiaçı iddia tələbini hər hansı sübutla əsaslandırmadığından, İddiaçı Aşralı oğlunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Cavabdeh2 və Cavabdeh1 3254 manat pulun tutulub ona ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün 52 manat dövlət rüsumu İddiaçı Aşralı oğluna aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Aşralı oğlunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Cavabdeh2 və Cavabdeh1 3254 manat pulun tutulub ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 52 (əlli iki) manat dövlət rüsumu İddiaçı Aşralı oğluna aid edilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-448/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-448/2023
08.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver