Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-45/2024 10.01.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 manat əsas borc və cavabdehin təqsiri üzündən ödədiyi 45 manat dövlət rüsumu olmaqla, cəmi 2545 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı uzun illər Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində yaşamışdır. Cavabdeh bir rayon sakini kimi tanımışdır. Cavabdeh Daşkəsən şəhəri ərazisində yerləşən obyekdə aşbaz işləmişdir. Bir neçə dəfə Cavabdeh İddiaçı borc pul almış və söz verdiyi vaxtda geri qaytarmışdır. 2020-ci ilin avqust ayında Cavabdeh təcili pul lazım olduğunu bildirərək İddiaçı 2500 manat məbləğində borc pul istəmişdir. Bir neçə dəfə iddiaçı cavabdehə borc pul vermiş, cavabdeh isə söz verdiyi vaxtda geri qaytardığı üçün, ona inandığı üçün, heç bir tərəddüt etmədən cavabdehə 2500 manat məbləğində borc pul vermiş, cavadeh isə pulun alınmasına dair qəbz yazıb İddiaçı vermişdir. Lakin cavabdeh bu günə kimi aldığı borc pulu geri qaytarmamış, İddiaçı aldadaraq pulu mənimsəmiş və iddiaçıya maddi zərər vurmuşdur. Dəfələrlə cavabdehdən pulu tələb etməsinə baxmayaraq, cavabdehin borcu qaytarmaqdan imtina etmişdir. Buna görə də yaranmış vəziyyətdə məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş İddiaçı və etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı 2500 manat məbləğində borcu almışdır. Xəstə olduğu və maddi imkanı aşağı olduğu üçün aldığı borc məbləğini geri qaytara bilməmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. İşə əlavə olunmuş 26 may 2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh ehtiyacı olduğu üçün İddiaçı 2500 manat məbləğində pul almışdır. İşə əlavə olunmuş 20 aprel 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Nümayəndə tərəfindən 45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşdə olan Cavabdeh ərizəsindən görünür ki, o, iddianı qəbul edir və təmin olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdehlər tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2500 manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 45 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 2500 manat əsas borc və ödənilmiş 45 manat dövlət rüsumu olmaqla, cəmi 2545 (iki min beş yüz qırx beş) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-45/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-45/2024
10.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver