Məhkəmə qərarları › İş №2(030)-452/2023

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-452/2023

26.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-452/2023 26.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı , Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı barışıq sazişinin ləğv olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-16/2021 saylı 14 oktyabr 2021-ci il tarixli qərardadı ilə təsdiq edilmiş Cavabdeh ilə aralarında bağlanmış barışıq sazişinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, Cavabdeh qarşı 54000 manat borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə prosesində onlar arasında barışıq sazişi bağlanmış və Daşkəsən Rayon Məhkəməsinin 2(030)-16/20212 saylı 14 oktyabr 2021-ci il tarixli qərardadı ilə həmin barışıq sazişi təsdiq edilərək mülki işin icraatına xitam verilmişdir. Barışıq sazişinə görə həmin çayxana 10 il müddətinə, yəni 01 noyabr 2021-ci il tarixdən 01 noyabr 2031-ci il tarixədək ona icrayə verilmiş, aylıq icrə haqqı 500 manat təşkil olunmuşdur. Ona həmin aylıq icarə haqqını 10 ay müddətində ödəməli olduğu bildirilmiş və o, 01 sentyabr 2022-ci il tarixə kimi həmin çayxanda işləyib hər ay vatı-vatında Cavabdeh 500 manat icarə haqqı ödəmişdir. 10 aydan sonra o, icarə haqqı ödənişini dayandırmaq istəmiş, lakin ona icarə haqqını 10 il müddətində ödəməli olduğu bildirilmişdir. Sonra xəstələndiyi üçün çayxananı işlədə bilməmiş və 01 yanvar 2022-ci il tarixdə çayxananı Cavabdeh təhvil vermişdir. Hazırda iddiaçının çayxananı işlətdiyi 5 ay müddətə görə onun pensiyasından 2900 manat icarə haqqı tutulub cavabdehə ödənilir. Barışıq sazişində 5400 manat pul barədə heç nə qeyd edilməmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddia tələbi əsasız və qanunsuz olduğu üçün rədd olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(030)- 16/2021 saylı qərardadının surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh çəkilmiş xərc olaraq 54000 manat pulun alınıb ona ödənilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunmuş, Barışıq sazişinə uyğun olaraq iddiaçı Cəfərov X1 şəhəri İsmət Qayıbov küçəsində yerləşən, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2001-ci il tarixli 000705 qeydiyyat nömrəli, 02 reyestr nömrəli Şəhadətnaməyə əsasən Cavabdeh məxsus cəmi 114 m² qeyri yaşayış sahəsi olan 5 saylı çayxanaya dair icarə müqaviləsi bağlayaraq video çəkiliş aparmaqla təhvil-təslim aktı əsasında obyekti təhvil götürməyi öhdəsinə götürmüş, icarə müqaviləsi 10 (on) il müddətinə, yəni 01 noyabr 2021-ci il tarixdən 01 noyabr 2031-ci il tarixədək bağlanmış, aylıq İcarə haqqı 500 (beş yüz) manat təşkil edir. İcarə haqqı hər ayın 1dən 5-dək bank, poçt və ya digər nəğdsiz ödəniş terminalı vasitəsi ilə Cavabdeh ödənilməlisi, icarə haqqının ödənişinin üzürsüz səbəbdən gecikdirilməsinə görə, gecikdirilmiş hər gün üçün icarə haqqı məbləğinin 1 %-i miqdarında cərimə ödənilir. İddiaçı adi təsərrüfat fəaliyyətinin aparılması ilə bağlı icarə obyektinin istismara yararlı və qənaətbəxş vəziyyətdə qorunub saxlanılmasını, texniki-təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə qaydalarına riayət edilməsini, zəruri cari təmiri aparmağı, kommunal xərcləri (qaz, su, işıq və sair.), qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməli olan vergiləri, Dövlət Sosial Müdafiə Fonduna ödənişləri ödəməyi və sair xərcləri çəkməyi, icarə müqaviləsinin müddəti bitdikdən sonra icarə obyektini 10 gün müddətində lazımi səviyyədə icarəyə verənə təhvil verməyi öhtəsinə götürmüş, Cavabdeh icarəyə verilən obyektə dair qeyd olunan şərtlərə uyğun icarə müqaviləsi bağlamağı, icarə obyektini video çəkiliş aparmaqla təhvil-təslim aktı əsasında İddiaçı təhvil verməyi, 500 (beş yüz) manat aylıq icarə haqqını qəbul etməyi, müqavilənin qüvvədə olduğu müddətdə obyektin, o cümlədən İddiaçı təsərrüfat fəaliyyətinə müdaxilə etməməyi və müqavilənin müddəti başa çatdıqdan sonra obyekti təhvil götürməyi öhdəsinə götürmüş, öhdəliklərin şərtləri ilə razılamış, qarşısı alınmaz qüvvə (Force Majeure) halında, yəni zəlzələ, yanğın, daşqın, hərbi əməliyyatlar, hökümətin qərarları və tərəflərin iradəsindən asılı olmayan digər fövqəladə hadisələr nəticəsində obyektin fəaliyyət göstərməsi qeyri mümkün olduqda tərəflər öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşımadığını, obyekt yalnız icarəyə verənin, yəni Cavabdeh notariat qaydasında təsdiq olunmuş razılıq ərizəsinə əsasən subicarəyə verilə biləcəyi, icarə müqaviləsinin müddətinin vaxtından əvvəl dayandırılması və müqavilənin ləğv edilməsi üçün tərəflər ən azı 1 ay qabaqcadan qarşı tərəfi yazılı surətdə öz niyyəti barədə rəsmi olaraq xəbərdar etməsi, bununla əlaqədar olaraq İddiaçı Cavabdeh qarşı heç bir ayrı tələb və şikayət irəli sürməyəcəyini öhdəsinə götürmüş, tərəflərə izah edilmişdir ki, barışıq sazişinin şərtləri icra edilmədikdə və ya lazımi qaydada icra edilmədikdə həmin şərtlərin məcburi icrası qanunvericiliyə uyğun olaraq məhkəmə tərəfindən təmin edilmişdir. Bununla əlaqədar olaraq İddiaçı Cavabdeh qarşı Cavabdeh çəkilmiş xərc olaraq 54000 manat pulun alınıb ona ödənilməsi tələbinə dair mülki işin icraatına xitam verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli, obyektiv tədqiq edib sübutlara hüquqi qiymət verib, hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı oğlunun hazırki mülki iş üzrə mübahisələndirdiyi eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə olan barışıq sazişi əsasında iş üzrə icraata xitam verilməklə barışıq sazişinə Daşkəsən Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(030)-16/2021 saylı qərardadı ilə hüquqi qiymət verilmişdir. Halhazırda bu mübahisə barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı mövcuddur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. İşin konkret halı və şərh olunan qanunun tələbi baxımından məhkəmə hesab edir ki, mülki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı barışıq sazişinin ləğv olunması tələbi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev əsli ilə düzdür

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar