Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-457/2023 30.08.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 13500 ABŞ dolları və 10000 manat (13500 x 1,7 = 22950) ümumilikdə (22950+10000) 32950 manat borcun və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Cavabdeh ilə uzun müddət ailəvi dostluq etmişlər. Təqribən 3 il bundan əvvəl Cavabdeh gəlirli bir işi olduğunu, bunun üçün ona pul lazım olduğunu bildərərək ondan borc pul istəmişdir. O, da aralarında olan yaxın münasibətə və inandığı üçün cavabdehə 13500 ABŞ dolları və 20000 manat məbləğində borc pul vermişdir. Bir müddəıt sonra cavabdeh birdəfəyə ona 10000 manat pul qaytarmışdır. Bundan sonra cavabdeh heç bir ödəniş etməmişdir. Hazırda cavabdehin ona 13500 ABŞ dolları və 10000 manat məbləğində borcu vardır. Cavabdeh borcunu etiraf etsə də, müxtəlif bəhanələr gətirərək ödəməkdən imtina etmişdir. Bu barədə polisə mürcaiət etdikdə isə mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşə əlavə edilmiş WhatsApp yazışmalarına baxış zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı “10500USD+3000USD+10000 AZN= 32950 AZN borcu olduğunu etiraf etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh 13500 ABŞ dolları və 20000 manat məbləğində borc pul vermişdir. Bir müddət sonra Cavabdeh İddiaçı borc məbləğində 10000 manat pul geri qaytarmışdır. Nəticədə cavabdehin iddiaçıya 13500 ABŞ dolları və 10000 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında WhatsApp yazışmalarına baxış zamanı da cavabdehin iddiaçıya 10500USD+3000USD+10000 AZN= 32950 manat borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə gorə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş uzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə gorə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə muəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda muəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sьbutlarla, ekspertlərin rəyləri ilə, yerində muayinə kecirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə muəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə gorə qanuna və ya digər normativ hüquqi aktlara əsasən muəyyən subutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 433.3-cü maddəsinə əsasən, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun pisk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Şərh olunanlar əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya 10500USD+3000USD+10000 AZN= 32950 AZN borcu olduğu WhatsApp yazışmaları ilə təsdiqini tapdığı üçün iddia təmin edilməli, Cavabdeh 13500 ABŞ dolları məbləğinin milli valyuta ekvivalenti ilə 22950 manat və 10000 manat pul məbləği olmaqla, cəmi 32950 manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 189 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 13500 ABŞ dolları məbləğinin azərbaycan manatı ekvivalenti ilə 22950 manat və 10000 manat əsas borc və ödənilmiş 189 manat dövlət rüsumu olmaqla, cəmi 33139 (otuz üç min bir yüz otuz doqquz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-457/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-457/2023
30.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver