Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-476/2023 29.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafay Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı subroqasiya hüququ əsasında 5070,40 manat məbləğin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 5000 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta məbləği və ödənilmiş 70,40 manat dövlət rüsumu olmaqla, cəmi 5070,40 manatın tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC İdarə Heyətinin sədri X5 işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etdiyi üçün məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 19 noyabr 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarəetmə hüququ olmadan idarə etdiyi Kamaz 5511 markalı **-KE-*** dövlət nömrə nişanlı avtomobil Bakı-Qazax yolunun 57-ci km-də hərəkət edən zaman əks istiqamətli hərəkət zolağına çıxmış, nəticədə Lexus ES350 markalı **-PB-*** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. YPX İnzibati qrup Baş Yol Patrul Xidməti tərəfindən tərtib olunmuş 29 noyabr 2022-ci il tarixli qərarı ilə Kamaz 5511 markalı **-KE-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirkar bilinmişdir. Yol-nəqliyyat hadisəsi zamanı Lexus ES350 markalı **-PB-*** dövlət nömrə nişanlı avtomobilə 11747 manat məbləğində zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS230755 saylı 16 iyun 2023-cü il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Odur ki, "xxxx" ASC tərəfindən ödənilmiş 5000 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta məbləği və ödənilmiş 70,40 manat dövlət rüsumu olmaqla, cəmi 5070,40 manatın cavabdehdən tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, özünə məxsus olan Kamaz 5511 markalı **-KE-*** dövlət nömrə nişanlı yükü özüboşaldan avtomobillə Bakı şəhəri Qaradağ daş karxanasından mişar daşı ilə yüklənmiş halda hərəkət edən zaman, yolun 57-ci km-də Lexus ES350 markalı **-PB-*** dövlət nömrə nişanlı avtomobil onun sağ tərəfindən ötüb keçmiş və qarşıda olan piyada keçidində piyada keçdiyi üçün qəflətən qarşısında əyləci basıb dayanmış, Lexus ES350 markalı avtomobil ani anda dayandığından o, avtomaşını saxlaya bilməmiş, bu səbəbdən də onun idarə etdiyi Kamaz markalı avtomobil Lexsus markalı avtomobilə arxadan yüngülcə toxunmuşdur. Lexsus markalı avtomobilin sürücüsü avtomaşında düşərək təqsirin onda olduğunu, özünün icbari və kaska sığortaları olduğunu, öz işini özününün həll edəcəyini bildirərək çıxıb getmişdir. Hadisədən iki gün sonra X8 posta çağıraraq bir neçə sənədə imza etdirmiş və get öz işinlə məşğul ol demişlər. Xeyli müddətdən sonra isə "xxxx" ASC 5070 manat məbləğində pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun heç bir təqsiri olmamışdır. Odur ki, məhkəmədən iddia tələbi əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. İşə əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Lexus ES350 markalı **-PB-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına Azərbaycan Respublikası DİN BDYPİ Qİi-də qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsisliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən 21 noyabr 2022-ci il tarixli ******* nömrəli İnzibati Xəta haqqqında protokolun surətindən görünür ki, 19 noyabr 2022-ci il tarixdə saat 16:00-da Cavabdeh idarə etdiyi “Kamaz 5511” yük markalı **-KE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtətmişdir. İşə əlavə edilmiş Yol hərəkəti qaydaları, hərəkəti təhlükəsisliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla çıxarılan inzibati tənbeh vermə haqqında 29 noyabr 2022-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törtətdiyinə görə barəsində tərtib edilmiş İXP5050413 protokola baxılaraq 400 manat məbləğində cərimə edilmişdir. İşə əlavə edilmiş "xxxx" ASC-nin 23 noyabr 2022-ci il tarixlki 168399 nömrəli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat cədvəlindən və hesab-fakturanın surətlərindən görünür ki, Lexus ES350 markalı **-PB-*** dövlət nömrə nişanlı avtomobilə 11747 manat məbləğində ziyan vurulmuşdur. İşə əlavə edilmiş "xxxx" ASC-nin tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 06 aprel 2023-cü il tarixli 1673/L nömrəli məktubunun surətindən görünür ki, 19 noyabr 2022-ci il tarixdə Bakı-Qazax yolunun 57-ci kilometrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış **- KE-*** dövlət qeydiyyat nişanlı Kamaz 5511 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx"ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış **- PB-*** dövlət qeydiyyat nişanlı Lexus ES350 markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx"ASC tərəfindən 11747 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yaranan sibroqasiya tələbi hüququna əsasən 5000 manat məbləğində vəsaitin "xxxx"ASC-nin bank hesabına köçürülməsi xahiş edilmişdir. İşə əlavə edilmiş 16 iyun 2023-cü il tarixli 1AS130755 nömrəli sığorta ödənişi aktından görünür ki, "xxxx" ASC tərəfindən X3 idarə etdiyi “Lexus ES350” markalı **-PB-*** dövlət nömrə nişanlı avtomobilə dəyən zərər üçün subroqasiya qaydasında 5000 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 048409 nömrəli arayışının surətindən görünür ki, 19 noyabr 2022-ci il tarixdə saat 16:00 radələrində Bakı-Qazax yolunun 57ci km-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 idarə etdiyi Kamaz 5511 markalı **-KE- *** dövlət nömrə nişanlı avtomobilin qabaq hissəsi, X3 idarə etdiyi Lexus ES350 markalı **-PB-*** dövlət nömrə nişanlı avtomobilin arxa hissəsi əzilmişdir. İşə əlavə edilmiş İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, 21 aprel 2022-ci il tarixli PME********** nömrəli “İcbari sığorta müqaviləsi”nə əsasən X2 məxsus “Kamaz 5511” markalı **-KE-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığortalanmışdır. İşə əlavə edilmiş "xxxx" ASC-nin 12 iyun 2023-cü il 981-06/23 SH nömrəli məktubun surətindən görünür ki, “Kamaz 5511” markalı **-KE-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən 19 noyabr 2022-ci il tarixdə Bakı-Qazax yolunun 57-ci km-də baş vermiş yol nəqliyyat hadisəsi zamanı Lexus ES350 markalı **-PB-*** dövlət nömrə nişanlı avtomobilə maddi zərər vurulmuş, həmin yol nəqliyyat hadisəsi zamanı avtomobili idarə etmə hüququ olmadan idarə etdiyi, bu səbəbdən də “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 25.1.3-cü maddəsinə uyğöun olaraq zərəçəkən ödəniləcək sığorta ödənişinin Cavabdeh tutulacağı bildirilmişdir. İşə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli 169 saylı məktubundan görünür ki, Qaradağ Rayon Məhkəməsində Cavabdeh barədə İXM-nin 529-cu maddəsi ilə işə baxılmış və 6 ay sürücülük hüququndan məhrum edilmişdir. İşə əlavə edilmiş ödəniş tapşırığının surətindən görünür ki, "xxxx"ASC tərəfindən "xxxx" MMC-nin hesabına 11747 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Sığorta ödənişi CM- 4207/2022 EBCM601895 10 PB 09 mart 2017-ci il tarixli müqavilə № 2023 İşə əlavə edilmiş 29 dekabr 2022-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, 19 noyabr 2022-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış **-PB-*** dövlət qeydiyyat nişanlı “Lexus ES350” markalı avtonəqliyyat vasitəsi "xxxx"ASC tərəfindən 11747 manat zərər müqabilində təmir olunaraq səlahiyyətli şəxsə təhvil verilmiş və əvəzində həmin şəxs öz növbəsində onu heç bir qüsur və çatışmamazlıqlar müəyyən olunmadan saz vəziyyətdə təhvil almışdır. İşə əlavə edilmiş 16 iyun 2023-cü il tarixli İB**********_000097_230616 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına 5000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İşə əlavə edilmiş 11 iyul 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 70,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, 19 noyabr 2022-ci il tarixdə saat 16:00 radələrində Cavabdeh idarəetmə hüququ olmadan idarə etdiyi “Kamaz 5511” yük markalı **-KE-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı-Qazax yolunun 57-ci km-də hərəkət edən zaman əks istiqamətli hərəkət zolağına çıxmış və arxa hissədən “Lexus ES350” markalı **-PB-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobilə maddi zərər dəymişdir. Yol hərəkəti qaydaları, hərəkəti təhlükəsisliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla çıxarılan inzibati tənbeh vermə haqqında 29 noyabr 2022-ci il tarixli qərar ilə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törtətdiyinə görə barəsində 400 manat məbləğində cərimə edilmişdir. "xxxx" ASC-nin 23 noyabr 2022-ci il tarixlki 168399 nömrəli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat cədvəlinə və hesab-fakturasına uyğun olaraq “Lexus ES350” markalı **-PB-*** dövlət nömrə nişanlı avtomobilə 11747 manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən “Lexus ES350” markalı **-PB-*** dövlət nömrə nişanlı avtomobilə dəyən zərər üçün subroqasiya qaydasında 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-6.2-ci maddələrinə görə icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 13.1-13.2-ci maddələrinə görə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 14.1.3-cü maddəsinə görə şəxsin ölümü fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər hesab edilir. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 883.1-ci maddəsinə görə, əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5000 manat məbləğində sığorta ödənişinin əvəzi tutularaq "xxxx" ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş ödənilmiş 70,40 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş 70,40 manat dövlət rüsumu olmaqla, cəmi 5070 (beş min yetmiş) manat 40 (qırx) qəpik məbləği tutularaq "xxxx" ASCnin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-476/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-476/2023
29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver