Məhkəmə qərarları › İş №2(030)-512/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-512/2023

29.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-512/2023 29.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14500 manat məbləğində pulun və ödənilmiş 133,50 manat dövlət rüsumu olmaqla, cəmi 14633,50 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Cavabdeh tanışdır. Cavabdeh 2021-ci ilin iyul ayında ondan 7000 manat məbləğində borc pul istəmiş və 01 sentyabr 2021-ci il tarixdə qaytaracağını bildirmişdir. Aralarında bağlanmış 01 iyul 2023-cü il tarixli “Kredit müqaviləsi”nə əsasən 01 sentyabr 2021-ci il tarixədək qaytarmaq şərti ilə cavabadeh Cavabdeh 7000 manat məbləğində pul vermişdir. 2021-ci ilin avqust ayında Cavabdeh ondan əlavə olaraq 7500 manat məbləğində borc pul istəmiş və həmin məbləği də 01 sentyabr 2021-ci il tarixdə qaytaracağını bildirmişdir. O, da cavabdehə inanıb müqavilə bağlamadan 7500 manat məbləğində pul vermişdir. Ancaq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə 14500 manat borc hal-hazıradək ödənilməmiş qalmışdır. Uzun müddət keçməsinə baxmayaraq, cavabdeh heç bir ödəniş etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığı üçün yaranmış vəziyyətdə məhkəməyə mürcaiət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, 2 il İddiaçı ilə qeyri-rəsmi olaraq birlikdə yaşamışlar. İddiaçı ona cəmi 7000 manat məbləğində borc pul vermiş, bu barədə də aralarında 01 iyul 2021-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Hazırda onun iddiaçıya 7000 manat məbləğində borcu vardır. Qeyd edilən məbləğdən heç bir ödəniş etməmişdir. Odur ki, məhkəmədən iddia tələbinin qismən təmin olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq edilmiş 01 iyul 2021-ci il tarixli “Kredit müqaviləsi”nin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 iyul 2021-ci il tarixli kredit müqaviləsinin 1-ci bəndinə əsasən “borc verən” - İddiaçı “borc alan” - Cavabdeh 7000 manat məbləğində pul borc vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən, “Borc alan” krediti xx.xx.2021-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Müqavilənin 6-cı bəndinə əsasən, “Borc verən” müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu notariusun bankda açılmış depozit hesabı vasitəsilə həyata keçirilməlidir. Müqavilənin 7ci bəndinə görə, ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. İşə əlavə edilmiş 18 iyul 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 134 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 744.1-ci maddəsinə görə, borc müqaviləsi müəyyən müddət üçün sabit faizlərin şərtləşdirilməsi ilə bağlana bilər. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia tələbi borcun qaytarılması ilə bağlı olmuşdur. Həmin münasibətlərə mülki qanunvericiliyin borc və öhdəliyin icrasını tənzimləyən normalar tətbiq edilməlidir. Belə ki, işin faktiki halları və şahid ifadəsi ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 iyul 2021-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən İddiaçı Cavabdeh 7000 manat məbləğində borc pul vermişdir. Cavabdeh həmin krediti 01 snetyabr 2021-ci il tarixədək İddiaçı qaytaracağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, nəticədə 7000 manat məbləğində borc ödənilməmiş qalmışdır. Müqavilənin 8-ci bəndinə görə, “borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Müqavilənin 9cu bəndinə əasən, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. AR MM-nin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə gorə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş uzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçı Cavabdeh 2021-ci ilin avqust ayında əlavə olaraq 7500 manat məbləğində borc pul verdiyini bildirsə də, bu halı təsdiq edən sübütları məhkəməyə təqdim etməmiş, bu hal məhkəmə baxışında öz təsdiqini tapmamışdır. İş üzrə göründüyü kimi, Cavabdeh İddiaçı 7000 manat məbləğində borcu olması cavabdehin etirafı və işə əlavə edilmiş 01 iyul 2021-ci il tarixli “Kredit müqaviləsi” ilə öz təsdiqini tapmışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 7000 manat əsas borc alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 133,50 manat məbləğində dövlət rüsumunun 64 manatı cavabdehə, 69,50 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallarda və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7000 manat əsas borc və 64 manat dövlət rüsumu olmaqla, cəmi 7064 (yeddi min altmış dörd) manat məbləğində pul vəsaiti alınıb iddiaç İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar