Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-515/2023 24.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili və Cavabdeh5 vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlərin onun mülkiyyətində olan Daşkəsən rayonu Xoşbulaq kəndində 0,9 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, X5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 17 iyun 2008-ci il tarixli ********** qeydiyyat nömrəli, **********79- 10301 reyestr nömrəli, MN Seriyalı ******* nömrəli Çıxarışa əsasən mülkiyyət hüququ ilə ona məxsus Daşkəsən rayonu Xoşbulaq kəndində mülkiyyətində olan 0,9 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 53,1 kv.m yaşayış, 21,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən çıxarılmaları və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, o, xx xxx 1968-ci ildə Daşkəsən rayonu Xoşbulaq kəndində doğulmuş və həmin kənddə yaşamışdır. Daşkəsən rayonu Xoşbulaq kəndində atasına məxsus olmuş evdə yalnız o qeydiyyatda olduğu üçün torpaq islahatı aparılan zaman Daşkəsən rayonu Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 10 saylı qərarına əsasən ona Daşkəsən rayonu Xoşbulaq kəndindən 1,00 ha həyətyanı torpaq sahəsi ayrılmış və “Torpağın mülkiyyətə verilməsinə dair JN-043A Seriyalı KOD 50605028 olan Şəhadətnamə verilmişdir. X1 1994-cü ildə vəfat etmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Gəncə şəhər Ərazi İdarəsində 13 may 2008-ci il tarixıli **********79-10301 reyestr nömrə ilə qeydə alınmış fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Texniki Pasportuna və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 17 iyun 2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********79- 10301 reyestr nömrəli, MN Seriyalı, ******* nömrəli Çıxarışa əsasən Daşkəsən rayonu Xoşbulaq kəndində 0,9 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 53,1 kv.m yaşayış, 21,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 116 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh1 onun doğma anası, Cavabdeh5 qardaşı, Cavabdeh2 bacısı, digər cavabdehlər Cavabdeh3 bacısının əri, Cavabdeh4 isə bacısı oğludur. Mübahisəli ev atasının adına olmuş, atası vəfat etdikdən sonra evi öz adına rəsmiləşdirmişdir. 2021-ci ilədək anası onunla birlikdə yaşamışdır. Yay aylarında Xoşbulaq kəndində, qalan vaxtlar isə Gəncə şəhərində yaşamışlar. Qardaşı Zahir 1988-ci il tarixədək Xoşbulaq kəndində yaşamış, sonra əsgərliyə getmiş, əsgərlikdən qayıtdıqdan sonra həbs edilmiş və qeydiyyatdan çıxmışdır. Həbsdən çıxdıqdan sonra Zahir Rusiya Federasiyasına getmiş, qayıtdıqdan sonra yenə həbs edilmişdir. Hazırda qardaşı Zahir Rusiya Federasiyasında yaşayır. Bacısı Cavabdeh2 1982-ci ildə ailə quraraq ata evindən köçüb getmişdir. Qayınatasının evi Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Bacısının əri Cavabdeh3 və oğlu Cavabdeh4 yay aylarında Xoşbulaq kəndində qaldıqdan sonra evi kirayə verərək Gəncə şəhərinə qayıdırlar. Torpaq sahəsi ümumilikdə 0,90 ha təşkil edir. Ev 0,25 ha torpaq sahəsində yerləşir. Qalan 0,75 ha isə pay torpaq sahəsidir. Bacısının əri heyvan saxladığına görə o, özünə məxsus olan 1 ha pay torpaq sahəsini istifadə etməsi üçün Cavabdeh3 vermişdir. Eyni zamanda, evin açarlarını da cavabehlərə vermişdir. 2023-cü ilin yay aylarında Xoşbulaq kəndində yerləşən evinə gələn zaman, cavabdehlər onu evə qoymamış və 102 xidmətinə şikayət etmişlər. Artıq uzun illərdir ki, cavabdehlər ona məxsus fərdi yaşayş evində yaşayır və həyətyanı torpaq sahəsindən istifadə edirlər. Dəfələrlə cavabdehlərdən ona məxsus fərdi yaşayış evindən çıxmalarını və evi boşaldaraq ona təhvil vermələrini xahiş və tələb etməsinə baxmayaraq, cavabdehlər 10 ildən artıq qeyd edilən evdə yaşadıqlarını, evin onlara məxsus olduğunu bildirərək, evdən çıxmaqdan qəti imtina etmişlər. Mübahisənin məhkəmədənkənar həll etməyə çalışsada, heç bir müsbət nəticə əldə edə bilməmiş. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili və Cavabdeh5 vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən ev və həyətyanı torpaq sahəsi Dəmir Hüseynova məxsus olmuşdur. Dəmir Hüseynov vəfat etdikdən sonra İddiaçı ev və torpaq sahəsini öz adına sənələşdirmişdir. Lakin hazırda Daşınmaz Əmlakın Dövlət Reyestrindən mübahisəli evin hansı əsaslarla İddiaçı adına qeydə alınmasının hüququ əsasları mövcud deyildir. Mübahisəli ev 0,90 ha torpaq sahəsində deyil 0,20 ha torpaq sahəsində yerləşir. Daşkəsən rayon Zağalı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1990-1995-ci illəri əhatə edən 143 saylı təsərrüfatbaşına kitabının 59 şəxsi hesabında X2 adına 020 ha torpaq sahəsi və həmin torpaq sahəsində 0,60 kv.metr fərdi yaşayış evi olduğu göstərilmişdir. Eyni zamanda, X10 İnventarlaşdırma Bürosunun 08 dekabr 1987-ci il tarixli 207 qeydiyyat nömrəli, 115 reyestr nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən yaşayış sahəsi 53 kv.metr, köməkçi sahəsi 290 kv.metr, ümumi sahəsi 82,0 kv.metr olan 2 otaqlı fərdi yaşayış evi X2 adına qeydiyyata alınmışdır. İddiaçı cavabdedhlərin Xoşbulaq kəndində və rayon ərazisindən çıxıb getdiklərini bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Digər tərəfdən cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 da, Dəmir Hüseynovun vərəsələri olaraq qeyd edilən evdə yaşamaq və istifadə etmək hüquqları olduqları üçün, iddiaçı kompensasiya ödənilməklə cavabdehlərin qeyd edilən evdən çıxarılmalarını tələb edə bilər. Odur ki, iddia tələbi tamamilə əsassız və qanunsuz olduğu üçün rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə ilə eyniməzmunlu izahat verib iddia tələbi tamamilə əsassız və qanunsuz olduğu üçün rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı onun doğma qardaşıdır. Hazırda anası Cavabdeh1 onunla birlikdə yaşayır. Əvvəl anası iddiaçının yanında yaşamışdır. Anası xəstələndikdən sonra ona baxmadığı üçün anasını öz yanına gətirmiş, müalicə etdirmişdir. Yay aylarında anası ilə birlikdə Daşkəsən rayonu Xoşbulaq kəndində, qış aylarında isə Gəncə şəhərində yaşayırlar. İddiaçı uzun illərdir ki, qeyd edilən evə gedib-gəlmir. Onun öz evi vardır. Hazırda mübahisəli evdə yaşamır. İddia tələbi əsasız və qanunsuz olduğu üçün rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3i ddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı onun qaynıdır. Onun özünə məxsus evləri vardır. Mübahisəli evdə yaşamırlar. Qayınanası Cavabdeh1 onunla birlikdə qalır. Yay aylarında qayınanası ilə birlikdə Daşkəsən rayonu Xoşbulaq kəndində, qış aylarında isə Gəncə şəhərində yaşayırlar. İddiaçı uzun illərdir ki, qeyd edilən evə gedib-gəlmir. İddia tələbi əsasız və qanunsuz olduğu üçün rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı onun dayısıdır. Mübahiəsli ev nənəsi Cavabdeh1 ilə babası Dəmir Hüseynova məxsus olmuşdur. Onların özlərinə məxsus evləri vardır. Hal-hazırda nənəsi Cavabdeh1 onlarla bilrikdə yaşayır. Nənəsinin 9 övladı – 8 oğlu, 1 qızı vardır. Mübahisəli evə hərdən dost-tanışı ilə birlikdə gedir. İddiaçı uzun illərdir ki, qeyd edilən evə gedibgəlmir. İddia tələbi əsassız və qanunsuz olduğu üçün rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh5 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Azərbaycan SSR X10 İnventarlaşdırma Bürosunun 08 dekabr 1987-ci il tarixli 207 reyestr nömrəli, 115 inventar nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən ümumi sahəsi 82,0 kv.meytr, yaşayış otağı 52 kv.metr, köməkçi sahəsi 29,0 kv.metr olan 2 otaqlı fərdi yaşayış evi X3 adına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 17 iyun 2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********79-10301 reyestr nömrəli, MH Seriyalı, ******* nömrəli Çıxarışın və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Gəncə şəhər Ərazi İdarəsinin 13 may 2008-ci il tarixli, **********79- 10301 reyestr nömrəli “Daşınmaz Əmlakın Texniki pasportu”nun surətlərindən görünür ki, Daşkəsən rayonu Xoşbulaq kəndində mülkiyyətdə olan 0,9 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 53,1 kv.m yaşayış, 21,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 116 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə tərəflərin və vəkilin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin faktik halları ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 17 iyun 2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********79-10301 reyestr nömrəli, MH Seriyalı, ******* nömrəli Çıxarışan və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Gəncə şəhər Ərazi İdarəsinin 13 may 2008-ci il tarixli, **********79-10301 reyestr nömrəli “Daşınmaz Əmlakın Texniki pasporta” əsasən Daşkəsən rayonu Xoşbulaq kəndində 0,9 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 53,1 kv.m yaşayış, 21,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 116 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh1 iddiaçının doğma anası, Cavabdeh5 qardaşı, Cavabdeh2 bacısı, digər cavabdehlər Cavabdeh3 bacısının əri, Cavabdeh4 isə bacısı oğludur. Hazırda iddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehlərin çıxarılmasını tələb edir. Аzərbаycаn Rеspublikаsı Mülki-Prоssеsuаl Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılır. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia tələbi evdən çıxarılma ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin istifadə və mülkiyyət münasibətlərini tənzimləyən normaları tətbiq olunmalıdır. İş materiallarından görünür ki, Cavabdeh1 X4 1960-cı illərdə ailə quraraq mübahisəli mənzildə yaşamışdır. Həmin vaxt 1982-ci il redaksiyalı Mənzil Məcəlləsi qüvvədə olmuşdur və həmin münasibətlərə həmin məcəllənin müddəaları şamil edilməlidir. Azərbaycan Respublikasının 08 iyul 1982-ci il tarixli qanunu ilə təsdiq edilmiş və 01 oktyabrın 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən mənzil fonduna dövlət mənzil fondu, ictimai mənzil fondu, mənzil-tikinti kooperativləri fondu və fərdi mənzil fondu daxildir. Fərdi yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri 1982-ci il redaksiyalı Azərbaycan Respublikasının Mənzil Məcəllənin 123-cü maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Мənzil Мəcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdir. Bu məcəllənin 53-cü maddəsinə göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarının köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Мənzil Мəcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri, icarədarın arvadı(əri), onların uşaqları və valideynləri, həmçinin icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsindən yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan Respublikası Мənzil Мəcəlləsinin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlərin iddiaçının mülkiyyətində olan Daşkəsən rayonu Xoşbulaq kəndində 0,9 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları tələbinə dair iddia Cavabdeh1 dair hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh5 Daşkəsən rayonu Xoşbulaq kəndində 0,9 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, tərəflərin izahatları ilə müəyyən olunur ki, Cavabdeh5 yaşamaq üçün Rusiya Federasiyasına getmiş və mübahisəli evdə yaşamır. Məhkəmə hesab edir ki, Cavabdeh5 mübahisəli evdə yaşamadığından və bu baxımdan onun həmin evdən çıxarılması tələbi əsassız olduğundan iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Daşkəsən rayonu Xoşbulaq kəndində 0,9 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları hissəsi ilə bağlı qeyd edir ki, cavabdehlər qanunvericiliklə iddiaçının ailə üzvlərinə daxil deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Мənzil Мəcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Mənzil Məcəlləsində qeyd edilmiş ailə üzvlərinin siyahısına daxil deyildir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında mübahisəli yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən hər hansı bir razılaşma bağlanmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa, bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Digər tərəfdən Cavabdeh2 1982-ci ildə Cavabdeh3 ailə quraraq başqa yaşayış sahəsinə köçüb getməsi, hazırda Cavabdeh2, əri Cavabdeh3 və oğlu Cavabdeh4 özlərinə məxsus yaşayış sahəsində yaşamaları iş materialları o, cümlədən cavabdehlərin özünün etirafı ilə təsdiqini tapmışıdr. Məhkəmə, işin müəyyən olunmuş həqiqi hallarına uyğun olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarlarında əks olunmuş hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçı arasında hər hansı bir etibarlı razılaşma bağlanmadığına, onların mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmə hüququ yaranmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİİ və İV hissələrinə görə isə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçinin Konstitusiyada və qanunlarda təsbit olunmuş bu hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Qeyd edilənlərə əsasən iddia tələbi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Daşkəsən rayonu Xoşbulaq kəndində 0,9 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu 60 manatı cavabdehlər Cavabdeh2, Cavabdeh3n və Cavabdeh4 alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İddiaçı məxsus olan Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Ödənilmiş dövlət rüsumunun 60 (altmış) manatı Cavabdeh2, Cavabdeh3n və Cavabdeh4 alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-515/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-515/2023
24.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver