Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-534/2023 22.12.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh X8 qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdeh X6 uşaqları ilə birlikdə ona məxsus Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, X13 Əli qızı özünə məxsus Daşkəsən rayonu Xoşbulaq kəndində 0,346 ha torpaq sahəsində yerləşən 79,5 kv.metrdən ibarət yaşayış evini Gəncə şəhəri 1 saylı Dövlət Notariusunun xx.xx.2023-cü il tarixli 4Ə-510 reyestr nömrəli bağışlama müqaviləsi ilə ona bağışlamışdır. X4 03 aprel 1939-cu ildə anadan olmaqla xəstədir. Hazırda ona Gəncə şəhərində olan evində o, baxır. Cavabdeh Vüsalə Məmmədova anasını onun yanında olmağından istifadə edərək 2023-cü il may ayının axırlarında ona məxsus evin qapısının qıfılını qıraraq uşaqları ilə birlikdə evə yerləşmişdir. Cavabdeh Vüsalə Məmmədova 2-ci qrup əlil olan qardaşı X2 arvadıdır. X17 ilə Vüsalə Məmmədova 2010-cu ildə ailə qurduqdan sonra Vüsalə qeyd edilən evə gəlin gəlmiş, 1 ay qaldıqdan sonra isə çıxıb getmişdir. O, anasını da götürüb evində dincəlmək istəyir. Lakin cavabdeh buna imkan vermir. Cavabdehin onun razılığı olmadan qanunsuz olaraq onun evində yaşamaqla, onun həm onun Konstitutsion həm də öz evindən istifadə və sərəncam vermək hüquqlarını pozur. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh X11 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 və Cavabdeh nikahı Daşkəsən Rayon Məhkəməsinin 2(030)-48/2023 saylı 17 mart 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında 13 iyun 2023-cü il tarixdə 26 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23 avqust 2016-cı il tarixli,********** qeydiyyat nömrəli, **********65- 10301 reyestr nömrəli, RX Seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,0756 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 37,2 kv.metr fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrindən 11 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsinin 23 avqust 2016-cı il tarixli, 8149 inventar nömrəli, **********65-10301 reyestr nömrəli “Fərdi yaşayış evinin Texniki pasportu”nun surətindən görünür ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 55 manat məbləğində mediasiya xərci Gəncə 1 saylı Mediasiya Təşkilatına ödənilmişdir. İşə əlavə edilmiş 19 iyul 2023-cü il tarixli mədaxil qəbzdən görünür ki, İddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının və etibarnamə üzrə nümayəndənin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, işin faktik halları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23 avqust 2016-cı il tarixli,********** qeydiyyat nömrəli, **********65-10301 reyestr nömrəli, RX Seriyalı, ******* nömrəli Çıxarışa əsasən Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,0756 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 37,2 kv.metr fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrindən 11 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh X11 İddiaçı qardaşı X1 arvadı olmuşdur. X12 və Cavabdeh nikahı Daşkəsən Rayon Məhkəməsinin 2(030)-48/2023 saylı 17 mart 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı anası 03 aprel 1939-cu il təvəllüdlü X9 xəstə olduğu üçün Gəncə şəhərində olan evinə aparmış, bundan sonra 2023-cü ilin may ayında cavabdeh X11 iddiaçının icazəsi və razılığı olmadan qapının qıfılını sındıraraq öz başına iddiaçının mülkiyyətində olan evə yerləşmişdir. Hazırda iddiaçı cavabdehin uşaqları ilə birlikdə ona məxsus Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən evindən çıxarılmasını tələb edir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı aşağıdakı normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİİ və İV hissələrinə görə isə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, X11 iddiaçının Mənzil Məcəlləsində qeyd edilmiş ailə üzvlərinin siyahısına daxil deyildir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh ilə iddiaçı arasında mübahisəli yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən hər hansı bir razılaşma bağlanmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə uyğun olaraq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli qərarından göründüyü kimi, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bildirmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Maddi hüquq normalarından göründüyü kimi, iddiaçı X11 ilə mübahisəli mənzilin mülkiyyətçisi olan İddiaçı arasında münasibətlər 2019-cu ildə yaranmış və tərəflər arasında mübahisəli mənzildən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiq olunan yazılı razılaşma bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23 avqust 2016-cı il tarixli,********** qeydiyyat nömrəli, **********65- 10301 reyestr nömrəli, RX Seriyalı, ******* nömrəli Çıxarışa əsasən Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,0756 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 37,2 kv.metr fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrindən 11 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh Vüsalə Məmmədova İddiaçı X17in keçmiş arvadı olmaqla, qeyd edilən evə dair heç bir hüququ yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X11 uşaqları ilə birlikdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23 avqust 2016-cı il tarixli,********** qeydiyyat nömrəli, **********65-10301 reyestr nömrəli, RX Seriyalı, ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair münasibətdə qeyd edir ki, ilkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdehə 20 iyun 2023-cü il tarixdə mediasiya tətbiqi barədə təklif göndərilmişdir. Cavabdeh 14 iyul 2023-cü il tarixdə saat 11:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 55 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, 55 manat məbləğində ilkin mediasiya xərci və ödənilmiş 50 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 105 manat məbləği cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-jü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-jü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh X11 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23 avqust 2016-cı il tarixli,********** qeydiyyat nömrəli, **********65- 10301 reyestr nömrəli, RX Seriyalı, ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. İddiaçı tərəfindən ilkin mediasiya sesiyasında ödənilmiş 55 (əlli beş) manat mediasiya xərci və ödənilmiş 50 (əlli) manat dövlət rüsumu olmaqla, cəmi 105 (bir yüz beş) manat məbləğ cavabdeh X5 alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-534/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-534/2023
22.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver