Məhkəmə qərarları › İş №2(030)-549/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-549/2023

20.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-549/2023 20.10.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Nurəddin oğluna qarşı cavabdehdən ona borc olaraq verdikləri 4960 manat pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Nurəddin oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Nurəddin oğlundan borc olaraq verdikləri 4960 manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Cavabdeh Nurəddin oğlu ünvanlı sosial yardım düzəltmək üçün ondan borc pul istəmişdir. Cavabdeh ondan 3960 manat, anası İddiaçı2 isə 1000 manat məbləğində borc pul almış və tezliklə qaytaracığına söz vermişdir. O, cavabdehə borc olaraq verdiyi məbləği "xxxx" MMC Qeyri-Bank Kredit Təşkilatından illik 28 faiz olmaqla 24 ay müddətinə 3000 manat məbləğində kredit götürmüş, anası isə lotoreya pulunu vermişdir. Cavabdeh onlardan aldığı cəmi 4960 manat borc məbləğini geri qaytarmadığı üçün Göygöl Rayon Polis şöbəsinə müraciət etmişlər. Aparılmış araşdırma zamanı cavabdeh ondan və anasından borc pul aldığını etiraf etmişdir. Bundan sonra, dəfələrlə cavabdehdən pulunu geri tələb etdikdə, cavabdeh müxtəlif bəhanələr gətirməklə yalan vədlər verərək onları aldatmağa çalışmışdır. Aralarında olan mübahisənin məhkəmədəkənar qaydada həlli mümkün olmamışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini məzmununa uyğun izahat verib iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştiark etmiş Cavabdeh Nurəddin oğlu iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı1 2886 manat məbləğində borc pul almış və 1736 manat məbləğini geri qaytarmışdır. Onun İddiaçı1 1150 manat məbləğində borcu qalmışdır. Odur ki, məhkəmədən iddia tələbinin 1150 manata dair hissədə təmin olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş 22 fevral 2022-ci il tarixli **********0522 saylı “Kredit müqaviləsi”nin surətindən görünür ki, "xxxx" MMC Qeyri-Bank Kredit Təşkilatı ilə İddiaçı1 arasında bağlanmış 22 fevral 2022-ci il tarixli **********0522 saylı “Kredit müqaviləsi”nə əsasən sonuncuya illik 28 faiz olmaqla 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Alınmış kreditin faizlə birlikdə qaytarılması müddəti və məbləği müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib hesab edir ki, işin faktik hallarını nəzərə alaraq, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 744.1-ci maddəsinə görə, borc müqaviləsi müəyyən müddət üçün sabit faizlərin şərtləşdirilməsi ilə bağlana bilər. İşin faktiki halları ilə müəyyən olunmuşdur ki, İddiaçı1 Cavabdeh Nurəddin oğluna 3960 manat, digər İddiaçı2 1000 manat olmaqla, cəmi 4960 manat məbləğində borc pul verdiklərini, həmin məbləği bankdan kredit götürdüyünü bildirərək, Cavabdeh 4960 manat məbləğində pul vəsaitini alınıb onlara verilməsini xahiş etmişlər. Cavabdeh Nurəddin oğlu isə İddiaçı1 2886 manat məbləğində borc pul aldığını, həmin məbləğin 1736 manatını geri qaytardığını və hal-haızrda İddiaçı1 1150 manat məbləğində borcu qaldığını etiraf etmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia borc tələbi ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin borc münasibətlərini və öhdəliklərin icrasını tənzimləyən normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən, əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmin Məcəllənin 744.1-ci maddəsinə görə, borc müqaviləsi müəyyən müddət üçün sabit faizlərin şərtləşdirilməsi ilə bağlana bilər. Mülki Məcəllənin 433.3-cü maddəsinə əsasən, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun pisk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə gorə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş uzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iclasında Cavabdeh Nurəddin oğlu İddiaçı1 2886 manat məbləğində borc pul aldığını etiraf etmişdir. Cavabdeh həmin məbləğin 1736 manatını geri qaytardığını bildirsə də, bu halı təsdiq edən heç bir sübütü məhkəməyə təqdim etməmiş, bu hal məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Şərh olunanlar əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Nurəddin oğlundan 2886 manat əsas borc məbləği alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş miqdarda dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu» haqqında Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AESdə qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad edilmişlər. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci bəndinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Ona görə də, iddia qismən təmin edildiyindən ödənilməli olan 69.60 manat məbləğində dövlət rüsumu 40.50 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Nurəddin oğlundan 2886 (iki min səkkiz yüz səksən altı) manat əsas borc məbləği alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Cavabdeh Nurəddin oğlundan 40.50 (qırx manat əlli qəpik) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X1 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar