Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-565/2023 25.10.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7200 manat qızıl-zinət əşyaları və ödənilmiş 92 manat dövlət rüsumu olmaqla, cəmi 7292 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərdi ki, sahibkar kimi Daşkəsən şəhəri H.Əliyev küçəsində icarəyə götürdüyü mağazada mobil telefon, qızıl-zinət və geyim əşyalarının satışı ilə məşğul olur. Cavabdeh uzun müddətdir ki, tanıyır. Təxminən 6 ay bundan əvvəl Cavabdeh onun işlədiyi mağazaya gələrək qızılzinət əşyaları almaq istidiyini bildirmişdir. Aralarında olan razılaşmaya əsasən 21 dekabr 2022-ci il tarixdə 5200 manat dəyərində, 583 əyyarlı 40 qram çəkidə boyunbağını 10 ay müddətinə, hər ay 500 manat ödəmək şərti ilə cavabdehə satmışdır. İlkin olaraq cavabdeh 300 manat ödəniş etmiş, 4900 manat borcu qalmışdır. Bundan sonra cavabdeh qızıl-zinət əşyaları üçün 2023-cü ilin yanvar ayında 500 manat, fevral ayında 500 manat, mart ayında 500 manat, aprel ayında 500 manat olmaqla, cəmi 2000 manat ödəniş etsə də, sonradan ödənişləri dayandırmış, nəticədə 2900 manat ödənilməmiş qalmışdır. Eyni zamanda, cavabdehlə aralarında olan razılaşmaya əsasən 26 fevral 2023-ci il tarixdə 4200 manat dəyərində, 583 əyyarlı 30 qram çəkidə qızıl boyunbağını 14 ay müddətinə, hər ay 300 manat ödəmək şərti ilə cavabdehə satmışdır. Hal-hazırda cavabdehin ona 7200 manat məbləğində borcu yaranmışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh borc məbləğini ödəməkdən imtina etmişdir. Ona görə də, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə əlavə edilmiş 21 dekabr 2022-ci il tarixli 7779 nömrəli “Qızıl-zinət əşyasının alqısatqısı müqaviləsi”və “Ödəniş cədvəlin”dən görünür ki, İddiaçı 5200 manat dəyərində 583 əyyarlı 40 qram çəkidə boyunbağını 10 ay müddətinə, 21 dekabr 2022-ci il tarixdən 21 noyabr 2023-cü il tarixədək hər ay 500 manat ödəmək şərti ilə Cavabdeh satmış, Cavabdeh tərəfindən ilkin ödəniş olaraq 300 manat, 2023-cü ilin yanvar ayında 500 manat, fevral ayında 500 manat, mart ayında 500 manat, aprel ayında 500 manat olmaqla, cəmi 2000 manat məbləğində ödəniş edilmiş, qalıq borcu 2900 manat təşkil etmişdır. İşə əlavə edilmiş 26 fevral 2023-cü il tarixli 77177 nömrəli “Qızıl-zinət əşyasının alqı-satqısı müqaviləsi”və “Ödəniş cədvəlin”dən görünür ki, İddiaçı 4200 manat dəyərində 583 əyyarlı 30 qram çəkidə boyunbağını 14 ay müddətinə, 26 fevral 2023-cü il tarixdən 26 may 2024-cü il tarixədək hər ay 300 manat ödəmək şərti ilə Cavabdeh satmışdır. İşə əlavə edilmiş 10 avqust 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 92 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən olunmuşdur ki, İddiaçı sahibkar kimi Daşkəsən şəhəri H.Əliyev küçəsində icarəyə götürdüyü mağazada mobil telefon, qızıl-zinət və geyim əşyalarının satışı ilə məşğul olur. Aralarında olan razılaşmaya əsasən İddiaçı 21 dekabr 2022-ci il tarixdə 5200 manat dəyərində, 583 əyyarlı 40 qram çəkidə boyunbağını 10 ay müddətinə, hər ay 500 manat ödəmək şərti ilə Cavabdeh satmışdır. İlkin olaraq cavabdeh 300 manat ödəniş etmiş, 4900 manat borcu qalmışdır. Bundan sonra cavabdeh qızıl-zinət əşyaları üçün 2023-cü ilin yanvar ayında 500 manat, fevral ayında 500 manat, mart ayında 500 manat, aprel ayında 500 manat olmaqla, cəmi 2000 manat ödəniş etsə də, sonradan ödənişləri dayandırmış, nəticədə 2900 manat ödənilməmiş qalmışdır. Eyni zamanda, cavabdehlə aralarında olan razılaşmaya əsasən 26 fevral 2023-ci il tarixdə 4200 manat dəyərində, 583 əyyarlı 30 qram çəkidə qızıl boyunbağını 14 ay müddətinə, hər ay 300 manat ödəmək şərti ilə cavabdehə satmışdır. İddiaçı cavabdehin ona 7200 manat məbləğində borcu olduğunu bildirsə də, iş üzrə göründüyü kimi 21 dekabr 2022-ci il tarixli müqavilə üzrə 2900 manat, 26 fevral 2023-cü il tarixli müqavilə üzrə 4200 manat olmaqla, cəmi 7100 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra AR MM) 671-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəlləsinin 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Şərh olunanlar əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7100 manat əsas borc alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 92 manat məbləğində dövlət rüsumunun 91 manatı cavabdehə, 01 manatı isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7100 (yeddi min yüz) manat əsas borc və ödənilmiş 91 (doxsan bir) manat dövlət rüsumu olmaqla, cəmi 7191 (yeddi min yüz doxsan bir) manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-565/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-565/2023
25.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver