Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-6/2025 18.03.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 700 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 730 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, yaşadığı Gəncə şəhəri Nizami küçəsi 9-cu döngə 3 nömrəli evin təmirə ehtiyacı olduğuna görə Cavabdeh evini təmir etdirmək üçün 26 aprel 2022-ci il tarixdə evinə çağırmışdır. Şifahi razılaşmaya əsasən cavabdeh yaxın müddət ərzində evi təmir edəcəyini bildirmişdir. Ona görə də, o, da cavabdehin işini tez qurtarması üçün lazım olan materialları almışdır. Buna baxmayaraq, cavabdeh təxminən 3 ay işlədikdən sonra, təmir işlərini yarımçıq qoyaraq çıxıb getmişdir. Cavabdeh hörgünü əyri hördüyü üçün qapı örtülməmiş, tavan və pəncərənin üst tərəfi əyilmişdir. Cavabdeh işlədiyi müddətdə keyfiyyətsiz iş görməklə ona maddi ziyan vurulmuşdur. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı yaşadığı evinin divarlarında əyriliklər vardır. Həmin əyri yerləri düzəltmək mümkün olmamışdır və bunu ev sahibinə bildirmişdir. O, və ya başqa bir usta belə evi cavabdehin istədiyi vəziyyətdə təmir edə bilməzdi. İşə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 09 fevral 2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********63-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda 0,02 ha torpaq sahəsində yerləşən 163 kv.metr fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəziknin 18 dekabr 2024-cü il tarixli 10/5191 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman fərdi yaşayış evinin təmiri tam başa çatmamış vəziyyətdə olduğu müəyyən edilmişdir, lakin yaşayış otaqlarının divarına vurulmuş suvaq qatının bir hissəsi, divara vurulmuş şpatlovka qatının nahamar şəkildə üzləndiyi və eləcə də, yaşayış otaqlarının tavanlarına vurulmuş alçıpan materialının əyri qeyri-bərabər şəkildə vurulduğunu nəzərə alaraq aparılmış təmir işləri tikinti norma və qaydalarına uyğun (keyfiyyətsiz) aparılmadığı müəyyən edilir. ünvan 2 ünvanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evində qüsurla aparılmış təmir işlərinin aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 724 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə ilk öncə onu qeyd edir ki, tərəflər arasında olan razılaşma hüquqi mahiyyətinə görə və məzmun baxımından podrat müqaviləsinin ünsürlərini əhatə edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, podrat müqaviləsinə görə öhdəlik borclunun kreditor qarşısında iş görməsindən və görülmüş işin nəticəsinin təhvil verilməsindən irəli gəlir. Podrad müqaviləsində müqavilənin predmeti müqavilə bağlanan anda mövcud olmur. Qarşı tərəfə verilməli olan məhsulu podratçı öz əməyi və fəaliyyəti ilə sonrakı mərhələdə yaradır. Podratçı sifarişçinin tapşırığı ilə müəyyən olunmuş müddət ərzində işlər görür və görülmüş işlərin maddi vəziyyətə gətirilimiş nəticəsini başqa şəxsə deyil, yalnız sifarişçiyə təhvil verir. Əgər, podratçı öz üzərinə düşən öhdəliyi istər keyfiyyət, istərsə də kəmiyyət baxımından lazımi qaydada icra etməmişdirsə, bu hal qüsurlu icra sayılır. Hazırkı iş üzrə də iddia idda tələbinin əsasında və mübahisənin kökündə işin qüsurlu icrası ilə bağlı məsələlər dayanır, mübahisə qüsurlu icradan qaynaqlanmşdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, hazırkı iddia tələbi qüsurlu icra barəsində, yəni qüsurlu icraya aid və bu xüsusda olan tələbdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı məxsus olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində təmir işləri görmüş, lakin fərdi yaşayış evinin təmir işlərini qüsurlu aparmışdır. Belə ki, iş üzrə ekspert rəyində göstərildiyi kimi, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin təmiri tam başa çatmamışdır, yaşayış otaqlarının divarına vurulmuş suvaq qatının bir hissəsi, divara vurulmuş şpatlovka qatının nahamar şəkildə üzləndiyi və eləcə də, yaşayış otaqlarının tavanlarına vurulmuş alçıpan materialının əyri qeyri-bərabər şəkildə vurulduğunu nəzərə alaraq aparılmış təmir işləri tikinti norma və qaydalarına uyğun (keyfiyyətsiz) aparılmadığı müəyyən edilmişdir. İddiaçı məxsus fərdi yaşayış evində qüsurla aparılmış təmir işlərinin aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 724 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə ekspert rəyində olan ifadələri ekspert rəyinin ümumi məzmunu ilə bütövlükdə müqayisə edərək qeyd edir ki, ekspert rəyi yalnız bir sözün hərfi mənasına deyil, bütöv məzmunu baxımından qiymətləndirilməlidir. İş üzrə ekspert rəyi məzmun baxımından tam olaraq yaşayış evində təmir işlərinin qüsurlu icra olunmasını və qüsurla aparılmış təmir işlərinin aradan qaldırılması üçün çəkilməli olan xərci müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 763.1-ci maddəsinə görə əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə Cavabdeh 700 manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edlmiş 30 mart 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Həmçinin iş üzrə təyin edilmiş məhkəmə ekspertiza xərci Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Cavabdeh məhkəmə ekspertizasının xərci olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti tutulub Büdcə təsnifat kodu: 142595, Büdcə səviyyəsi 3, SAP (XİİS) hesabı, adı Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VOEN: **********, Hesab: AZ34CTRE******************** nömrəli hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-6/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-6/2025
18.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver