Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-607/2023 22.12.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafay Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı subroqasiya hüququ əsasında 5070,40 manat məbləğin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 16,100 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 138,70 (yüz otuz səkkiz manat, yetmiş qəpik) manat dövlət rüsumu, ümumilikdə 16238,70 (on altı min iki yüz otuz səkkiz manat, yetmiş qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X41 işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etdiyi üçün məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 29 aprel 2019-cu tarıxdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X19 idarə etdiyi "Vaz 21074” markalı 90 ХK 305 dövtət пӧmrə nişanlı avtomobil ilə Gəncə- Dəşkəsən yolunun 1.6-ci km ilə hərəkət edən zaman təhlükəsizlik qaydalarını pozmuş, nəticədə, "Vaz 2106” markalı ** EC *** dövtət nömrə nişanlı аvtomobilə zərər dəymiş, eyni zamanda X42, X35, X28, X49, X36, X50 və zərərvuran şəxs qismində tanınan X43 dünyasını dəyişmişdir. Belə kı, yuxarıda qeyd olunan hadisə ilə bağlı Göygöl RPŞ tərəfindən tərtib olunmuş 29 aprel 2019-cu il tarixli "Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirməsi haqqında” qərar qəbul olunmuşdur. Beləliklə, qeyd edən yol-nəqliyyat hadisəsi “Vaz 2106” markalı 20 ЕС 824 dövtət nömrə nişanlı avtomobilə 2200 (iki mün iki yüz) manat maddi zərər dəymişdir. "xxxx" ASC tərəfindən İAS200130 зауи, 13 fevral 2020-cı il tarixli siğorta ödənişi aktına əsasən 5000 (beş min) manat, 15 sentyabr 2020-ci il tarixli İAS200130 nömrəli akta 1 saylı əlavəyə əsasən 1100 (bir min yüz) manat, İАS200131 saylı 04 fevral 2020-cı il tarixi siğorta ödənişi aktına əsasən 5000 (beş man) manaət, İАS200132 saylı, 19 fevral 2020-ci il tarixli sığorta ödənişi aktına əsasən 5000 (beş min) manat məbləğində siğorta ödənsşi həyata keçirilmişdir. DİN-nin Bİ və Tİ-nin YHNDİ üzrə İstintaq və Təhqiqət şöbəsi tərəfindən qəbul olunmuş 28 oktyabr 2019-cu il tarixli "Toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında” qərara əsasən Həsənov Eldəniz Сəгау oğlu hadisə vaxtı "Vaz 21074” markalı ** XK *** dövtət nömrə nişanlı avtomobili idarəetmə hüququ olmadan idarə etmişdir. X43 yuxanda qeyd edilmiş hədisə vaxtı dünyasını dəyişmişdir. Bununla bağlı tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Naziriyinin tabeliyində olan Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən 20 sentyabr 2021-ci il saylı, 2901 saylı məktub daxil olmuşdur. Həmin məktubda anası X7 vərəsəliyi qəbul etdiyi və qanun üzvə vərəsəlik hüququ haqqında şəhadətnamə aldığı qeyd olunmuşdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, mərhum Eldəniz Həsənov onun oğludur. 29 aprel 2019-cu tarıxdə baş vermeş yolnəqliyyat hadisəsi nəticəsində oğlu X43 və 7 nəfər vəfat etmişdir. Oğlunun ölümündən kart hesabına köçmüş 683,31 manat məbləğində əmək haqqına qanun üzrə vərəsəlik hüququ əldə etmiş və qeyd edilən pul vəsaitini almışdır. Oğlunun ölümünə görə əlavə heç bir ödəniş almamışdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə edilmiş 17 aprel 2019-cu il tarixli PME********** nömrəli İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, 17 aprel 2019-cu il tarixli PME********** nömrəli “İcbari sığorta müqaviləsi”nə əsasən X44 məxsus “VAZ 21074” markalı **-XK-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığortalanmışdır. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X43 29 aprel 2019-cu ildə vəfat etmişdir. Bu barədə Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 02 may 2019-cu il tarixdə 313 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş 1 saylı Gəncə Regional “ASAN xidməti” mərkəzində notariat ofisi tərəfində verilmiş 24 iyun 2019-cu il tarixli 2V-958 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 29 aprel 2019-cu il tarixdə ölmüş X19 vərəsəsi anası Cavabdeh miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən əmlakı – "xxxx" ASC-nin Gəncə filialının xx.xx.2019-cu il tarixli qeydiyyat nömrəsi 518 olan məktubuna əsasən miras qoyan – X19 adına "xxxx" ASC-nin Gəncə filialının ******************** saylı kart hesabında qalan 683,91 manat pul vəsaitindən ibarətdir. İşə əlavə edilmiş 22 iyul 2019-cu il tarixli qüsur aktının surətindən gprünür ki, yolnəqliyyat qəzasına uğramış VAZ 2106 minik markalı ** EC *** dövlət nömrə nişnalı, 1983cü il buraxılışdan, X45 mülkiyytində olan avtomobilə dəymiş ziyanın məbləği 2200 manat təşkil edir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 avqust 2019-cu il tarixli 17470 saylı ekspertiza rəyinin surətindən görünür ki, 3.a istintaq tərafından təqdim olunmuş məlumatlara əsasən VAZ-21074 markalı 90XK305 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X19 hərəkətlərində “Yol hərəkatı haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkani olmuşdur. Sürücü Е.G.Həsənov avtomobili hərəkət sürəti 3.24 “Maksimum gürətin məhdudlaşdınılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 80-90 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində “X69” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3. 24 “Maksimum sürətin məhdudlaşdırması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. 3b istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ 2106 markalı, 20ECB24 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Camalov Aslan ƏбиИə oğlunun hərəkətlərində “X69” Azərbaycan Respublikasının Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadısənın qarşısını almağa texniki imkanı olmuşdur. Surucu A.Ə.Camalov avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 90-100 km/saat surətlə idarə etdiyindən, onun hərəkatlərində “Yol hörəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cu maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum surətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İşə əlavə edilmiş DİN Bİ və Tİ-nin YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsinin baş müstəniqi, polis mayoru X20 toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında 28 oktyabr 2019-cu il tarixli qərarın surətindən görünür ki, aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, 21 mart 1995-cı ildə Daşkəsən rayonu Xoşbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi gizir işləyən, Daşkəsən rayonu Xoşbulaq kəndində yaşayan X43 xx.xx.2019-cu ildə saat 12:15 radələrində Gəncə-Daşkəsən yolunun Göygöl rayonu Yeni-Qızılca kəndi ərazisindən keçən 1,6-cı km-də “X69” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin, 64-cü maddəsinin 1-ci hissəsinin pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi VAZ 21074 markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobili 50 km/saata qədər məhdudulaşdırılmış yolda 80-90 km/saat sürətlə Daşkəsən rayonu istiqamətində hərəkət etdirərkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq,yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı,öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına,onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və bununlada hadisənin qarşısını almağa texniki İmkanı olduğu halda bunları etməyərək qarşı hərəkət zolağına keçməklə əks istiqamətdən gələn sürücü X21 idarə etdiyi VAZ.2106 markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə, yəni idarə etdiyi avtomobildə olan səmişinlər X22, X37, X38 həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə, digər sərnişin X23 isə sağlamlığına yüngül zərər, bundan başqa VAZ-2106 markalı avtomobilin sürücüsü X29, həmin avtomobildə olan sərnişlər X10, X11 və X5 həyüt üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə, eyni zamanda VAZ2-2106 markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi ilə əlaqədar avtomobilin sahibi X21 hüquqi varisi X6 5500 ( beş min beş yüz) manat muddi zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Eyni zamanda aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, 17 avqust 1986-cı ildə Özbəkistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N saylı hərbi hissədə MAHHXEHQ işləyən, Daşkəsən şəhəri İ.Qayıbov küçəsi ev 32,mənzil 16-da yaşayan, X42 xx.xx.2019-cu ildə saat 12:15 radələrində Gəncə-Daşkəsən yolunun Göygöl rayonu Yeni-Qızılca kəndi ərazisindən keçən 1,6-cı km-də “Yol Нərəkəti Haqqında” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq nəqliyyat idarə etdiyi VAZ-2106 markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobili 50 km/saata qədər məhdudlaşdırılmış yolda 90-100 km/saat sürətlə Gəncə şəhəri istiqamətində hərəkət etdirərkən həmin Qanunun 51-ci maddəsinin 3-cü hissəsinin tələblərini роzaraq sürücü qarşıdan gələn və bu zolaqla gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağının kifayət edən məsafədə boş olmasından və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəyindən əmin olmalı və bununlada hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək qarşıdan gələn sürücü X19 idarə etdiyi VAZ-21074 markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində ehtiyyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə,yəni sonuncu avtomobilin sürücüsü X30, həmin avtomobildə olan sərnişinlər X10,X24, X5 həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə, digər sərnişin X12 isə sağlamlığına yüngül zərər vurulmasına, bundan başqa idarə etdiyi avtomobildə olan sərnişinlər X22,X37, X38 həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə, eyni zamanda VAZ-21074 markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilinəzilməsi ilə əlaqdar avtomobilin sahibi X19 hüquqi varisi X39 5167 ( beş min yüz altmış yeddi) manat maddi zərər vurulmasma səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Qərarın təsviri hissəsindəkilərə əsasən X19 Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məsuliyyətə verilməsi, X19 iş üzrə zərərçəkmiş şəxs qismində hüquq və vəzifələrinə xitam verilməsi, X31 iş üzrə zərərçəkmiş şəxs qismində hüquq və vəzifələrinə xitam verilməsi, X51 təqsirləndirilən şəxs X19 hüquqi varisi qismində tanınması, X21 Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məsuliyyətə verilməsi, X21 iş üzrə təqsirləndirilən şəxs qismində hüquq və vəzifələrinə xitam verilməsi, X4 iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində hüquq və vəzifələrinə xitam verilməsi, X4 təqsirləndirilən şəxs X21 hüquqi varisi qismində tanınması qərara alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin 12 noyabr 2019-cu il tarixli ***-*******11 saylı arayışından görünmüşdür ki, 29 aprel 2019-cu ildə təxminən saat 13:30 radələrində Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu Yeni Qızılça kəndi ərazisindən keçən 1,6-cı km-də sürücü X19 idarə etdiyi VAZ-2107 markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Daşkəsən rayonu istiqamətində hərəkətdə olarkən ötmə əməliyyatı aparan zaman qarşıdan, əks istiqamətdən gələn sürücü X21 idarə etdiyi VAZ-2106 markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşması nəticəsində VAZ-2107 markalı avtomobilin sürücüsü Eldəniz Həsənovun, həmin avtomobildə olan səmişinlər X11, X13, X8 almış olduqları xəsarətlərdən ölməsi, X14 isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Gəncə şəhəri TTYX-na daxil olması, bundan başqa VAZ-2106 markalı avtomobilin sürücüsü Aslan Camalovun, həmin avtomobildə olan sərnişinlər, X32, X58 силин və 2016-cı il təvəllüdlü X33 almış olduqları xəsarətlədən ölmüşlər. Faktla bağlı xx.xx.2019cu il tarixdə Göygöl RPŞ-nin İB-si tərəfindən Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. İşə əlavə edilmiş Evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X49 ilə X52 arasında 07 avqust 1974-cü ildə nikah bağlanmış və Daşkəsən rayon VVAQ şöbəsində 44 saylı akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Bayramova” soyadı verilmişdir. İşə əlavə edilmiş X15 ərizəsinin surətindən görünür ki, 29 aprel 2019-cu il tarixdə Gənc-Daşkəsən yolunun 1.6-cı km-də yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmış “VAZ-21074” markalı ** XK *** dövlət nömrə nişanlı avtomobil X43 tərəfindən idarə olunarkən yol-nəqliyyat hadisəsi nəticəsində X21 idarə etdiyi “VAZ 2106” markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, baş vermiş hadisə nəticəsində “VAZ 2106” markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əşyləşmiş həyat yoldaşı X49 ölmüşdür. Yiuxarıda qeyd olunanları nəzərə alaraq X32 ölümü ilə bağlı hesablanmış 5000 manat zərər məbləği ilə razıdır və gələcəkdə "xxxx" ASC-yə qarşı iddiası olmayacaqdır. "xxxx" ASC tərəfindən zərəçəkmiş tərəf kimi ona ödəniləcək 5000 manat məbləğində pulun onun "xxxx" ASC-nin Daşkəsən rayon filialının AZ26AİİB410100B**********184 nömrəli hesabına köçürülməsinə göstəriş verilməsini xahiş etmişdir. İşə əlavə edilmiş 04 fevral 2020-ci il tarixli İАS200131 sayl sığorta ödənişi aktından görünür ki, "xxxx" ASC tərəfindən X1 qaydasında 5000 manat məbləğində sığorta ödənişi hesablanmışdır. İşə əlavə edilmiş 04 fevral 2020-ci il tarixli 000375 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC Daşkəsən rayon filialı vasitəsilə X15 AZ26AİİB410100B**********184 hesabına 5000 manat məbləğində pul köçürülmüşdür. İşə əlavə edilmiş 15 sentyabr 2020-ci il tarixli İАS200130 sayl sığorta ödənişi aktından görünür ki, "xxxx" ASC tərəfindən Gəncə-Daşkəsən yolunun 1.6-cı km-də baş vermiş yol nəqliyyat hadisəsi zamanı X45 mülkiyytində olan avtomobilə dəymiş ziyana görə subroqasiya qaydasında 1100 manat məbləğində sığorta ödənişi hesablanmışdır. İşə əlavə edilmiş 16 sentyabr 2020-ci il tarixli 003205 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC X77 filialı vasitəsilə X45 AZ237NABZ******************** nömrəli hesabına 1100 manat məbləğində pul köçürülmüşdür. İşə əlavə edilmiş X4 ərizəsinin surətindən görünür ki, 29 aprel 2019-cu il tarixdə Gəncə-Daşkəsən yolunun 1.6-cı km-də yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmış “VAZ-21074” markalı ** XK *** dövlət nömrə nişanlı avtomobil X43 tərəfindən idarə olunarkən yol-nəqliyyat hadisəsi nəticəsində X21 idarə etdiyi “VAZ 2106” markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, baş vermiş hadisə nəticəsində “VAZ 2106” markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, oğlu X42 ölmüşdür. Yiuxarıda qeyd olunanları nəzərə alaraq X21 ölümü ilə bağlı hesablanmış 5000 manat zərər məbləği ilə razıdır və gələcəkdə "xxxx" ASC-yə qarşı iddiası olmayacaqdır. "xxxx" ASC tərəfindən zərəçəkmiş tərəf kimi ona ödəniləcək 5000 manat məbləğində pulun onun "xxxx" ASC-nin Daşkəsən rayon filialının AZ17AİİB**********401718184 nömrəli hesabına köçürülməsinə göstəriş verilməsini xahiş etmişdir. İşə əlavə edilmiş 13 fevral 2020-ci il tarixli İАS200130 sayl sığorta ödənişi aktından görünür ki, "xxxx" ASC tərəfindən Gəncə-Daşkəsən yolunun1-6 km-də baş yol-nəqliyyat hadisəsi zamanı vəfat etmiş X3 qaydasında 5000 manat məbləğində sığorta ödənişi hesablanmış, 11 fevral 2020-ci il tarixli ərizəyə əsasən sığorta ödənişi X4 hesabına köçürülmüşdür. İşə əlavə edilmiş 13 fevral 2020-ci il tarixli 000535 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC Daşkəsən rayon filialı vasitəsilə X4 AZ17AİİB**********401718184 nömrəli hesabına 5000 manat məbləğində pul köçürülmüşdür. İşə əlavə edilmiş X16 17 fevral 2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, 29 aprel 2019-cu il tarixdə Gənc-Daşkəsən yolunun 1.6-cı km-də yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmış “VAZ-21074” markalı ** XK *** dövlət nömrə nişanlı avtomobil X43 tərəfindən idarə olunarkən yol-nəqliyyat hadisəsi nəticəsində X21 idarə etdiyi “VAZ 2106” markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, baş vermiş hadisə nəticəsində “VAZ 2106” markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əşyləşmiş qızı X36 ölmüşdür. Yiuxarıda qeyd olunanları nəzərə alaraq X17 ölümü ilə bağlı hesablanmış 5000 manat zərər məbləği ilə razıdır və gələcəkdə "xxxx" ASC-yə qarşı iddiası olmayacaqdır. "xxxx" ASC tərəfindən zərəçəkmiş tərəf kimi ona ödəniləcək 5000 manat məbləğində pulun onun "xxxx" ASC-nin Daşkəsən rayon filialının AZ141BAZ******************** nömrəli hesabına köçürülməsinə göstəriş verilməsini xahiş etmişdir. İşə əlavə edilmiş 19 fevral 2020-ci il tarixli İАS200132 sayl sığorta ödənişi aktından görünür ki, "xxxx" ASC tərəfindən Gəncə-Daşkəsən yolunun1-6 km-də baş yol-nəqliyyat hadisəsi zamanı vəfat etmiş X2 qaydasında 5000 manat məbləğində sığorta ödənişi hesablanmış, 17 fevral 2020-ci il tarixli ərizəyə əsasən sığorta ödənişi X16 hesabına köçürülmüşdür. İşə əlavə edilmiş 19 fevral 2020-ci il tarixli 000611 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin Gəncə Asan x/s vasitəsilə X16 AZ141BAZ******************** nömrəli hesabına 5000 manat məbləğində pul köçürülmüşdür. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X36 29 aprel 2019-cu ildə ölmüşdür. Bu barədə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 01 may 2019-cu il tarixdə 802 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının 11 oktyabr 2019-cu il tarixli sərəncamının surətindən görünür ki, Gəncə şəhər Vəzirov küçəsi ev 91-də yaşayan X9 əriəsni və Azərbaycan Respublikası Mülk Məcəlləsinin 33 34 və 35-ci maddələrini, nəvəsi X34 hər iki valideynlərinin vəfat etməsini və hazırda babasının yaşadığı mənzildə qalmasını nəzərə alaraq, onun saxlanması, habelə hüquq və mənafelərinin qorunması məqsədilə 16 aprel 2014-cü il təvəllüdlü X40 babası X18 qəyyumluğa verilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəzi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Çəxlərlə İşlər İdarəsinə qanunvdricilik aktlarına uyğun olaraq 16 aprel 2014-cü il təvəllüdlü X46 düşən müavinətləri babası X26 ödənilməsinin təmin edilməsi tapşırılmışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, 29 aprel 2019-cu ildə təxminən saat 13:30 radələrində Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu Yeni Qızılça kəndi ərazisindən keçən 1,6-cı km-də sürücü X19 idarə etdiyi VAZ-2107 markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Daşkəsən rayonu istiqamətində hərəkətdə olarkən ötmə əməliyyatı aparan zaman qarşıdan, əks istiqamətdən gələn sürücü X21 idarə etdiyi VAZ-2106 markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşması nəticəsində VAZ-2107 markalı avtomobilin sürücüsü Eldəniz Həsənovun, həmin avtomobildə olan səmişinlər X11, X13, X8 almış olduqları xəsarətlərdən ölməsi, X14 isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Gəncə şəhəri TTYX-na daxil olması, bundan başqa VAZ-2106 markalı avtomobilin sürücüsü Aslan Camalovun, həmin avtomobildə olan sərnişinlər, X32, X58 силин və 2016-cı il təvəllüdlü X33 almış olduqları xəsarətlədən ölmüşlər. Faktla bağlı xx.xx.2019-cu il tarixdə Göygöl RPŞ-nin İB-si tərəfindən Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. DİN Bİ və Tİ-nin YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsinin baş müstəniqi, polis mayoru X20 toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında 28 oktyabr 2019-cu il tarixli qərar ilə X19 Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məsuliyyətə verilməsi, X19 iş üzrə zərərçəkmiş şəxs qismində hüquq və vəzifələrinə xitam verilməsi, X31 iş üzrə zərərçəkmiş şəxs qismində hüquq və vəzifələrinə xitam verilməsi, X51 təqsirləndirilən şəxs X19 hüquqi varisi qismində tanınması, X21 Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məsuliyyətə verilməsi, X21 iş üzrə təqsirləndirilən şəxs qismində hüquq və vəzifələrinə xitam verilməsi, X4 iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində hüquq və vəzifələrinə xitam verilməsi, X4 təqsirləndirilən şəxs X21 hüquqi varisi qismində tanınması qərara alınmışdır. "xxxx" ASC tərəfindən "xxxx" ASC Daşkəsən rayon filialı vasitəsilə X32 hüquqi varisi X15 AZ26AİİB410100B**********184 hesabına 5000 manat, "xxxx" ASC tərəfindən "xxxx" ASC Daşkəsən rayon filialı vasitəsilə X21 hüquqi varisi X4 AZ17AİİB**********401718184 nömrəli hesabına 5000 manat və "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin Gəncə Asan x/s vasitəsilə X17 hüquqi varisi X16 AZ141BAZ******************** nömrəli hesabına 5000 manat və "xxxx" ASC tərəfindən "xxxx" ASC X77 filialı vasitəsilə X45 AZ237NABZ******************** nömrəli hesabına 1100 manat məbləğində pul köçürülmüşdür. X51 təqsirləndirilən şəxs X19 hüquqi varisi qismində tanınmış, "xxxx" ASC tərəfindən hüquqi varisə heç bir ödəniş edilməmişdir. Hazırda iddiaçı "xxxx" ASC Cavabdeh 16,100 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 138,70 (yüz otuz səkkiz manat, yetmiş qəpik) manat dövlət rüsumu, ümumilikdə 16238,70 (on altı min iki yüz otuz səkkiz manat, yetmiş qəpik) manat tutularaq "xxxx" ASC -yə ödənilməsini tələb edir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı aşağıdakı normalarını qeyd etməyi zəruri hesab edir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-6.2-ci maddələrinə görə icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 13.1-13.2-ci maddələrinə görə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 14.1.3-cü maddəsinə görə şəxsin ölümü fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər hesab edilir. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 883.1-ci maddəsinə görə, əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. İş üzrə göründüyü kimi, 1 saylı Gəncə Regional “ASAN xidməti” mərkəzində notariat ofisi tərəfində verilmiş 24 iyun 2019-cu il tarixli 2V-958 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 29 aprel 2019-cu il tarixdə ölmüş X19 anası Cavabdeh vərəsəsi hesab edilmiş və "xxxx" ASC-nin Gəncə filialının xx.xx.2019-cu il tarixli qeydiyyat nömrəsi 518 olan məktubuna əsasən miras qoyan – X19 adına "xxxx" ASC-nin Gəncə filialının ******************** saylı kart hesabında qalan 683,91 manat pul vəsaitindən ibarət miras əmlakdan tam hissədə irs almaq hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh X19 vərəsi kimi X19 miras qalmış 683,91 manat pul vəsaitini qəbul etdiyindən mərhum X19 öhdəlikləri üçün də, həmin həcmdə məsuliyyət daşıyır. Bu baxımdan da, iddia qismən təmin edilməli, Cavabdeh 683,91 manat məbləği tutularaq "xxxx" ASC-nin hesabına ödənilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 138,70 manat dövlət rüsumunun 5,89 cavabdehdən tutulub iddiaçıya verilməli, 132,81 manat iddiaçıya aid edilməlidir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 683,91 manat pul məbləği və ödənilmiş 5,89 manat dövlət rüsumu olmaqla, cəmi 689,80 (altı yüz səksən doqquz manat səksən qəpik) manat 40 (qırx) qəpik məbləği tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-607/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-607/2023
22.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver