Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-612/2023 13.12.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 650 manat əsas boirc və ödənilmiş dövlət 31 manat dövlət rüsumu olmaqla, cəmi 681 manat məbləğində pul vəsaitinin alınınb mənə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, Cavabdeh bir rayon sakini kimi tanımışdır. İşsiz olduğu üçün Daşkəsən şəhərində yas mərasimlərində qab yumaqla ailəsini dolandırmışdır. 2019-cu ilin dekabr ayında yas yerində qab yuyarkən Cavabdeh ona yaxınlaşaraq işləyib-işləməməsi ilə maraqlanmış, o, da rəsmi iş yeri olmadığını bildirmişdir. Həmin vaxt Cavabdeh ona Bakıda nüfuzlu tanışlarının olduğu və onu Daşkəsən şəhərində tikintisi planlaşdırılan “Azərsu” ya xadimə işinə düzəldəcəyini, bunun üçün isə Bakı şəhərinə getmək lazım olduğunu, düzələcəyi təqdirdə onunla əlaqə saxlayacağını bildirmiş və onun mobil nömrəsini götürmüşdür. Təxminən 3 gündən sonra Cavabdeh ona zəng edərək işə düzəltmək üçün əvvəlcədən 650 manat məbləğində pul istəmişdir. Həmin gün günorta saatlarında Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının qarşısında Babəklə görüşmüş və işə düzəlməsi üçün Babəkə 650 manat məbləğində pul vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Bundan sonra dəfələrlə Cavabdeh ilə əlaqə saxlamış, işi ilə maraqlanmış, cavabdeh ona oğlu Öməri də işə düzəldəcəyini demiş və müəyyən müddət gözləməsini bildirmişdir. Artıq 3 ilə yaxındır ki, Daşkəsən şəhərində “Azərsu” su-kanalizasiya idarəsi tikilib təhvil verilməsinə baxmayaraq, cavabdeh onu işə düzəltdirməmişdir. Dəfələrlə pulunu tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə bundan yayınmışdır. Pulunun alınıb verilməsi ilə əlaqədar olaraq Daşkəsən Rayon Polis Şöbəsinə müraciət etmiş, şikayəti üzrə araşdırma aparılmış, lakin cinayət əməli olmadığı üçün məhkəməyə müraciət etməsini bildirilmişdir. Polis şöbəsində cavabdeh ondan borc pul aldığını etiraf etmişdir. O, qeyd edilən pul məbləğini yas mərasimlərində qab yumaqla, onun bunun işini görməklə, əlinin zəhməti ilə güc bəla ilə toplayıb yığmışdır. Rəsmi işdə işləmək üçün 650 manat məbləği cavabdehə vermişdir. Bu ötən müddət ərzində cavabdehin təqsiri üzündən stres, həyəcan keçirmişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələrlə gətirərək onu aldatmış, hal-hazıra kimi pulunu geri qaytarmamışdır. Cavabdehə inandığı və güvəndiyi üçün pul vermişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı 2003-cü ildən tanıyır. O, iddiaçı Nəzakət Əsədovdan 2019-cu ildə 500 manat məbləğində borc pul almış və hər ay 50 manat ödəməklə 10 ay ərzində qaytaracağını demiş, Nəzakət də razılşamışdır. O, iddiaçıdan borc aldığı 500 manat məbləğdən 3 ay müddətində hər ay 50 manat olmaqla, cəmi 150 manat ödəniş etmişdir. Odur ki, məhkəmədən iddia tələbinin qismən təmin olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş Daşkəsən Rayon Polis X2 müstəntiqi, polis baş leytenantı X1 icraatında olan HK-1/78 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 dekabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı şikayəti əsasında toplanmış HK-1/78 nömrəli material üzrə cinayət işinin başlanması cinayət hadisəsinin olunmaması əsası ilə rədd edilmişdir. Cavabdeh araşdırma zamanı izahatında göstərmişdir ki, İddiaçı 2003-cü ildən tanıyır. 2019-cu ilin dekabr ayının əvvəllərində Daşkəsən şəhərində yas mərasimində iştirak edən zaman İddiaçı görüb ona yaxınlaşmış, hal-əhval tutmuş, pula ehtiyacı olduğunu bildrimiş və Nəzakətdən 500 manat məbləğində borc pul istəmişdir. İddiaçı üzərində olan 80 manat məbləğində pulu ona vermiş, 420 manat pul vəsaitini isə 10 gün müddətində verəcəyini bildirmişdir. O, Nəzakətdən borc kimi alacağı 500 manatı hər ay 50 manat ödəməklə 10 ay ərzində geri qaytaracağına söz verdikdə Nəzakət onunla razılaşaraq heç bir problem olmadığını bildirmişdir. Təxminən 10 gün sonra Nəzakət istifadəsində olan mobil nömrəyə zəng edərək Daşkəsən şəhəri Azər Abdullayev küçəsində yerləşən Heydər adlı şəxsin mağazasının qarşısına çağıraraq 420 manat pul vəsaitini gəlib götürməsini istəmişdir. O, Heydər adlı şəxsin mağazasının yaxınlığında Nəzakətlə görüşərək 420 manat pul vəsaitini götürdükdə Nəzakət ona vermiş olduğu 500 manatı sələm kimi verəcəyini bildirmişdir. O, isə Nəzakətə 500 manatı borc kimi götürdüyünü, borcu ödədikdən sonra bir qədər hörmət edəcəyini bildirmiş, Nəzakət də razılşamışdır. O, 3 ay müddətində hər ay Nəzakətə 50 manat məbləğində pul vəsaiti vermiş, daha sonra karantin rejiminə görə bir müddət işsiz qalmış, ona görə də, Nəzakətə söz verdiyi kimi hər ay 50 manat ödəniş edə bilməmişdir. 2021-ci ilin yay aylarında Nəzakət onun mobil telefonuna zəng edərək borc aldığı pul vəsaitini istədikdə o, Nəzakətə maddi vəziyyətinin aşağı olduğu üçün hələlik verə bilməyəcəyini, maddi durumu düzələn kimi geri qaytaracağını demişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı 2019-cu ildə Cavabdeh 650 manat məbləğində borc pul verdiyini və həmin məbləğin alınıb ona verilməsini xahiş etmişdir. Cavabdeh da, 2019-cu ildə İddiaçı 500 manat məbləğində borc aldığını və 3 ay müddətində hər ay 50 manat olmaqla, cəmi 150 manat ödədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən, əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun pisk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə gorə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş uzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. İddiaçı Cavabdeh 650 manat məbləğində pul tələb etsə də, Cavabdeh ona 500 manatdan artıq hissədə borcunun olmasına dair heç bir sübutu istər məhkəməyə ünvanladığı sənədlərdə, istərsə də, məhkəmə tədqiqatı müddətində təqdim etməmiş, bu hal məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Eyni zamanda, Cavabdeh İddiaçı borclu olduğu 500 manat məbləğdən hər ay 50 manat olmaqla 3 ay müddətində 150 manat məbləğində pul verməsinə dair məhkəməyə heç bir sübut tədim etməmişdir. Ona görə də, yuxarıda qeyd olunan maddi hüququ normalarının tələblərinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 500 manat məbləğində pul vəsaiti alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumunun 23 manatı cavabdehdən tutulub iddiaçıya ödənilməli, 08 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 23 (iyirmi üç) manat olmaqla, cəmi 523 (beş yüz iyirmi üç) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-612/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-612/2023
13.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver