Məhkəmə qərarları › İş №2(030)-67/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-67/2024

28.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-67/2024 28.02.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 4000 manat məbləğində pulun və ödənilmiş 60 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında Bakı şəhəri Xətai rayonunda yerləşən 30 saylı notariat ofisində 19 may 2022-ci il tarixli ** XV *** dövlət nömrə nişanlı AZSAMAND minik markalı avtomaşına dair gələcəkdə əsas alqı-satqı müqaviləsi bağlamaq şərti ilə ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən avtomaşının satış qiyməti 6000 manat məbləğində müəyyən olunmuşdur. Cavabdehin həmin məbləğdən ona ilkin olaraq 2000 manat nəğd şəkildə ödəniş etmiş, qalan 4000 manat məbləği isə 10 ay müddətində hər ay 400 manat ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh borcu ödəyəcəyinə dair söz versə də, vədinə əməl etməmiş, müxtəlif bəhanələrlə boyun qaçırmış, borc məbləği hal-hazıradək ödənilməmiş qalmışdır. İddiaçı teleqramla məhkəməyə müraciət edib, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etdiyi üçün məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı avtomobil satın almış, bununla bağlı aralarında müqavilə bağlanmışdır. Avtomobilin pulunu ödəyib qurtardıqdan sonra iddiaçıdan faizlə 2000 manat pul götürmüşdür. Hal-hazıradək həmin məbləğdən 250 manat ödəniş etmişdir. İddiaçı borc aldığı 2000 manat məbləğin üzərinə 2000 manat faiz gəlmiş və hazırda ondan 4000 manat pul tələb edir. İddiaçı maşını pulu əvəzinə apardığını bildirərək onu aldatmışdır. Odur ki, iddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş Bakı şəhəri 30 saylı notariat ofisində təsdiq edilmiş 19 may 2022-ci il tarixli 1S-9375 reyestr nömrəli ilkin alqı-satqı müqviləsinin surətindən görünür ki, müqavilənin 1-ci bəndində əsasən, AZR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli BA112441 saylı X1 Şəhadətnaməsinə əsasən 99XV437 dövlət nömrə nişanlı, satıcı (birinci tərəf) İddiaçı məxsus olan AZSAMAND minik markalı, İstehsal ili 2010 olan avtomaşını Cavabdeh ilə hal-hazırda ilkin alqı-satqı gələcəkdə əsas alqı-satqı müqaviləsi bağlamaq şərti ilə bağlamışlar. Müqavilənin 2-ci bəndinə əsasən, tərəflər avtomobilin satış qiymətini 6000 manat müəyyən etmişlər. Alıcı həmin məbləğin 2000 manatını ilkin olaraq nağd şəkildə (birinci tərəf) satıcıya ödəmişdir. Qalan 4000 manatı 10 ay ərzində hər ay 400 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən, aylıq ödəniş alıcı tərəfindən gecikdirilərsə və vaxtında ödənilməzsə o zaman alıcı məhkəmə qarşısında məsuliyyət daşıyır və müqavilə birtərəfli olaraq satıcı tərəfindən pozulur, ödənilmiş məbləği geri qaytarmır. Müqavilənin 5-ci bəndinə əsasən, satıcı avtomaşını tam hazır və saz vəziyyətdə alıcıya təhvil verir. Alıcı onu qəbul edir və bununla bağlı tam məsuliyyət daşıyır. İşə əlavə edilmiş audio diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, bir nəfər şəxs Fəqan adlı şəxsə zəng edərək Xanların anasının ona zəng etdiyini, Daşkəsən rayon Məhkəməsindən onlara gəldiklərini, Xanların məhkəməyə getdiyini və pulu ödəyib qurtardığını bildirdiyini deyir və maşının pulunun ödənilib-ödənilmədiyini soruşur. Fəqan adlı şəxs isə əgər ödəyibsə ödəniş çeklərinin məhkəməyə təqdim etməsini bildirir, həmin şəxs isə Xanların onun işlədiyi müddətdə maşın üçün 500 manatdan artıq borcu qaldığını bildirdiyini deyir və ondan nə qədər pul götürdüyünü, qarşılığında nə qədər pul qaytaracağını soruşur, Fəqan isə ondan 2000 manat borc götürdüyünü və 3000 manat qaytaracağını bildirir. Həmin şəxs maşından nə qədər borc qaldığını soruşur, digər şəxs isə hamısının qaldığını, onu məhkəmələrdə süründürəcəyini, əl çəkməyəcəyini, maşına mator və karakobka yığdırdığını, rənglədiyini, texpasport vermədiyini, cərimələrin yığılıb qaldığını, ona 4000 manat borcu olduğunu, üstəlik də, maşına ziyan vurduğunu bildirir. Həmin şəxs ondan 3000 manat pul borcu, 1000 manat isə maşının borcu olmaqla, cəmi 4000 manat borc qaldığını soruşur, digər şəxs isə borcun çox olduğunu, borclunun özünün gəlməsini bildirir. İşə əlavə edilmiş 27 oktyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcələnin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, AZR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli BA112441 saylı X1 Şəhadətnaməsinə əsasən 99XV437 dövlət nömrə nişanlı, satıcı (birinci tərəf) İddiaçı məxsus olan AZSAMAND minik markalı, İstehsal ili 2010 olan avtomaşını Cavabdeh ilə hal-hazırda ilkin alqı-satqı gələcəkdə əsas alqı-satqı müqaviləsi bağlamaq şərti ilə Bakı şəhəri 30 saylı notariat ofisində təsdiq edilmiş 19 may 2022-ci il tarixli 1S-9375 reyestr nömrəli ilkin alqı-satqı müqviləsi bağlamışlar. Tərəflər arasında avtomobilin satış qiyməti 6000 manat müəyyən edilmiş, cavabdeh həmin məbləğin 2000 manatını ilkin olaraq nağd şəkildə iddiaçıya ödəmişdir. Qalan 4000 manatı 10 ay ərzində hər ay 400 manat olmaqla ödəməyi, iddiaçı isə avtomaşını tam hazır və saz vəziyyətdə cavabdehə təhvil verməyi, cavabdeh isə avtomaşını qəbul edərək bununla bağlı tam məsuliyyəti öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra AR MM) 671-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəlləsinin 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı özünə məxsus olan AZSAMAND minik markalı, İstehsal ili 2010 olan avtomaşını Cavabdeh 6000 manata nisyə alqı-satqı müqviləsi bağlamışlar. Cavabdeh ilkin olaraq 2000 manat ödəmiş, qalan 4000 manatı 10 ay ərzində hər ay 400 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qalan məbləğin bir qismini ödədiyini bildirsə də, təsdiqləyəcək sübutları məhkəməy təqdim edə bilməmişdir. Şərh olunanlar əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4000 manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində dövlət rüsumu cavabdehən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 4000 manat əsas borc və ödənilmiş 60 manat dövlət rüsumu olmaqla, cəmi 4060 (dörd min altmış) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Mustafa Mustafayev müvəqqəti icra edən hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar