Məhkəmə qərarları › İş №2(030)-70/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-70/2024

24.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-70/2024 24.01.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 550 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkləmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli 1(030)-15/2018 saylı hökmü ilə təqsirləndirilən şəxslər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin müvafiq bəndlərində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, barələrində azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Daşkəsən rayonu İ.Qayıbov küçəsində yaşadıqları evin yaxınlığında ona məxsus qarşıq mallar mağazasına adları çəkilən təqsirləndirilən şəxlər oğurluğa girərək 2.60 manat dəyərində 6 ədəd Qusarski markalı ət konservi, 4 manat dəyərində 4 ədəd Supersun markalı ət konservi, 1.3 manat dəyərində kilkə konservi, 20 manat dəyərində 2 ədəd Servalat kolbasa, 50 manat dəyərində 10 ədəd Səba markalı dondurulmuş toyuq, 50 manat dəyərində 10 ədəd Səba markalı toyuq buğlamaları, 2.5 manat dəyərində 10 ədəd 2 blok kent 8 markalı siqaret, 2.5 manat dəyərində 10 ədəd 1 blok kent 8 markalı siqaret, 1.8 manat dəyərində 10 ədəd 1 blok LD kompakt markalı siqaret, 2 manat dəyərində 10 ədəd 1 blok LD markalı siqaret, 1.3 manat dəyərində 10 ədəd Snikers Super şokoladları, 3 manat dəyərində uşaq kalqotkası, 90 manat dəyərində Kinfg markalı bir ədəd ətçəkən maşın, 35 manat dəyərində King markalı saçqırxan maşın, mağazada daimi saxladığı çantadan 130 manat oğurlanaraq ona 550 manat dəyərində ziyan vurulmuşdur. Təqsirləndirilən şəxslər ondan başqa şəxslərə də ziyan vurduqları aşkar edilmişdir. Bu günə qədər dəfələrlə təqsirləndirilən şəxslərdən ona vurduqları ziyanı tələb etsə də, heç bir nəticəsi olmamışdır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli 1(030)-15/2018 saylı hökmünün surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2015-ci il tarixli 1(088)-106/2015 saylı hökmü ilə ona təyin edilmiş 3000 manat cərimə cəzasının Daşkəsən Rayon Məhkəməsinin 21 iyul 2017-ci il tarixli 7(030)-19/2017 saylı qərarı ilə əvəz olunmuş 1 (bir) il müddətə islah işləri cəzasının və Daşkəsən Rayon Məhkəməsinin 06 mart 2017-ci il tarixli 1(030)-04/2017 saylı hökmü ilə ona təyin olunmuş hər ay qazancından dövlət nəfinə 20 faiz miqdarda pul tutulmaqla 7 (yeddi) ay 15 (on beş) gün müddətə islah işləri cəzasının çəkilməmiş qalan cəmi 1 (bir) il 2 (iki) ay 15 (on beş) gün müddətinə islah işləri cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə üç gün hesabı ilə hesablanmaqla 4 (dörd) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Cavabdeh1 üzərində qəti olaraq 3 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 11 mart 2018-ci il tarixdən hesablanması, Cavabdeh1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 16 mart 2018-ci il tarixdən hesablanması, Cavabdeh2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 11 mart 2018-ci il tarixdən hesablanması, Cavabdeh3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə maddi sübut kimi Daşkəsən Rayon Polis Şöbəsində saxlanılan bir ədəd qırmızı rəngli “Hitachi” markalı tozsoran, bir ədəd “JVC” markalı videokamera, bir ədəd 4 gözlü qaз peçi, bir ədəd yataq dəstinin örtüyü, bir ədəd açıq qəhvəyi rəngli xalça zərərçəkmiş şəxs X3 təhvil verilməsi, iş üzrə maddi sübut kimi Daşkəsən Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd “King” markalı saçqırxan, 1 ədəd “king” markalı ətçəkən zərərçəkmiş şəxs İddiaçı verilməsi, iş üzrə maddi sübut kimi Daşkəsən Rayon Polis Şöbəsində saxlanılan bir ədəd qara rəngli, 102 ekranlı, ekranın kənarlarında şüşə material olan, “Samsung” markalı televizoru, bir ədəd “Geepas” markalı elektrik (su qızdırıcı), 1 ədəd gümüşü rəngli çaynik, bir ədəd “Texnolux” markalı, qara rəngli ətçəkən, 2 ədəd sarı-qəhvəyi rəngli adyallar, 2 ədəd pərdə zərərçəkmiş şəxs X4, bir ədəd gümüş rəngli rolsen markalı “DVD” pleyeri, bir ədəd qara rəngli “Supermax” markalı peyk tuneri, bir ədəd gümüş rəngli “Sinbo” markalı mikseri, bir ədəd qara rəngli “Babyliss” markalı saç feni, 2 ədəd yataq dəsti, bir ədəd qırmızı rəngli xalça zərərçəkmiş şəxs Əhmədov Eldəniz Elдar oğluna, bir ədəd üzərində yaşıl, qara və ağ rəngli müxtəlif təsvirlər olan döşək, bir ədəd qara dəstəkli drel (burğu aləti), bir ədəd “Leyli və Məcnun” naxışları təsvir olunmuş stolüstü oyun vasitəsi nərdtaxta zərərçəkmiş şəxs X2 və 1ədəd “Fontom” markalı tozsoran, bir ədəd sarı rəngli adyal, 1 ədəd 2 gözlü qazpeçi, iki ədəd bəbir naxışlı adyallar, 1 ədəd “Elenberg” markalı DVD pleyer, bir ədəd qırmızı rəngli xalça, bir ədəd qəhvəyi rəngli xalça, br ədəd çiçək naxışlı xalça, bir ədəd qab-qacaq servisi zərərçəkmiş şəxs X1 verilməsi, iş üzrə maddi sübut kimi Daşkəsən Rayon Polis Şöbəsində saxlanılan, cinayətin aləti olan bir ədəd vintaçan və bir ədəd metal parçası məhv edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 31,50 manat pul vəsaiti təqsirləndirilən şəxslər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir. İşə əlavə edlmiş 27 oktyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli 1(030)-15/2018 saylı hökmündən görünür ki, Cavabdeh1 29 dekabr 2017-ci il tarixdə təxminən saat 01 radələrində özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Cavabdeh2 ilə qabaqcadan əlbir olan şəxslərdən ibarət bir qrup təşkil edib Daşkəsən şəhəri İ.Qayıbov küçəsində yerləşən İddiaçı məxsus qarışıq mallar mağazasının pəncərəsinin gözlüyünü əvvəlcədən həmin məqsədlə özləri ilə gətirdikləri dəmir parçası ilə sındırmaqla mağazaya qanunsuz daxil olaraq oradan hər birinin qiyməti 1 manat 50 qəpik olan cəmi 9 manat dəyərində 6 ədəd “Qusarski” mal əti konservlərini, hər birinin qiyməti 1 manat 30 qəpik olan cəmi 5 manat 20 qəpik dəyərində 4 ədəd " Supersun " markalı ət konservilərini, hər birinin qiyməti 7 manat olan cəmi 14 manat dəyərində 2 ədəd " Servalat " kolbasalarını, hər birinin qiyməti 6 manat olan cəmi 60 manat dəyərində 10 ədəd "Səba" markalı dondurulmuş və doğranmış toyuq ətlərini, hər birinin qiyməti 5 manat olan cəmi 50 манат dəyərində 10 ədəd "Səba" markalı dondurulmuş toyuq bağlamalarını, 1 manat 50 qəpik dəyərində 1 ədəd “Kilkə” konservisini, hər birinin qiyməti 2 manat 50 qəpik olan cəmi 50 манат dəyərində 20 qutu "Kент 8" markalı siqaretlərini və 25 manat dəyərində 10 qutu "Кент 4" markalı siqaretləri, hər birinin qiyməti 1 manat 80 qəpik olan cəmi 18 manat dəyərində 10 qutu "LD Kompakt" markalı siqaretlərini, hər birinin qiyməti 1 manat 80 qəpik olan cəmi 18 manat dəyərində 10 qutu "LD" markalı siqaretlərini, hər birinin qiyməti 1 manat 50 qəpik olan cəmi 15 manat dəyərində 10 ədəd "Snikers super" şokoladlarını, 2 manat dəyərində 1 ədəd uşaq kalqotkasını, 90 manat dəyərində 1 ədəd "King" markalı ətçəkən maşını, 35 манат dəyərində 1 ədəd "Кing" markalı sağqırxan maşını, ümumilikdə 392 manat 70 qəpik dəyərində ərzaq və digər məhsullarını və 130 manat nəğd pul olmaqla, cəmi 522 manat 70 qəpik özgə əmlakını binanın saxlanc yerinə qanunsuz daxil olmaqla gizli talayaraq oğurluq etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə gorə qanuna və ya digər normativ hüquqi aktlara əsasən muəyyən subutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş üzrə göründüyü kimi, Cavabdeh1 və Cavabdeh2 ilə qabaqcadan əlbir olub qrup təşkil edib Daşkəsən şəhəri İ.Qayıbov küçəsində yerləşən İddiaçı məxsus qarışıq mallar mağazasının saxlanc yerinə qanunsuz daxil olmaqla gizli talayaraq oğurluq etmişlər. Nəticədə İddiaçı 522,70 manat məbləğində ziyan vurmuşlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Şərh olunanlara, habelə qeyd edilən maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 522.70 manat manat məbləği alınıb İddiaçı verilməlidir. İddiaçı Cavabdeh3 da, 550 manat məbləğində pulun alınıb ona verilməsini xahiş etsə də, Cavabdeh3 tərəfinfən ona məxsus əmlakın oğurlanmasını və ona zərər vurulmasını təsdiqləyəcək sübutları məhkəməyə təqdim etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh3 aid hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 28,50 manatı cavabdehdən tuutlub iddiaçıya ödənilməli, 1,50 manat iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 522,70 manat məbləğində pul vəsaiti və ödənilmiş 28,50 manat dövlət rüsumu olmaqla, cəmi 551.20 (beş yüz əlli bir manat iyirmi qəpik) manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar