Məhkəmə qərarları › İş №2(030)-720/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-720/2025

25.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-720/2025 25.12.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X15 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı məhkəməyə ərizə ilə müraciət edib, onun 27 iyul 1963-cü ildə doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra ərizəçi İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mülki işin xüsusi icraat qaydasında baxılıb onunu iddiaçı əvəzinə ərizəçi, cavabdehin isə maraqlı şəxs kimi qəbul edilməsi, onun 27 iyul 1963-cü il tarixdə Ermənistan SSR Yeğeqnadzor rayonunun Ələyəz kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 27 iyul 1963-cü il tarixdə Ermənistan SSR Yeğeqnadzor rayonunun Ələyəz kəndində doğulmuşdur. X2, ana X7 olmuşdur. Onun adına Ermənistan SSR, X11 Yeğegis kənd icraiyyə komitəsi VVAQ şöbəsi tərəfindən doğum haqqında akt qeydi aparılmış və doğum haqqında şəhadətnamə verilmişdir. Məlum hadisələrlə əlaqədar 1988-ci ildə ailəsi ilə birlikdə Ermənistandan məcburi çıxarılmış və Azərbaycana gəlmiş həmin vaxtdan valideynləri ilə birlikdə Daşkəsən rayonu Bayan kəndində məskunlaşmışlar. X3 25 fevral 1973-cü ildə, X2 28 aprel 2002-ci ildə vəfat etmişdir. Doğum haqqında şəhadətnamədə onun doğum tarixi 27 iyul 1963-cü il qeyd edilsə də, şəxsiyyət vəsiqəsində doğum tarixi səhvən xx xxxx 1969-cu il göstərilmişdir. Sənədlər arasında uyğunsuzluq olduğu üçün yaşa görə o, pensiya təminatı hüququndan istifadə edə bilmir. Qeyd edilən faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. Odur ki, məhkəmədən tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi məlumat verilmiş maraqlı şəxs Cavabdeh nümayəndəsi üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi üçün məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, İddiaçı onun doğma bacısıdır. Ailədə 3 uşaq olmuşlar. Səyarə ailənin böyük uşağı olmuş və 27 iyul 1963-cü ildə doğulmuşdur. X3 25 fevral 1973-cü ildə, X2 28 aprel 2002-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 doğum tarixi 27 iyul 1963-cü il qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin tərcümə edilmiş və təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 27 iyul 1963-cü ildə Ermənistan SSR, Yeğeqnadzor rayonu Ələyəz kəndində dogulmuşdur. X2, X3dır. Bu barədə Ermənistan SSR X11 Yeğegis kənd icariyyə komitəsi VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 24 sentyabr 1963-cü il tarixdə 64 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxx 1966-ci ildə Ermənistan SSR, Yeğeqnadzor rayonu Ələyəz kəndində dogulmuşdur. X2, X3dır. Bu barədə Ermənistan SSR X11 Yeğegis kənd icariyyə komitəsi VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 22 mart 1966-cı il tarixdə 22 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 25 fevral 1973-cü il tarixdə Ermənistan Respublikası Yexeqnadzor rayonu Ələyəz kəndində ölmüşdür. Bu barədə Şəmkir rayon Qeydiyyat şöbəsində ölüm haqqında bərpa akt qeydləri kitabında 05 aprel 2019-cu il tarixdə 04 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 29 aprel 2002-ci il tarixdə Daşkəsən rayonu Bayan kəndində ölmüşdür. Bu barədə Daşkəsən rayon İHB-nin Bayan İƏDÜN-si ölüm haqqında akt qeydləri kitabında 01 may 2002-ci il tarixdə 05 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Cavabdeh 04 noyabr 2025-ci il tarixli 3-16-5/8-69-377/2025 saylı məktubundan görünür ki, İddiaçı təqdim edilmiş doğum haqqında şəhadətnamədə doğum tarixi “xx.xx.1963-cü il” qeyd edilmiş, lakin şəxsiyyət vəsiqəsində doğum tarixi “xx.xx.1969cu il” yazılmışdır. Bu səbəbdən müraciətin təmin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”in 13 və 14-cü bəndlərinə uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbələri və kosulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları və işə əlavə edilmiş sənədlərlə müəyyən olundu ki, İddiaçı 27 iyul 1963-cü il tarixdə Ermənistan SSR Yeğeqnadzor rayonunun Ələyəz kəndində doğulmuşdur. X2, ana X7 olmuşdur. İddiaçı adına Ermənistan SSR, X11 Yeğegis kənd icraiyyə komitəsi VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 24 sentyabr 1963-cü il tarixdə 64 nömrə ilə doğum haqqında akt qeydi aparılmış və doğum haqqında şəhadətnamə verilmişdir. Ərizəçi 1988-ci ildə ailəsi ilə birlikdə Ermənistan Respublikasından qaçqın düşmüş və həmin vaxtdan valideynləri ilə birlikdə Daşkəsən rayonu Bayan kəndində məskunlaşmışlar. Göründüyü kimi İddiaçı 27 iyul 1963-cü il tarixli doğum qeydinin aparılmış olmasını tədiq edən sənəd mövcuddur. Lakin, doğum qeydi Ermənistanda aparılmış olduğundan doğum qeydinin məhkəmədən kənar qaydada bərpa edilməsi mümkünsüzdür və ərizəçi bu barədə sənəd əldə edə bilmir. Odur ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu (yəni hüquqi əhəmiyyəti olan) faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarının İİ hissəsinin 16-cı bəndində əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 44.1-ci maddəsinə görə, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 82.1-ci maddəsinə görə, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin olunsun. İddiaçı 27 iyul 1963-cü il tarixdə Ermənistan SSR Yeğeqnadzor rayonu Ələyəz kəndində doğulması haqqında Ermənistan SSR, X11 Yeğegis kənd icraiyyə komitəsi VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 24 sentyabr 1963-cü il tarixdə 64 nömrəli doğum akt qeydinin aparılması faktı müəyyən edilsin. İddiaçı doğumu haqqında akt qeydində doğum tarixi xx.xx.1963-cü (iyirmi yeddi iyul bir min doqquz yüz altmış üçüncü) il, doğulduğu yer Ermənistan SSR Yeğeqnadzor rayonu Ələyəz kəndi, X2, X3 yazılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar