Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-751/2025 12.12.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X3 Hafiz оğlu, İddiaçı cavabdeh Ərazi Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) qarşı cavabdeh TSEK-in xx.xx.2025-ci il tarixli imtina qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və övladına əlillik təyinatının məcbur edilməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Ərazi Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh TSEK-in X1 barədə veriyi xx.xx.2025-ci il tarixli imtina qərarının qanunsuz hesab edilməsi və ləğv olunması, oğluna əlilliyin təyin edilməsi və ya döyüş xəsarətindən əlillik statusununu verilməsinin məcbur edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, həmin iddiaya mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmələrdə baxılır. Məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilmiş cavabdeh orqan və tərəflər arasında olan mübahisənin xarakteri baxımından işə inzibati məhkəmədə baxılmalıdır. Ona görə də, iddiaçıya izah edilir ki, onun müvafiq inzibati məhkəmədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. 267.3-cü maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 156, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı cavabdeh Ərazi Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) qarşı xx.xx.2025-ci il tarixli imtina qərarının ləğv edilməsi və övladına əlilliyin təyin edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasından imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər hazırkı qərardadla birlikdə ərizəçiyə qaytarılsın. Qərardaddan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-751/2025
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-751/2025
12.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver