Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-91/2024 24.01.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı oğlunun, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 6600 manat pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 22 baş xırdabuynuzlu heyvanları, heyvanlar olmadığı təqdirdə onların dəyəri, yəni 6600 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 özlərinə məxsus olan iribuynuzlu və xırdabuynuzlu heyvanları Daşkəsən rayonu Zağalı kəndində yerləşən Qonaqgörməz yaylağında 10 iyul 2022-20 iyul 2022-ci il tarixdə otaran zaman, eyni vaxtda onlar da, özlərinə məxsus olan 1082 baş xırdabuynuzlu heyvanları həmin yaylaqda otarmışlar. Bu zaman heyvanların çoxluğuna görə bir-birinə qarışmışdır. Yaylağın ucsuzbucaqsız ərazilərində hər an heyvanlara diqqət oluna bilmədiyi üçün digər heyvanlarla birbirinə qarışması qaçılmazdır. Sonradan heyvanları sayarkən onlara məlum olmuşdur ki, heyvanlarının 22 ədədi əskikdir. Bununla bağlı tərəflərindən aidiyyəti üzrə Daşkəsən Rayon Polis Şöbəsinə müraciət olunmuş və heyvanları itmiş kimi qəbul edilərək cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarılmışdır. 01 oktyabr 2023-cü il tarixdə örüş sahəsində qoyun otararkən qardaşı X2 həmin xırdabuynuzlu heyvanları tanınmış və onların şəkilləri çəkilmişdir. Bununla bağlı İcra Nümayəndəliyi tərəfindən arayış verilmişdir. Hazırda isə onlar öz heyvanlarını tapmalarına baxmayaraq, cavabdehlər onların heyvanlarını qaytarmaqdan imtina etmişlər. Buna görə də, cavabdehlərin ona vurduqları ziyana görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, cavabdehlər qeyd olunan heyvanları ona qaytarmırlar, gah deyirlər heyvanlar yoxdur, gah da deyirlər heyvanların hamısı onlara məxsusdur. Ona məxsus olan 22 baş xırdabuynuzlu heyvanların hər birinin qiyməti 300 manat dəyərində idi. 1 il ərzində orta hesabla heyvanların dəyərinin yarısı qədər mənfəət əldə ediblər. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı oğlu qoyunlarının itməsi barədə Daşkəsən Rayon Polis Şöbəsinə müraciət etmiş, 01 oktyabr 2023-cü il tarixdə Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları onu evindən çağıraraq heyvanlarını otlaq sahəsinə aparmış, iddiaçı qoyunlardan 2 ədədini göstərərək ona məxsus olduğunu bildirmişdir. O, həmin qoyunun 1 başını Elburus adlı şəxsdən 2020-ci ildə satın almışdır. Artıq 3 ildir ki, həmin heyvan onun həyətindədir və bu il üçüncü dəfədir ki, həmin heyvan bala verəcəkdir. Digər qoyun isə öz heyvanının quzusudur. İddiaçı ona şər və böhtan atır. İddia tələbi tamamilə əsassız və qanunsuz olduğu üçün rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı oğlu qoyunlarının itməsi barədə Daşkəsən Rayon Polis Şöbəsinə müraciət etmiş, 01 oktyabr 2023-cü il tarixdə Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları onu evindən çağıraraq heyvanlarını otlaq sahəsinə aparmış, iddiaçı qoyunlardan 6 ədədini göstərərək ona məxsus olduğunu bildirmişdir. Ona məxsus olan heyvanlar birkalıdır. Oğurluq heyvanı bir il qapıda saxlamaq olar. İddiaçı bundan əvvəl 2022-ci ildə Bəhlul və Namiq adlı şəxslərə qarşı da, eyni böhtanla şikayət etmişdir. İddiaçı ona şər və böhtan atır. İddia tələbi tamamilə əsassız və qanunsuz olduğu üçün rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı oğlu qoyunlarının itməsi barədə Daşkəsən Rayon Polis Şöbəsinə müraciət etmiş, 01 oktyabr 2023-cü il tarixdə Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları onu evindən çağıraraq heyvanlarını otlaq sahəsinə aparmışdır. İddiaçı qoyunlardan 1 ədədini göstərərək ona məxsus olduğunu bildirmişdir. Qeyd edilən heyvan ona məxsusdur və hazırda heyvanın 5 yaşı var. İddiaçı ona şər və böhtan atır. İddia tələbi tamamilə əsassız və qanunsuz olduğu üçün rədd olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Könüllü inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 oktyabr 2023-cü il tarixli 815 saylı arayışından görünür ki, İddiaçı oğlunun adına 01 yanvar 2023-cü il tarixə Şəmkir RİHB-nin Könüllü İƏDÜN-nin ev təsərrüfatbaşının uçotu kitabında onun təsərrüfatında 987 baş xırda buynuzlu davar qeydə alınmışdır. İşə əlavə edilmiş 19 oktysabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı oğlu tərəfindən 75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş 04 noyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı oğlu tərəfindən 11 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, İddiaçı oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 özlərinə məxsus olan iribuynuzlu və xırdabuynuzlu heyvanları Daşkəsən rayonu Zağalı kəndində yerləşən Qonaqgörməz yaylağında xx.xx.2022-xx.xx.2022-ci il tarixində otaran zaman, eyni vaxtda onların da, özlərinə məxsus olan 1082 baş xırdabuynuzlu heyvanları həmin yaylaqda otardıqlarını, bu zaman heyvanlar çoxluğuna görə bir-birinə qarışdıqlarını, sonradan heyvanları sayarkən 22 baş heyvanın əskik olduğunun, bununla bağlı tərəflərindən aidiyyəti üzrə Daşkəsən Rayon Polis Şöbəsinə müraciət olunduğunu, heyvanlarının itmiş kimi qəbul edilərək cinayət işinin başlanması barədə qərar çıxarıldığını, 01 oktyabr 2023-cü il tarixdə örüş sahəsində qoyun otararkən qardaşı X1 həmin xırdabuynuzlu heyvanları tanıdığını və onların şəkilləri çəkdiyini, bununla bağlı İcra Nümayəndəliyi tərəfindən arayış verildiyini, hazırda isə onların öz heyvanlarını tapmalarına baxmayaraq, cavabdehlərin onların heyvanlarını qaytarmaqdan imtina etdiklərini bildirərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 22 baş xırdabuynuzlu heyvanları, heyvanlar olmadığı təqdirdə onların dəyəri, yəni 6600 (altı min altı yüz) manat məbləğində pulun alınıb mənə verilməsini tələb edir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçını tələbi ona məxsus heyvanların qaytarılması ilə bağlı olduğundan həmin münasibətlərə mülkiyyət münasibətlərini tənzimləyən normalar tətbiq edilmlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-ci maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. İnsan huquqları uzrə Avropa Məhkəməsi ≪Brumaresku Rumıniyaya qarşı≫ iş uzrə 28 oktyabr 1999-cu il tarixli qərarında gostərmişdir ki, huququn aliliyinin əsas aspektlərindən biri olan huquqi muəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş uzrə qəbul olunan yekun qərar şubhə doğurmamalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə gorə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini muəyyən edən faktlarla və hallarla əlaqədardır. Hazırki halda sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbini hər hansı sübutla əsaslandırmadığından, İddiaçı oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 6600 manat pul tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün 86 manat dövlət rüsumu İddiaçı oğluna aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 22 baş xırdabuynuzlu heyvanlar, heyvanlar olmadığı təqdirdə onların dəyəri, yəni 6600 (altı min altı yüz) manat məbləğində pulun alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 86 (səksən altı) manat dövlət rüsumu İddiaçı oğluna aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-91/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-91/2024
24.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver