Məhkəmə qərarları › İş №2(030)-93/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-93/2023

23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-93/2023 23.01.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X3 (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında бахараг MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olarq 1560 manat zərər məbləğinin və 35.60 manat məbləğində dövlət rüsumun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş, iddia ərizəsi və məhkəmə bildirişini X4 20 dekabr 2022-ci il tarixdə xəbərnaməyə şəxsən imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 10:30 radələrində Z.Bünyadov prospekti ilə nəticəsində, Cavabdeh idarə etdiyi “VAZ 2104” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil, Bakı Nəqliyyat Agentliyİ X7 məxsus olan “BMC Procity” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı və “VAZ 2104” markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə sonunculara maddi ziyan dəymişdir. “VAZ 2104” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçı tərəfindən 27 may 2020-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. 22 yanvar 2022-ci il tarixli qiymətləndirmə aktına əsasən, “VAZ 2104” markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1560 manat məbləğində zərər müəyyən olunmuşdur. İddiaçı tərəfindən zərərin məbləği olaraq 1560 manat məbləğində sığorta ödənişi X1 bank hesabına ödənilmişdir. İşə əlavə edilmiş 27 may 2020-ci il tarixli PXA78003 nömrəli “Sığorta aktı”nın surətindən görünür ki, "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası qaydasında sığortalanmış “VAZ 2104” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil 55000 manata sığortalanmışdır. 14 yanvar 2021-ci il tarixdı baş verimiş yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 2104” markalı **-HU-*** və “BMC Procity” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərə toqquşmuşdur. “VAZ 2104” markalı **-HU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1560 manat məbləğində zərər dəyməsi müəyyən edilmişdir. İşə əlavə edilmiş 16 fevral 2021-ci il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, “VAZ 2104” markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2 1560 manat məbləğində ödəniş edilmişdir. İşə əlavə edilmiş 22 yanvar 2021-ci il tarixli 2045 nömrəli “Qiymətləndirmə akt”nın surətindən görünür ki, “VAZ 2104” markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1560 manat məbləğində zərər müəyyən olunmuşdur. İşə əlavə edilmiş 10 noyabr 2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən 35.60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş 26 yanvar 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın təsviri hissəsindən görünür ki, yol-nəqliyyat hadisəsi “Vaz 2104 minik” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh ehtiyyatsızlığından baş verdiyindən və hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin, eləcədə avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olduğundan barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülmüşdür. İşə əlavə edilmiş 26 yanvar 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, qərarın təsviri hissəsidə göstərilənlərə əsasən cavabdehin əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və qərarın surəti və toplanmış material sürücü Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış üçün təmin olunmalıdır. Belə ki sübutların məcmusuna hüquqi qiymət verərək, , məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, “VAZ 2104” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası qaydasında sığortalanmışdır. 14 yanvar 2021-ci il tarixdə baş verimiş yolnəqliyyat hadisəsi nəticəsində “VAZ 2104” markalı **-HU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 1560 manat məbləğində zərər dəymiş, "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün X2 1560 manat ödəniş edilmişdir. AR Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-6.2-ci maddələrinə görə icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 13.1-13.2-ci maddələrinə görə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 14.1.3-cü maddəsinə görə şəxsin ölümü fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər hesab edilir. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Şərh olunanlara və iş üzrə tərəflərin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1560 manat məbləğində sığorta ödənişi alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 35.60 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutuaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1560 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 35.60 manat dövlət rüsumu olmaqla, cəmi 1595 (min beş yüz doxsan beş) manat 60 (altmış) qəpik tutularaq "xxxx" X5 ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar