Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-138/2024 04.04.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı əşyaların evdən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əşyaların evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus olan 1 ədəd şifonerin, 2 ədəd kravatın, 1 ədəd divanın, 2 ədəd kreslonun, 1 ədəd stolun, 2 ədəd stulun, 1 ədəd termonun, 1 ədəd şifonerin, 1 ədəd soyuducunun, 1 ədəd televizorun, 1 ədəd saatın və qabların Şabran rayonu, Dağ Bilici kəndində yerləşən ona məxsus fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh qardaşım X2 ilə xx.xx.1987-ci il tarixdə rəsmi qaydada ailə həyatı qurmuşlar. X1 xx.xx.2010-cu il tarixində vəfat etmişdir. Cavabdeh valideynlərindən ona miras qalmış və hal-hazırda hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli, **********85-10301 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dağ Bilici kəndində yerləşən evdə müəyyən müddət ərzində yaşasa da, təxminən 5 il olar ki, həmin evi tərk edərək bacısıgilə, Şabran rayonu, Taxtalar kəndində yerləşən evə köçərək onunla birlikdə yaşayır. Cavabdeh hazırda bütün əmlakı ona məxsus evdə qalmışdır. Cavabdehdən dəfələrlə əşyalarını evindən götürməsi tələb olunsa da o, əşyalarını aparmaqdan imtina edir. Cavabdehə məxsus olan əşyaların ona məxsus evdə yerləşməsinə görə sərbəst hərəkət etmək mümkün deyil və bu da onun evdən istifadə etmək hüququnu məhdudlaşdırır. Hesab edir ki, Cavabdeh məxsus olan 1 ədəd şifonerin, 2 ədəd kravatın, 1 ədəd divanın, 2 ədəd kreslonun, 1 ədəd stolun, 2 ədəd stulun, 1 ədəd termonun, 1 ədəd şifonerin, 1 ədəd soyuducunun, 1 ədəd televizorun, 1 ədəd saatın və qabların Şabran rayonu, Dağ Bilici kəndində yerləşən ona məxsus fərdi yaşayış evindən çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı onun xəbəri olmadan torpaq sahəsini öz adına keçirmişdir. İddiaçının X1 ilə ailə quraraq həmin evdə yaşamışdır, mübahisəli evdə olan əmlak ona məxsusdur, lakin əmlakını həmin evdən çıxarmağa etiraz edir. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Şabran rayonu, Dağ Bilici kəndi ərazisində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüquqi ilə İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödənilmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 50 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X4 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sənərncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddənin şərhinə görə, mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək imkanından məhrum edən hərəkət uzanan hüquq pozuntusudur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. İşin faktiki hallarından, eləcə də, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlardan görünür ki, Cavabdeh ilə mübahisəli mənzilin mülkiyyətçisi İddiaçı arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə bağlı notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmamışdır. Lakin, mülkiyyətçi İddiaçı Cavabdeh müvəqqəti yaşamaq imkanı vermişdir. Bununla da, İddiaçı Cavabdeh mübahisəli mənzildə müvəqqəti yaşamaq imkanı versə də, məhkəmə iclasında aparılmış araşdırma zamanı sonuncunun mübahisəli mənzilə istifadə hüququnun mövcud olması barədə hər hansı hüquqi əsas aşkar edilməmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən Şabran rayonu, Dağ Bilici kəndi ərazisində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüquqi ilə İddiaçı mülkiyyətinə verilmişdir. Odur ki, Cavabdeh məxsus olan 1 ədəd şifoner, 2 ədəd kravat, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol, 2 ədəd stul, 1 ədəd termo, 1 ədəd şifoner, 1 ədəd soyuducu, 1 ədəd televizor, 1 ədəd saatın və qablar Şabran rayonu, Dağ Bilici kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia üzrə ödənilmiş 50 manat dövlət rüsumu iddia ərizəsində və məhkəmə baxışında cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh məxsus olan 1 ədəd şifoner, 2 ədəd kravat, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol, 2 ədəd stul, 1 ədəd termo, 1 ədəd şifoner, 1 ədəd soyuducu, 1 ədəd televizor, 1 ədəd saatın və qablar Şabran rayonu, Dağ Bilici kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evindən çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus olan 1 ədəd şifoner, 2 ədəd kravat, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol, 2 ədəd stul, 1 ədəd termo, 1 ədəd şifoner, 1 ədəd soyuducu, 1 ədəd televizor, 1 ədəd saat və qablar Şabran rayonu, Dağ Bilici kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evindən çıxarılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə Apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-138/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-138/2024
04.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver