Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-178/2021 05.05.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: Cavabdeh2 NÜMAYƏNDƏ VƏ VƏKİL: X15 CAVABDEH: X4 qarşı NÜMAYƏNDƏ VƏ VƏKİL: X16 Şabran rayon Pirəbədil Bələdiyyəsinin balansında olan köhnə möhür və ştampın ləğv edilməsi və Şabran rayonu Pirəbədil Bələdiyyəsinin balansında olan köhnə möhür və ştampın cavabdeh X5 qanunsuz sahibliyindən alınıb Şabran rayonu Pirəbədil Bələdiyyəsinə təhvil verilməsi barədə ilk iddia, X3 Cavabdeh2 qarşı 18.01.2020-ci il tarixli, 01 saylı iclas protokolunun etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası və Şabran rayonu Pirəbədil Bələdiyyəsinə və Cavabdeh2 qarşı 12 avqust 2020-ci il tarixli iclas protokolunun və onun əsasında alınmış yeni möhür və ştempelin etibarsız hesab edilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Cavabdeh2 cavabdeh X7 qarşı “Bələdiyyə əmlakını, sənədləri, xəritələri, möhür və ştampı özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Şabran rayon Pirəbədil Bələdiyyəsinin balansında olan əmlak, sənədlər, xəritələr, möhür və ştamp X5 qanunsuz sahibliyindən geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X9 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ona qarşı qaldırdığı ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunaraq Cavabdeh2 sədr seçilməsinə dair tərtib etdiyi 18.01.2020-ci il tarixli, 01 saylı iclas protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Şabran rayon Pirəbədil Bələdiyyəsinin balansında olan köhnə möhür və ştampın ləğv edilməsi və Şabran rayonu Pirəbədil Bələdiyyəsinin balansında olan köhnə möhür və ştampın cavabdeh X5 qanunsuz sahibliyindən alınıb Şabran rayonu Pirəbədil Bələdiyyəsinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X8 əlavə olaraq Şabran rayonu Pirəbədil Bələdiyyəsinə və Cavabdeh2 qarşı 12 avqust 2020-ci il tarixli iclas protokolunun və onun əsasında alınmış yeni möhür və ştempelin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə 09 sentyabr 2020-ci il tarixdə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Şabran rayon Pirəbədil Bələdiyyəsinin 12 avqust 2020-ci il tarixli, 03 saylı iclas protokolunun və qərarının etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran rayon məhkəməsinin 03 mat 2021-ci il tarixli 2(031)-272/2021 saylı qərardadına əsasən Şabran rayon məhkəməsinin icraatında olan iddiaçı X5 cavabdehlər Şabran rayonu Pirəbədil Bələdiyyəsinə və Cavabdeh2 qarşı 12 avqust 2020-ci il tarixli iclas protokolunun və onun əsasında alınmış yeni möhür və ştempelin etibarsız hesab edilməsi tələbinə dair 2(031)-178/2021 nömrəli və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “bələdiyyə əmlakını, sənədləri, xəritələri, möhür və ştampı özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi” tələbinə dair 2(031)-272/2021 nömrəli mülki işlər birlikdə baxılmaları üçün 2(031)-178/2021 nömrə altında bir icraata birləşdirilmişdir. İddiaçı Cavabdeh2 məhkəmə iclasında iddiasını müdafiə edərək, İddiaçı qarşılıqlı iddiasını və iddiasını qəbul etməyərək bildirdi ki, 23.12.2019-cu il tarixində Azərbaycan Respublikasında təyin olunmuş bələdiyyə seçkilərində, o, Şabran rayonu Pirəbədil Bələdiyyəsinə üzv seçilmişdir. 18.01.2020-ci il tarixində Şabran rayonu Pirəbədil Bələdiyyəsinin seçilmiş 9 bələdiyyə üzvünün 7-nin iştirakı ilə keçirilən iclas zamanı gündəlik məsələlərdən biri də bələdiyyə sədrinin seçilməsi məsələsi müzakirə olunmuşdu. İştirak edən 7 nəfər bələdiyyə üzvünün səsverməsi əsasında o, Şabran rayon Pirəbədil Bələdiyyəsinin sədri seçilmişdir. Seçkinin nəticəsi olaraq, 18.01.2020- ci il tarixli 01 saylı protokol tərtib edilmişdir və 54 saylı Şabran - Siyəzən seçki dairəsinə təqdim edilmişdir. 54 saylı Şabran - Siyəzən seçki dairəsinə ünvanladığı məktuba cavab olaraq, 25.02.2020-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, 18.01.2020-ci il tarixində ilk olaraq 54 saylı Şabran - Siyəzən seçki dairəsinə təqdim olunmuş 1 nömrəli protokola əsasən o, Şabran rayonu Pirəbədil Bələdiyyəsinin sədri seçilmişdir. Seçildikdən sonra keçmiş bələdiyyə sədri X4 bələdiyyənin balansında olan əmlakı, sənədləri, xəritələri, möhürü və ştampı təhvil verməsini təklif etmişdir. Lakin keçmiş bələdiyyə sədri İddiaçı hazırdada bələdiyyə sədri olmasını bildirirərək, 18.01.2020-ci il tarixində aldatma yolu, kobud qanun pozuntusuna yol verərək, bələdiyyə üzvləri seçilmiş şəxslərin xoş niyyətlərindən istifadə edərək boş protokola imza etdirmişdir. Bələdiyyə sədri seçkisinə müdaxilə etmək üçün otaqda kənar şəxsin olmasına şərait yaradılmış, bələdiyyə üzvlərinin tam sayda yığılmasını gözləməyərək iclası başlamışdır. İddiaçı qanunsuz hərəkətinin qarşısının alınması üçün, sonradan həmin günü onun guya ki «sədr seçilməsi» protokolu etibarsız hesab edilməsinə dair müvafiq akt tərtib olunmuşdur və İddiaçı bu barədə bildirilərək, tam qanuni bələdiyyə sədri seçkisi keçirilmişdir. Həmin iclasda bələdiyyə sədri o, seçilmiş və bu barədə protokol 54 saylı Şabran - Siyəzən seçki dairəsinə göndərilmişdir. Eyni zamanda, protokolu ƏN-nin Xaçmaz Regional Ərazi İdarəsinə göndərmişlər. Lakin, idarədən protokolda ştamp, möhür olmadığından qəbul etməmişlər. Onlar İddiaçı möhürü tələb etsələr də, İddiaçı bildirmişdir ki, bələdiyyə sədri o özüdür. Və o özünü hər yerdə bələdiyyə sədri kimi qələmə verirdi. Həmin vaxtlarda həm də, pandemiya xəstəliyi ilə əlaqədar işlər dayandırılmışdır. Sonra İddiaçı bildirmişdir ki, möhür, ştamp onda yoxdur, itib. Bundan sonra onlar qəzetdə sənədlərin itməsi barədə elan vermişlər. Sonradan müəyyən olundu ki, möhür və ştamp itməyib, İddiaçıdir. Bələdiyyənin iş fəaliyyəti də dayanmışdır. Bundan sonra onlar – 06 nəfər bələdiyyə üzvü bir yerdə müzakirə etmişlər ki, bələdiyyənin fəaliyyətini dayandırmaq olmaz. Eləcə də, Camaləddin Nuriyev bələdiyyənin möhürünü və ştampını verməyib özündə saxladığından, bələdiyyənin iş fəaliyyəti dayandığından, 12 avqust 2020-ci il tarixdə 6 nəfər bələdiyyə üzvünün iştirakı ilə iclas keçirib, iclasın qərarı ilə İddiaçı bələdiyyə sədri vəzifəsindən azad edilmiş, Cavabdeh2 bələdiyyə sədri seçilmişdir. Bundan sonra o, bələdiyyənin iş fəaliyyətini bərpa etmiş, bələdiyyə ərazisində təmir-abadlıq işləri aparmış, artezyan su quyusu qazdırılmış, şəhid ailələrinə yardımçı olmuş, kənd camaatının çoxdan yığılıb qalmış problemlərini həll etməyə başlamışdır. 27.01.2020-ci il tarixində İddiaçı bələdiyyənin balansında olan əmlakı, sənədləri, xəritəni, möhür və ştampı təhvil vermədiyinə görə, Şabran rayon Polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsində araşdırma gedən zaman, 05.02.2020- ci il tarixində bələdiyyənin balansında olan bir neçə əmlakı birtərəfli qaydada komissiyanın iştirakı ilə təhvil almışdır. 06.02.2020-ci il tarixində onun polis şöbəsinə müraciətinin nəticəsi olaraq, toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edərək, müraciəti mülki xarakterli olduğuna görə, məhkəməyə müraciət etməyi bildirilmişdir. 14.02.2020-ci il tarixində İddiaçı Zeyvə kənd sakini X17 ilə birlikdə bələdiyyə binasının qıfılını sındıraraq, bələdiyyə binasının qıfılını dəyişdirmişlər və bələdiyyə sədri kimi fəaliyyətə başlamışdır. O, bu barədə Şabran rayon Polis Şöbəsinə və Şabran rayon Prokurorluğuna müraciət etmişdir. 19.02.2020-ci il tarixində İddiaçı ona və bələdiyyənin digər üzvlərinə məlumat göndərərək, 28.02.2020-ci il tarixində bələdiyyə iclasının olmasını bildirmişdir. Xahiş edir, Şabran rayon Pirəbədil Bələdiyyəsinin balansında olan köhnə möhür və ştampın ləğv edilməsi və Şabran rayonu Pirəbədil Bələdiyyəsinin balansında olan köhnə möhür və ştampın cavabdeh X5 qanunsuz sahibliyindən alınıb Şabran rayonu Pirəbədil Bələdiyyəsinə təhvil verilməsi barədə qətnamə çıxarılsın. İddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili X15 məhkəmə iclasında Cavabdeh2lə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi, İddiaçı Cavabdeh2 qarşı 18.01.2020-ci il tarixli, 01 saylı iclas protokolunun etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası və Şabran rayonu Pirəbədil Bələdiyyəsinə və Cavabdeh2 qarşı 12 avqust 2020-ci il tarixli iclas protokolunun və onun əsasında alınmış yeni möhür və ştempelin etibarsız hesab edilməsi tələbinin əsassız olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı X9 məhkəmə iclasında qarşılıqlı iddiasını və iddiasını müdafiə edərək, Cavabdeh2 iddiasını qəbul etməyərək bildirdi ki, 23 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasında keçirilmiş bələdiyyə seçkilərində iştirak etmiş, o və ondan başqa 8 nəfər Şabran rayon Pirəbədil Bələdiyyəsinə üzv seçilmişdir. Şabran rayon Pirəbədil bələdiyyəsinə üzv seçilmiş 9 bələdiyyə üzvündən 7-nin iştirakı ilə 18 yanvar 2020-ci il tarixdə bələdiyyənin ilk iclası keçirilmiş, iclasda bələdiyyə üzvlərinin tanınması, bələdiyyə sədrinin seçilməsi, bələdiyyə sədrinin müavininin seçilməsi və bələdiyyə əmlakının və sənədlərinin yeni seçilmiş bələdiyyəyə təhvil verilməsi üçün komissiyanın yaradılması məsələləri müzakirə olmuş və o, Pirəbədil Bələdiyyəsinin sədri seçilmişdir. Həmin iclasda Cavabdeh2 iştirak etmiş, təkcə A Şeydayev onun sədr seçilməyinin əleyhinə səs vermiş, lakin o, özünün bələdiyyə sədri seçilməsində iddialı olmamış və iclasın sonunda digər iştirakçılarla birlikdə iclas protokoluna imza etmişdir. Bundan sonra Şabran rayonu Pirəbədil Bələdiyyəsinin 18.01.2020-ci il tarixli iclasın qərarı ilə onun sədr seçilməyi barədə məlumatlar qanunvericiliyin tələblərinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsinə göndərilmişdir. 18 yanvar 2020-ci il tarixdə axşam saatlarında onu Şabran rayon icra hakimiyyətinə dəvət edərək, ona bildirmişdilər ki, rayonun İcra başçısının bələdiyyə sədrliyinə öz namizədi var, tələb edir ki, o, sədrlikdən imtina edərək istefa versin. O, təbii ki, bununla razılaşmamış və bildirmişdir ki, bələdiyyə seçkili orqandır, icra hakimiyyətinin buna qarışacağı olmamalıdır. Bundan sonra bələdiyyə üzvlərinə təsir göstərilməklə onları öz tərəflərinə cəlb etmişlər. Hərçənd icra başçısının təsir göstərməsini, eləcə də, ƏN-nin Xaçmaz Regional İdarəsinə təsir göstərilməsini təsdiq edən sübutu olmasa da, dediklərinin hamısı reallıqdır. Bundan bir neçə gün sonra ona məlum olmuşdur ki, Şabran rayon Pirəbədil bələdiyyəsinin üzvlərinin adından 01 nömrəli 18.01.2020-ci il tarixli protokol tərtib olunub və Cavabdeh2 bələdiyyə sədri seçilməsi barədə qərar qəbul olunub. Onun bələdiyyə sədri seçilməyi ilə bağlı iclas keçirilmiş, orada onunla yanaşı 6 bələdiyyə üzvü, o cümlədən Cavabdeh2 iştirak edərək digər iclas iştırakçılari ilə birlikdə iclas protokoluna imza etmişdir. 18 yanvar 2020-ci il tarixdə və ondan sonrakı günlərdə Pirəbədil Bələdiyyəsinin inzibati binasında üzvlərin iştirakı ilə iclas keçirilməmiş, ümumiyyətlə onun belə bir iclasdan məlumatı olmamışdır. Lakin, buna baxmayaraq, Cavabdeh2 özünün bələdiyyə sədri seçilməsi barədə iclas protokolu tərtib edərək özünü bələdiyyə sədri kimi təqdim etmiş, hətta möhürün, künc ştampının və digər sənədlərin verilməməsi ilə bağlı Şabran rayon Polis Şöbəsinə müraciət etmişdir. Eyni zamanda tərəfindən Cavabdeh2 və digər şəxslər tərəfindən bələdiyyənin inzibati binasının qapısının sındırılaraq ora daxil olması və onun inzibati binaya girməsinə maneə yaradılması ilə bağlı Şabran rayon Polis Şöbəsinə müraciət olunmuşdur. Şabran rayon X19 Qrupunun təhqiqatçısı Pərviz Babayevin 06.02.2020-ci il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» qərarına əsasən hər iki ərizə əsasında toplanılmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, ərizədə göstərilənlərin araşdırılmasının məhkəmənin səlahiyyətində olduğu və məhkəməyə müraciət etmə hüquqlarının olması izah olunmuşdur. Bundan sonra Cavabdeh2 ona qarşı iddia ərizəsi ilə Şabran rayon Məhkəməsinə müraciət edərək Şabran rayonu, Pirəbədil Bələdiyyəsinin əmlakının, sənədlərinin, xəritələrinin, möhürünün və ştampının onun qanunsuz sahibliyindən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş yubanır deyə Cavabdeh2 böyük qanunsuzluqlar etmiş, guya özlüyündə dövləti, məhkəmə sistemini aldadaraq 12 avqust 2020-ci il tarixli, 03 saylı protokol tərtib etmişdir. Həmin protokola əsasən Cavabdeh2 guya yenidən sədr seçilmişdir. Sual olunur. Cavabdeh2 12 avqust 2020-ci il tarixdə sədr seçilmişdirsə, onda məhkəməyə və digər orqanlara təqdim etdiyi 18 yanvar 2020-cu il tarixli iclas protokolu nə idi bəs? Hansı ki, o, həmin protokolu məhkəmə qaydasında mübahisələndirmişdir və Cavabdeh2 məhkəmədə bildirmişdir ki, 18 yanvar 2020-ci il tarixdə qanuni sədr seçilmişdir. Və yaxud da Atabala 18 yanvar 2020-ci il tarixdə sədr seçilmişdisə bəs 12 avqustda yenidən nəyə görə sədr seçilirdi? Deməli, Cavabdeh2 artıq 12 avqust 2020-ci il tarixli protokolu üzə çıxarmaqla 18 yanvar 2020-ci il tarixli iclas protokolunu şübhə altına alır. Bu onu deməyə əsas verir ki, Atabala icra başçısının qanunsuz göstərişlərinə əsasən istədiyi vaxt iclas protokolu tərtib edə bilir, üzvləri qorxudaraq onlara imza etdirir və s. Göstərdiyi əsaslara görə Cavabdeh2 tərəfindən Şabran rayon Pirəbədil Bələdiyyəsinin adından hazırlanmış 12.08.2020-ci tarixli, 03 saylı protokol etibarsız hesab edilməlidir. Belə ki, yuxarıda qeyd etdiyi kimi onun və Cavabdeh2 Pirəbədil Bələdiyyəsinin sədri seçilməsi ilə bağlı eyni tarixli və eyni nömrəli protokol mövcud olmuş və hər iki protokol məhkəmədə mübahisələndirilmiş və məhkəmə tərəfindən həmin protokollara hüquqi qiymət verilməmişdir. Digər tərəfdən bələdiyyə üzvləri tərəfindən yeni sədrin seçilməsi ilə bağlı iclasın keçirilməsi barədə ona və digər bələdiyyə üzvlərinə heç bir məlumat verilməmiş, 12 avqust 2020-ci il tarixdə bütün gün bələdiyyənin inzibati binasında olmuş, lakin heç bir bələdiyyə üzvü ora gəlməmiş, onların harada və necə iclas keçirilməsi məlum deyildir. Xahiş edir, Cavabdeh2 qarşı 18.01.2020ci il tarixli, 01 saylı iclas protokolunun və Şabran rayonu Pirəbədil Bələdiyyəsinə və Cavabdeh2 qarşı 12 avqust 2020-ci il tarixli iclas protokolunun və onun əsasında alınmış yeni möhür və ştempelin etibarsız hesab edilməsi və A.Şeydyevin ona qarşı Şabran rayon Pirəbədil Bələdiyyəsinin balansında olan köhnə möhür və ştampın ləğv edilməsi və Şabran rayonu Pirəbədil Bələdiyyəsinin balansında olan köhnə möhür və ştampın cavabdeh X5 qanunsuz sahibliyindən alınıb Şabran rayonu Pirəbədil Bələdiyyəsinə təhvil verilməsi barədə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilsin. İddiaçı X5 nümayəndəsi və vəkili X16 məhkəmə iclasında İddiaçılə eyni məzmunlu izahat verərək, Cavabdeh2 “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etmədən bələdiyyə sədri seçilməsini qanunsuz hesab edərək, ilkin iddianın rədd edilməsi və X3 Cavabdeh2 qarşı 18.01.2020-ci il tarixli, 01 saylı iclas protokolunun etibarsız hesab edilməsi barədə qarşılıqlı iddianın və Şabran rayonu Pirəbədil Bələdiyyəsinə və Cavabdeh2 qarşı 12 avqust 2020-ci il tarixli iclas protokolunun və onun əsasında alınmış yeni möhür və ştempelin etibarsız hesab edilməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, Cavabdeh2 cavabdeh X7 qarşı ilk iddiası təmin edilməli, X3 Cavabdeh2 qarşı qarşılıqlı iddiası və Şabran rayonu Pirəbədil Bələdiyyəsinə və Cavabdeh2 qarşı iddiası əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş Şabran rayon Pirəbədil Bələdiyyəsinin 18.01.2020- ci il tarixli 01 saylı protokolundan görünür ki, 18.01.2020-ci il tarixində Şabran rayonu Pirəbədil Bələdiyyəsinin seçilmiş 9 bələdiyyə üzvünün 7-nin iştirakı ilə keçirilən iclas zamanı Cavabdeh2 Şabran rayon Pirəbədil Bələdiyyəsinin sədri seçilmişdir. Həmin protokolu imzalarla təsdiq etmişlər. İşə əlavə edilmiş AR Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsi tərəfindən Abşeron rayon vəkil Bürosunun vəkili Coşqun İsgəndərova ünvanlanmış 06 fevral 2020-ci il tarixli 08/12 saylı məktubdan görünür ki, Şabran rayon Pirəbədil bələdiyyəsinin 18.01.2020-ci il tarixli iclas qərarı ilə X1 bələdiyyəsinin sədri vəzifəsinə seçilərək bələdiyyə üzvlərinin imzaları ilə təsdiqlənmişdir. İşə əlavə edilmiş Şabran rayonu X10 Atabala Bəhrayıl oğluna ünvanladığı 19 fevral 2020-ci il tarixli 18 saylı məktubdan görünür ki, Şabran rayonu Pirəbədil Bələdiyyəsinin üzvlərinin növbəti 02 saylı iclası 28 fevral 2020-ci il saat 14-00-a təyin edilmişdir. Gündəlik duran məsələlərin müzakirəsi və müvafiq qərarların qəbul edilməsi üçün iclasda iştirakınız zəruridir. İşə əlavə edilmiş 54 saylı Şabran - X20 Dairə Seçki Komissiyası tərəfindən verilmiş 25 fevral 2020-ci il tarixli 57 saylı məktubdan görünür ki, 18 yanvar 2020-ci il tarixdə ilk olaraq 54 saylı Şabran-Siyəzən seçki dairəsi dairə seçki komissiyasına təqdim olunmuş 1 nömrəli protokola əsasən Cavabdeh2 Şabran rayon Pirəbədil bələdiyyəsinin sədri seçilmişdir. İşə əlavə edilmiş Şabran RPŞ-nin TQ-nun təhqiqatçısı Pərviz Babayev cinayət təqibinin başlanmasnın rədd edilməsi haqqında 06 fevral 2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh2 və X5 ərizələri ilə əlaqədar toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. İşə əlavə edilmiş 05 fevral 2020-ci il tarixli aktdan görünür ki, 05.02.2020-ci il tarixdə bələdiyyənin binasına daxl olmuşlar və içəridə olan ləvazimatlar: Noutbook HP ProBook 45305 və çantası, Printer Canon MF 4410, mobem TP-Link, stol və 4 stul, əmlak kitabı, torpaq vergiləri kitabı, icarələr kitabı, xəritələr, nümayəndəlik üçün daxil olan sənədlər qovluğu, 2019-cu il, fərdi mənzil satışı qovluğu 2019-cu il, 2019 göndərilən sənədlər qovluğu, 1 ədəd taxta şkaf (yararsız), 1 ədəd seyf (yararsız), dəmir soba (odun peçi) halhazırki bələdiyyə sədri Cavabdeh2 təhvil verilmişdir. Aktın doğruluğunu C.Məmmədov, Cavabdeh2, M.Adgözəlov, Şahid1, S.Beybalayev, K.Süleymanov və V.Əhmədov öz imzaları ilə təsdiq etmişlər. İşə əlavə edilmiş 14 fevral 2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh2 bələdiyyə sədri olduğu halda 14.02.2020-ci ildə 13:05 radələrində keçmiş bələdiyyə sədri Nuriyev Camaləddin bələdiyyə binasının qıfılını Zeyvəli qohumu X17 ilə sındıraraq içəri daxil olmuşlar və sonrada özləri ilə gətirdikləri başqa qıfılla qıfıllayıb getmişlər. Aktın doğruluğunu Cavabdeh2, Q.Muradov, K.Qurbanov, Ç.Cəbiyev, E.Şeydayev öz imzaları ilə təsdiq etmişlər. İşə əlavə edilmiş 18 yanvar 2020-ci il tarixli aktdan görünür ki, 18 yanvar 2020-ci ildə Pirəbədil bələdiyyəsində keçirilmiş sədr seçkisi zamanı kobud qanun pozuntusu baş vermişdir. Belə ki, keçmiş bələdiyyə sədri Camaləddin Nuriyev bələdiyyə üzvlərinin xoş niyyətindən istifadə edərək boş protokola imza etdirmiş, bələdiyyə sədr seçki iclasına müdaxilə etməkçün otağa kənar şəxs saldırmış, yolda olan digər iki dələdiyyə üzvünü gözləmədən iclaş başlatmışdır. Məlum olmuşdur ki, əvvəlcədən imzalanmış protokola iclsın qərarını deyil öz istəyinə uyğun yazdırmışdır. Bu səbəbdən həmin protokolları etibarsız hesab edərək yenidən iclas keçirtib yeni bələdiyyə sədri seçərək, yeni protokollar tərtib etmişlər. Aktın doğruluğunu Cavabdeh2, Şahid1, Şahid3, Şahid4, A.Orucova, P.Hüseynova, A.Axundova öz imzaları ilə təsdiq etmişlər. İşə əlavə edilmiş Şabran rayon Pirəbədil Bələdiyyəsinin üzvləri tərəfindən tərtib edilmiş 12 avqust 2020-ci il tarixli aktdan görünür ki, 12.08.2020-ci il tarixində Şabran rayon Pirəbədil Bələdiyyəsinin bələdiyyə üzvləri Cavabdeh2, Şahid1, Şahid3, P.Mirzəyevanın, A.Axundovanın və Şahid4 iştirakı ilə keçirilmiş, iclasın protokolunun möhürlənməsi üçün bələdiyyənin üzvü İddiaçı müraciət olunmuş, lakin o möhürün itirildiyini bildirmişdir. Yeni möhür alınması ilə əlaqədar X24 İdarəsinə müraciət olunması zərurəti yaranmışdır. Aktın doğruluğunu Cavabdeh2, Şahid1, Şahid3, P.Mirzəyeva, A.Axundova və Şahid4 öz imzaları ilə təsdiq etmişlər. İşə əlavə edilmiş Şabran rayon Pirəbədil Bələdiyyəsinin 12 avqust 2020-ci il tarixli 03 saylı iclas protokolundan görünür ki, 10.04.1967-ci il təvəllüdlü, ali təhsilli Cavabdeh2 Şabran rayon Pirəbədil bələdiyyəsinin sədri seçilmişdir. Həmin protokolu Cavabdeh2, Şahid1, Şahid3, P.Mirzəyeva, A.Axundova və Şahid4 öz imzaları ilə təsdiq etmişlər. İşə əlavə edilmiş Şabran rayon Pirəbədil Bələdiyyəsi tərəfindən X7 ünvanlanmış 26 avqust 2020-ci il tarixli 03 saylı məktubdan görünür ki, Şabran rayonu Pirəbədil Bələdiyyəsinin 12 avqust 2020-ci il 03 saylı icras protokoluna əsasən 6 nəfərdən ibarət (üzürsüz səbəbdən 3 nəfər iştirak etməmişdir) Bələdiyyə üzvlərinin iştirakı ilə iclas keçirilmişdir. İşə əlavə edilmiş AR Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsi tərəfindən Şabran rayon Pirəbədil Bələdiyyəsinə ünvanlanmış 27 avqust 2020-ci il tarixli 08/40 saylı məktubdan görünür ki, Şabran rayon Pirəbədil bələdiyyəsinin 12.08.2020-ci il tarixli 03 saylı iclasında X5 bələdiyyə sədri vəzifəsindən azad edilməsi və Cavabdeh2 Pirəbədil Bələdiyyəsinin sədri seçilməsi barədə qərar qəbul edilmişdir. Şabran rayon Pirəbədil Bələdiyyəsinin 6 nəfər bələdiyyə üzvünün iştirakı ilə tərtib edilmiş 12.08.2020-ci il tarixli 03 saylı iclas protokolu bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilmişdir. İşə əlavə edilmiş AR Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsi tərəfindən Şabran rayon Pirəbədil Bələdiyyəsinə ünvanlanmış 18 avqust 2020-ci il tarixli 05/Ş138in saylı məktubdan görünür ki, Pirəbədil Bələdiyyəsinin 12.08.2020-ci il tarixli 03 saylı iclasının qərarlarına inzibati nəzarət icraatı qaydasında baxılarkən bələdiyyə üzvlərinin yarıdan çox hissəsi tərəfindən X5 bələdiyyə sədri vəzifəsindən azad edilməsi barədə, yeni bələdiyyə sədrinin X2 barədə və bələdiyyə əmlakının və sənədlərinin yeni seçilmiş bələdiyyə sədrinə təhvil-təslim edilməsi üçün komissiyanın yaradılması barədə qərarlar qəbul edildiyi müəyyən edilmiş, lakin bələdiyyənin qeyd olunan protokolu Pirəbədil Bələdiyyəsinin möhürü ilə təsdiq edilməmişdir. İşə əlavə edilmiş Şabran rayonu Pirəbədil Bələdiyyəsinin 21 avqust 2020-ci il tarixli 04 saylı iclas protokolundan görünür ki, Xaçmaz Regional Ədliyyə İdarəsinin 18 avqust 2020-ci il tarixli 05/Ş138in saylı tövsiyyəsi nəzərə alınaraq qeyd olunan nöqsanların aradan qaldırılması, 12.08.2020-ci il tarixli iclas protokolunun iclasın sədri və katibi tərəfindən imzalanaraq möhürü ilə təsdiq edilməsi, həmin protokolun Xaçmaz Regional Ədliyyə İdarəsinə göndərilməsi və Şahid1 ictimai əsaslarla Şabran rayonunun Pirəbədil bələdiyyəsinin sədr müavini seçilməsi qərara alınmışdır. Həmin protokolu Cavabdeh2, Şahid1, Şahid3, P.Mirzəyeva, A.Axundova, Şahid4 öz imzaları ilə təsdiq etmişlər. İşə əlavə edilmiş 24 avqust 2020-ci il tarixli aktdan görünür ki, Pirəbədil bələdiyyəsinin Cavabdeh2 rayon İH-nə və rayon PŞ-nə ünvanladığı eyni məzmunlu məktublarda sədr seçkisindən sonra bələdiyyəyə məxsus binanı və binada olan ləvazimatları təhvil ala bilmədiyini, binanın keçmiş bələdiyyə sədri tərəfindən qıfıllandığını bildirmişdir. Cavabdeh2 bələdiyyə binasının, binada olan ləvazimat və sənədlərin təhvil alınma prosesində rayon İH-i və rayon PŞ-nin nümayəndələrinin iştirakının təmin edilməsini xahiş etmişdir. Bu xahiş əsasında onların iştirakı ilə bələdiyyənin sədri və təhsil-təslim komissiyası üzvü tərəfindən keçmiş bələdiyyə sədri Camaləddin Nuriyevlə telefon əlaqəsi saxlanılmış, sözügedən məsələ ona izah olunsa da, o, gəlməkdən qəti şəkildə imtina edərək qapının qıfılının açılmasından və bələdiyyəyə məxsus əmlak və sənədlərin təhvil-təslimindən imtina etmişdir. Bu səbəbdən onların şahidliyi ilə blədiyyə sədri və bələdiyyə üzvü Ülvü Orucov tərəfindən qapının qıfılı sındırılmış, içəridə olan avadanlıqlar və sənədlərin təhvil-təsliminə başlanılmışdır. Bələdiyyə məxsus otaqlarda 10 köhnə stul, 2 köhnə ön masası, 2 seyf, 1 köhnə kitab şkafı, 1 printer, 2 otun sobası, 1 modem, aşkarlanaraq qeydə alınmışdır. Seyfləri açmaq mümkün olmadığından daxillərində nə olduğu müəyyən edilməmişdir. Binada bələdiyyəyə məxsus önəmli sənəd aşkar edilməmişdir. Aktın doğruluğunu R.Ağayev, D.Məmmədov, V.Əhmədov, R.Ələkbərov, K.Süleymanov, Cavabdeh2, Şahid3 öz imzaları ilə təsdiq etmişlər. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 1-ci bəndinə əsasən Bələdiyyələr Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə, bu Qanuna və özlərinin nizamnamələrinə əsasən təşkil edilən, bələdiyyə üzvlərindən ibarət olan seçkili yerli özünüidarə orqanlarıdır. Bələdiyyələrin nizamnamələrinə uyğun olaraq bələdiyyə orqanları yaradılır və onlara yerli özünüidarə məsələlərini həll etmək üçün səlahiyyət verilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 15- cü maddəsinin 1-ci bəndinə əsasən, Bələdiyyə üzvü - bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxsdir. Bələdiyyənin iclaslarında bələdiyyə üzvünün müzakirə olunan məsələlər barəsində çıxış etmək, təkliflər və düzəlişlər vermək, qeydlər etmək, çıxış edənlərə və ya təyin edilməsinə razılıq verilən vəzifələrə göstərilmiş namizədlərə sual vermək, arayış vermək, səsvennədə iştirak etmək hüququ vardır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinə əsasən, Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 2-ci bəndinə əsasən, Bələdiyyələrin iclasları bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıla bilər. Bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılan iclasın gündəliyinin layihəsi onun çağırılması təşəbbüsünü irəli sürənlər tərəfindən təsdiq edilmək üçün bələdiyyə iclasının müzakirəsinə çıxarılır. Bələdiyyə sədri və ya sədr olmadıqda onun səlahiyyətlərini həyata keçirən müavini iclası çağırmadıqda və ya onun keçirilməsinə mane olduqda, iclasın çağırılması təşəbbüsünü irəli sürən bələdiyyyə üzvləri bu maddənin 1-ci hissəsinə uyğun olaraq iclasda bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdiyi halda özləri iclas keçirə bilərlər. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 3-cü bəndinə əsasən, bələdiyyənin iclaslarında bələdiyyə üzvlərinin və digər iştirakçıların məsuliyyəti bələdiyyənin nizamnaməsi və reqlamenti ilə tənzimlənir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 145- ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 5-ci bəndinə əsasən, Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Beləliklə, işin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 23.12.2019-cu il tarixində Azərbaycan Respublikasında təyin olunmuş bələdiyyə seçkilərində, Cavabdeh2 Şabran rayonu Pirəbədil Bələdiyyəsinə üzv seçilmişdir. 18.01.2020-ci il tarixdə Şabran rayonu Pirəbədil Bələdiyyəsinin seçilmiş 9 nəfər bələdiyyə üzvünün 7 nəfərinin iştirakı ilə keçirilən iclas zamanı gündəlik məsələlərdən biri də bələdiyyə sədrinin seçilməsi məsələsi müzakirə olunmuşdur. İştirak edən 7 nəfər bələdiyyə üzvünün səsverməsi əsasında Cavabdeh2 Şabran rayon Pirəbədil Bələdiyyəsinin sədri seçilmişdir. Seçkinin nəticəsi olaraq, 18.01.2020-ci il tarixli 01 saylı protokol tərtib edilmiş və 54 saylı Şabran-Siyəzən seçki dairəsinə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası 54 saylı Şabran-X20 Dairə seçki Komissiyasının sədri Saleh Təhməzov tərəfindən imzalanmış 25.02.2020-ci il tarixli, 57 nömrəli məktubundan müəyyən edilir ki, 18 yanvar 2020-ci il tarixdə ilk olaraq 54 saylı Şabran-Siyəzən seçki dairəsi Dairə Seçki Komissiyasına təqdim olunmuş 1 nömrəli protokola əsasən Cavabdeh2 Şabran rayon Pirəbədil bələdiyyəsinin sədri seçilmişdir”. Həmçinin, 18.01.2020-ci il tarixdə Cavabdeh2 Şabran rayonu Pirəbədil Bələdiyyəsinin sədri seçildikdən sonra keçmiş bələdiyyə sədri X7 bələdiyyənin balansında olan əmlakı, sənədləri, xəritələri, möhürü və ştampı təhvil verməsini təklif etmişdir. Lakin, keçmiş sədr bələdiyyənin balansında olan əmlakı, sənədləri, xəritələri, möhürü və ştampı Cavabdeh2 təhvil verməkdən imtina etmişdir. 27.01.2020-ci il tarixində İddiaçı bələdiyyənin balansında olan əmlakı, sənədləri, xəritələri, möhürü və ştampı Cavabdeh2 təhvil vermədiyinə görə, Şabran rayon Polis Şöbəsinə müraciət etmişdir. Polis Şöbəsində araşdırma gedən zaman, 05.02.2020-ci il tarixində bələdiyyənin balansında olan bir-neçə əmlakı birtərəfli qaydada komissiyanın iştirakı ilə təhvil almışdır. 06.02.2020-ci il tarixində Cavabdeh2 polis şöbəsinə müraciətinin nəticəsi olaraq, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarda müraciəti mülki xarakterli olduğu qeyd edilərək məhkəməyə müraciət etməyi bildirilmişdir. İddiaçı özünü bələdiyyə sədri kimi hesab etsə də, heç bir iş görməmiş, bələdiyyənin iş fəaliyyəti dayanmışdır. Bundan sonra 6 nəfər bələdiyyə üzvləri yığışıb 12 avqust 2020-ci il tarixdə iclas keçirmişlər. İclasda İddiaçı bələdiyyə sədri vəzifəsindən azad edilməsi, Cavabdeh2 isə bələdiyyə sədri seçilməsi qərara alınmışdır. İclasdan sonra bələdiyyənin yeni möhür və ştampı alınmışdır. Bələdiyyənin iclasları “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçirilmiş və Cavabdeh2 qanuni yolla bələdiyyə sədri seçilmişdir. İclas protokollarının etibarsızlığına əsas yoxdur. İddiaçı bələdiyyənin balansında olan köhnə ştampı və möhürü qanunsuz olaraq özündə saxlamışdır. Azərbaycan Respublikası MM-nin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 154.3-cü maddəsinə əsasən kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri onların təsisçilərinin (iştirakçılarının, üzvlərinin) maya və ya haqq kimi onlara verdikləri əmlakın, habelə həmin hüquqi şəxslərin başqa əsaslar üzrə əldə etdikləri əmlakın mülkiyyətçiləridir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən təqdim edilmiş sübutlar araşdırılmış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmış və qiymətləndirilmişdir. Ona görə də, məhkəmə tədqiq olunan sübutlara əsaslanaraq hesab edir ki, Cavabdeh2 X7 qarşı Şabran rayon Pirəbədil Bələdiyyəsinin balansında olan köhnə möhür və ştampın ləğv edilməsi və Şabran rayonu Pirəbədil Bələdiyyəsinin balansında olan köhnə möhür və ştampın cavabdeh X5 qanunsuz sahibliyindən alınıb Şabran rayonu Pirəbədil Bələdiyyəsinə təhvil verilməklə iddiası təmin edilməli, X3 Cavabdeh2 qarşı 18.01.2020-ci il tarixli, 01 saylı iclas protokolunun etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası və Şabran rayonu Pirəbədil Bələdiyyəsinə və Cavabdeh2 qarşı 12 avqust 2020-ci il tarixli iclas protokolunun və onun əsasında alınmış yeni möhür və ştempelin etibarsız hesab edilməsi tələbi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İlk iddia təmin edilsin. Şabran rayon Pirəbədil Bələdiyyəsinin balansında olan köhnə möhür və ştamp ləğv edilsin və Şabran rayonu Pirəbədil Bələdiyyəsinin balansında olan köhnə möhür və ştampın cavabdeh X5 qanunsuz sahibliyindən alınıb Şabran rayonu Pirəbədil Bələdiyyəsinə təhvil verilsin. X3 Cavabdeh2 qarşı 18.01.2020-ci il tarixli, 01 saylı iclas protokolunun etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası və Şabran rayonu Pirəbədil Bələdiyyəsinə və Cavabdeh2 qarşı 12 avqust 2020-ci il tarixli iclas protokolunun və onun əsasında alınmış yeni möhür və ştempelin etibarsız hesab edilməsi tələbi barədə iddiası əsassız olduğundan təmin edilməsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-178/2021
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-178/2021
05.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver