Məhkəmə qərarları › İş №2(031)-32/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-32/2025

27.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-32/2025 27.01.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “payların naturada ayrılması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “payların naturada ayrılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan 0.2561 ha torpaq sahəsində, xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan 1.4163 ha torpaq sahəsində, xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan 0.908 ha torpaq sahəsində paylarının naturada (şimal hissələr cavabdehdə saxlanılmaqla yerdə qalan hissədən ayrılmaqla) müəyyən edilərək ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Şabran rayonu, Sincanboyab kəndində yerləşən ümumi sahəsi 0.2561 ha torpaq sahəsi üzərində ümumi paylı mülkiyyət hüququ Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ilə aşağıdakı qaydada qeydiyyata alınmışdır: 1. X5 1/3 hissə, 2. İddiaçı 2/3 hissə. Şabran rayonu, Sincanboyad kəndində yerləşən ümumi sahəsi 1.4163 ha torpaq sahəsi üzərində ümumi paylı mülkiyyət hüququ Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ilə aşağıdakı qaydada qeydiyyata alınmışdır: 1. X5 1/15 hissə, 2. İddiaçı 14/15 hissə. Şabran rayonu, Sincanboyad kəndində yerləşən ümumi sahəsi 0.908 ha torpaq sahəsi üzərində ümumi paylı mülkiyyət hüququ Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ilə aşağıdakı qaydada qeydiyyata alınmışdır: 1. X5 1/15 hissə, 2. İddiaçı 14/15 hissə. Qeyd edir ki, X5 mənim atamdır. X5 hal-hazırda vəfat etmişdir. X3 miras qalmış əmlaklar vərəsəlik qaydasında bölüşdürüləndən sonra qardaşı Cavabdeh çatası paylara tərəflərindən toxunulmamış və həmin paylar onun üçün saxlanılmışdır. Lakin, Cavabdeh miras əmlakları adına keçirərək vərəsəlik şəhadətnaməsi və mülkiyyət sənədi əldə etməmişdir. Hal-hazırda o, ümumi paylı mülkiyyətçi olaraq qeyd olunan torpaq sahələrindəki paylarının ayrılmasını tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İş materialına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********89, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışdan görünür ki, Şabran rayonu Sincanboyad kəndi ərazisində 0.2561 ha torpaq sahəsi İddiaçı 2/3 hissəsi və X4 1/3 hissəsi mülkiyyətinə verilmişdir. İş materialına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********90, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışdan görünür ki, Şabran rayonu Sincanboyad kəndi ərazisində 0.908 ha torpaq sahəsi İddiaçı 14/15 hissəsi və X4 1/15 hissəsi mülkiyyətinə verilmişdir. İş materialına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********88, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışdan görünür ki, Şabran rayonu Sincanboyad kəndi ərazisində 1.4163 ha torpaq sahəsi1.4163 ha torpaq sahəsi İddiaçı 14/15 hissəsi və X4 1/15 hissəsi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli 3-21-3- 34/2-13491/2024 saylı mütəxəssis rəyindən görünür ki, 1. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş, reyestr nömrəsi **********90, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarış üzrə 0.908 ha torpaq sahəsinin sərhədləri şərtidir Torpaq sahəsi şərq və qərb tərəflərdən qonşu pay torpaq sahələri ilə, digər tərəflərdən yollarla həmsərhəddir. 0.908 ha torpaq sahəsindən, İddiaçı 0.8475 ha payını qərb tərəfdən ayrılıb verilməsi mümkündür. 2. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş, reyestr nömrəsi **********89, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarış üzrə 0.2561 ha torpaq sahəsinin sərhədləri şərtidir. Torpaq sahəsi şimal və qərb tərəflərdən qonşu pay torpaq sahələri ilə, şərq tərəfdən boş sahə, cənub tərəfdən yolla həmsərhəddir. 0.2561 ha torpaq sahəsindən, İddiaçı 0. 23903 ha payını şərq tərəfdən ayrılıb verilməsi mümkündür. 3 Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş, reyestr nömrəsi **********88 qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30 05.2024-cü il olan çıxarış üzrə 1.4163 ha torpaq sahəsinin sərhədləri şərtidir. X1 X2 (TEKUİS)- də mülkiyyətçilərin **********88 saylı torpaq sahəsi 0.0473 ha azaldılaraq 1.369 ha kimi göstərilib. Torpaq sahəsi şimal-qərb və cənub-şərq tərəflərdən qonşu pay torpaq sahələri ilə, digər tərəflərdən yollarla həmsərhəddir. 1.369 ha torpaq sahəsindən, İddiaçı 1.27773 ha payını cənub-şərq tərəfdən ayrılıb verilməsi mümkündür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********89, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışdan görünür ki, Şabran rayonu Sincanboyad kəndi ərazisində 0.2561 ha torpaq sahəsi İddiaçı 2/3 hissəsi və X4 1/3 hissəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********90, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışdan görünür ki, Şabran rayonu Sincanboyad kəndi ərazisində 0.908 ha torpaq sahəsi İddiaçı 14/15 hissəsi və X4 1/15 hissəsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********88, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışdan görünür ki, Şabran rayonu Sincanboyad kəndi ərazisində 1.4163 ha torpaq sahəsi1.4163 ha torpaq sahəsi İddiaçı 14/15 hissəsi və X4 1/15 hissəsi mülkiyyətinə verilmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli 3-21-3-34/2- 13491/2024 saylı mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, 1. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş, reyestr nömrəsi **********90, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarış üzrə 0.908 ha torpaq sahəsinin sərhədləri şərtidir Torpaq sahəsi şərq və qərb tərəflərdən qonşu pay torpaq sahələri ilə, digər tərəflərdən yollarla həmsərhəddir. 0.908 ha torpaq sahəsindən, İddiaçı 0 8475 ha payını qərb tərəfdən ayrılıb verilməsi mümkündür. 2. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş, reyestr nömrəsi **********89, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarış üzrə 0.2561 ha torpaq sahəsinin sərhədləri şərtidir. Torpaq sahəsi şimal və qərb tərəflərdən qonşu pay torpaq sahələri ilə, şərq tərəfdən boş sahə, cənub tərəfdən yolla həmsərhəddir. 0.2561 ha torpaq sahəsindən, İddiaçı 0 23903 ha payını şərq tərəfdən ayrılıb verilməsi mümkündür. 3 Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş, reyestr nömrəsi **********88 qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30 05.2024-cü il olan çıxarış üzrə 1.4163 ha torpaq sahəsinin sərhədləri şərtidir. X1 X2 (TEKUİS)- də mülkiyyətçilərin **********88 saylı torpaq sahəsi 0.0473 ha azaldılaraq 1.369 ha kimi göstərilib. Torpaq sahəsi şimal-qərb və cənub-şərq tərəflərdən qonşu pay torpaq sahələri ilə, digər tərəflərdən yollarla həmsərhəddir. 1.369 ha torpaq sahəsindən, İddiaçı 1.27773 ha payını cənub-şərq tərəfdən ayrılıb verilməsi mümkündür. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin ediməli, xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan 0.2561 ha torpaq sahəsindən, İddiaçı 0. 23903 ha payını şərq tərəfdən, xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan 1.4163 ha torpaq sahəsindən, İddiaçı 1.27773 ha payını cənub-şərq tərəfdən, xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan 0.908 ha torpaq sahəsindən, İddiaçı 0,8475 ha payını qərb tərəfdən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli 3-21-3-34/2- 13491/2024 saylı mütəxəssis rəyinə uyğun şəkildə və ekspert rəyinə əlavə edilmiş eskiz cizgilərinə əsasən naturada ayrılıb verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan 0.2561 ha torpaq sahəsindən, İddiaçı 0. 23903 ha payını şərq tərəfdən, xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan 1.4163 ha torpaq sahəsindən, İddiaçı 1.27773 ha payını cənub-şərq tərəfdən, xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan 0.908 ha torpaq sahəsindən, İddiaçı 0,8475 ha payını qərb tərəfdən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli 3-21-3-34/2-13491/2024 saylı mütəxəssis rəyinə uyğun şəkildə və ekspert rəyinə əlavə edilmiş eskiz cizgilərinə əsasən naturada ayrılıb verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçıya ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar