Məhkəmə qərarları › İş №2(031)-336/2021

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-336/2021

09.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-336/2021 09.03.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi ilə, İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı və X1 və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin 12 saylı region üzrə Dövlət Əmək Müfəttişliyini üçüncü şəxslər qismində cəlb elədiyi “qətnamənin icrasına xitam verilməsi” tələbinə dair iddia ərizəsi baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı və X1 və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin 12 saylı region üzrə Dövlət Əmək Müfəttişliyini üçüncü şəxslər qismində cəlb elədiyi “qətnamənin icrasına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx xxxx 2021-ci il tarixdə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Şabran Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(031)-906/2017 saylı qətnaməsinin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının “İcra haqqında” 243-İİQ nömrəli, xx xxxxxx 2001-ci il tarixli Qanununun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Beləliklə məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı və X1 və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin 12 saylı region üzrə Dövlət Əmək Müfəttişliyini üçüncü şəxslər qismində cəlb elədiyi “qətnamənin icrasına xitam verilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 253, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı və X1 və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin 12 saylı region üzrə Dövlət Əmək Müfəttişliyini üçüncü şəxslər qismində cəlb elədiyi “qətnamənin icrasına xitam verilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə izah edilsin ki, iddia ərizəsində qeyd olunan məsələ ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Cavabdehnə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar