Məhkəmə qərarları › İş №2(031)-36/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-36/2025

11.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-36/2025 11.07.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı müavinətin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı müavinətin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-nin 11 saylı “Kəndtikinti” trestindən istehsalat qəzası nəticəsində onun sağlamlığının 60 faiz pozulması ilə əlaqədar müavinətin verilməsi və ödədiyi 110 manat mediasya xərci və dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 11 saylı “Kəndtikinti” trestində işlədiyi zaman istehsalat zədəsi almışdır. Tibbi-Sosial Ekspertin Komissiyasının müayinəsinə əsasən ona “sol əlin 4-5 barmaqlarının amputasiyası, 3-2 barmaqların əzilmiş yarası, sol əlin dərin yaraları” diaqnozu qoyulmuşdur. Əmək qabiliyyətinin 60 faiz itirilməsi müəyyən edilərək müddətsiz 3-cü dərəcəli əlil olduğu müəyyənləşdirilmişdir. Aldığı istehsalat qəzası ilə əlaqədar ona xx.xx.2022-ci il tarixədək müavinət ödənilmişdir. Onun ödənişinin kəsilməsilə əlaqədar Qusar 1 saylı Mediasiya təşkilatına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Qusar 1 saylı Mediasiya təşkilatına 60 manat dövlət rüsumu ödəniş etmiş və ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək Cavabdeh ASC-dən istehsalat qəzası nəticəsində onun sağlamlığının 60 faiz pozulması ilə əlaqədar aylıq ödəncin verilməsi və ödədiyi 110 manat mediasiya xərci və dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti məhkəmə iclasında iştirak etməmiş və ya nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsindən görünür ki, İddiaçı “sol əlin 4-5 barmaqlarının amputasiyası, 3-2 barmaqların əzilmiş yarası, sol əlin dərin yaraları” daqnozu qoyulmuş, əlillik səbəbi istehsalat zədəsi, əmək qabiliyyətinin itirilmə faizi isə 60 faiz həddində müəyyənləşdirilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilən xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iddia ərizəsini məhkəməyə təqdim edərkən cavabdehi düzgün qeyd etməmiş, cavabdehin əsl cavabdeh olan Cavabdeh ASC ilə əvəz olunmasını xahiş etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilən iddia ərizəsinə düzəliş barədə ərizədən görünür ki, Cavabdeh ASC-dən istehsalat qəzası nəticəsində onun sağlamlığının 60 faiz pozulması ilə əlaqədar aylıq ödəncin verilməsi və ödədiyi 110 manat mediasiya xərci və dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Qusar 1 saylı Mediasiya təşkilatı tərəfindən verilən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən Cavabdeh ASC-nin 11 saylı “Kəndtikinti” tresti sessiyada iştirak etməmiş və 50 manat ilkin mediasiya sessiyası haqqı və 10 manat kargüzarlıq xərci İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin 11 saylı “Kəndtikinti” trestinin xx.xx.2019-cu il tarixli İddiaçı ünvanlanan məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrinə və ya “DOST” mərkəzinə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli İddiaçı ünvanlanan müraciətin cavablandırılması haqqında məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdən ona özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə aylıq ödənc əvəzinə müavinət təyin edilmiş, ödəniş xx.xx.2022-ci il tarixədək davam etdirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Cavabdeh ASC-nin 11 saylı “Kəndtikinti” tresti xx.xx.2021-ci il tarixdən özəlləşdiyi üçün sözügedən müavinət ödənişinin bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək artıq ödəmə müəyyən edilmişdir. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3508/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh ASC-yə qarşı istehsalat qəzası nəticəsində sağlamlığının 60 faiz pozulması ilə əlaqədar müavinətin ödənilməsi və mediasiya xərcinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. İş materiallarında olan İddiaçı məxsus əmək kitabçasından görünür ki, xx.xx.1995-ci il tarixdə 11 saylı “Kəndtikinti” trestinə köçürülmüş və xx.xx.1996-cı il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan tikinti komplekslərində yaradılan səhmdar cəmiyyətlərinin tərkibinə daxil olan müəssisə və təşkilatların siyahısından görünür ki, 11 saylı “Kəndtikinti” tresti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin tərkibinə daxildir. İş materiallarında olan xx.xx.1991-ci il tarixli, 1 nömrəli aktdan görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə istehsalat zədəsi almışdır. Hadisənin səbəbi İddiaçı tutduğu vəzifəyə (peşəyə) əsasən əmək funksiyasına uyğun olmayan işə cəlb olunması olaraq qeyd edilmişdir. İş materiallarında olan “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları” qüvvəyə minənədək özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin siyahısından görünür ki, Cavabdeh müəssisəsi siyahıya daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən xx.xx.2019-cu il tarixli məktuba əsasən Cavabdeh ASC-nin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödəncin verilməsi üçün həmin vətəndaşların Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun aidiyyatı rayon şöbələrinə və ya “DOST” mərkəzinə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, o cümlədən Cavabdeh ASC barədə müvafiq məlumat və siyahılar komitənin xx.xx.2008-ci il tarixli, 05- 1/8896 nömrəli məktubu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuşdur. Cavabdeh ASC-nin səhmlərinin 47,18 faizi dövlətə məxsusdur. İş materiallarında olan Cavabdeh ASC-nin 11 saylı “Kəndtikinti” tresti tərəfindən İddiaçı ünvanlan xx.xx.2019-cu il tarixli məktuba əsasən ona 11 saylı “Kəndtikinti” tresti tərəfindən aldığı xəsarətə görə müavinəti almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun aidiyyatı rayon şöbələrinə və ya “DOST” mərkəzinə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin 11 saylı “Kəndtikinti” tresti tərəfindən Təngiz Nəzərova ünvanlanan məktuba əsasən əmək xəsarəti almış İddiaçı müavinətin ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə tərəflərindən müraciət edilmiş, müraciətlərinə cavab olaraq istehsalatda xəsarət almış işçilərin aylıq ödəncin verilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun aidiyyatı rayon şöbələrinə və ya “DOST” mərkəzinə müraciət etmələri bildirilmişdir. İş materiallarında olan Cavabdeh ASC tərəfindən verilən xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, cəmiyyətin struktur tərkibinə daxil olan 8 müəssisədən biri 11 saylı “Kəndtikinti” tresti olduğundan cəmiyyətə şamil olunan bütün qanunlar və imtiyazlar 11 saylı “Kəndtikinti” trestinə də şamil olunur. Cəmiyyət tərkibinə daxil olan 8 müəssisəsi ilə birlikdə hüquqi şəxs statusuna malikdir. İş materiallarında olan Cavabdeh ASC-nin 11 saylı “Kəndtikinti” tresti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 xidməti Bakı şəhər İdarəsinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, müəsisələri xx.xx.2019-cu il tarixdən hal hazıra kimi fəaliyyəti dayanmış və işləmir. İstehsalatda xəsarət almış fəhlələrə təyin olunmuş müavinətlərin ödənilməsi həmin tarixə qədər tam ödənilmişdir. Lakin 2019-cu ilin əvvəlindən maliyyə imkanları olmadıqından həmin şəxslərin ödənclərinə köməklik göstərilməsi üçün xx.xx.2019-cu ildə 15 nömrəli məktubla Cavabdeh ASC-ə müraciət edilmişdir. Cavabdeh ASC xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən, xx.xx.2019-cu il tarixli məktubla Azərbaycan Respublikası Əmlak Məsəslələri Dövlət Komitəsindən cavablandırılmışdır. Həmin tarixdən xəsarət almış işçilərin ödənci Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin 804 nömrəli xx.xx.2008-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarə etməyə verilən dövlət müəsissələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlıqı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzüvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq həmin tarixdən ödənclər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilməlidir. Lakin müəsissələri istehsalatda xəsartət almış işçilərinə xx.xx.2019-cu il tarixə qədər vəsait ödəmişdir. Ona görə də həmin işçilər 2023-cü ildə onlara müraciət edəndə hərəsinə ayrı ayrılıqda on il artıq ödəniş etdiyiklərini xatırlamışdırlar. Hal-hazırda müəsissələri fəaliyyətsiz olduğuna görə həmin işçilərə ödəniş edə bilmirlər. On il müddətində idarələri tərəfindən artıq ödənilən vəsaitin qaytarılmasına köməklik göstərmələrini xahiş etmişdirlər. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən arayışdan görünür ki, 11 saylı “Kəndtikinti” trestinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şabran filialında AZ151BAZ******************** nömrəli hsabı var və xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hesabının kredit dövriyyəsi 0,00 manat 0 qəpik, debit dövriyyəsi 0,15 manat 15 qəpik məbləğində olmuşdur. İş materiallarında olan Cavabdeh ASC tərəfindən verilən xx.xx.2022-ci il tarixli, A-22-08 əmrdən görünür ki, X1 11 saylı “Kəndtikinti” trestinin müdiri vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 11 saylı “Kəndtikinti” trestinin rəhbəri Qafar Qafarova ünvanlanan vergi ödəyicisinin dövriyyəsi haqqında məktuba əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində təqdim etdikləri vergi bəyannamələrinə əsasən malların təqdim edilməsindən, xidmətlərin göstərilməsindən (işlərin görülməsindən) əldə etdikləri ümumi gəlirin həcmi 0,00 manat olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına məxsus xx.xx.2024-cü il tarixli mülahizədən görünür ki, xx.xx.2019-cu il tarixdən İddiaçı özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmiş, ödənişi xx.xx.2022-ci il tarixədək davam etdirilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Cavabdeh ASC-nin 11 saylı “Kəndtikinti” tresti xx.xx.2021-ci il tarixdən özəlləşdirildiyi üçün sözügedən müavinətin ödənişinin bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, İddiaçı münasibətdə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ( Cavabdeh ASC-nin 11 saylı “Kəndtikinti” tresti xx.xx.2021-ci il tarixdən özəlləşdirildiyi üçün) artıq ödəmə müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prokurorluğunun Şabran Rayon Prokurorluğu tərəfindən Cavabdeh ASC-nin 11 saylı “Kəndtikinti” trestinin müdiri Qafar Qafarova ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə 11 saylı “Kəndtikinti” trestində işləyərkən xəsarət alması faktı ilə bağlı Şabran Rayon Prokurorluğunda araşdırılma apraılmasına dair hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli müraciətə baxılması barədə məktubdan görünür ki, 11 saylı “Kəndtikinti” tresti Cavabdeh Dövlət Şirkətinin tabeliyində olmuş və Cavabdeh ASC (VÖEN **********) Cavabdeh Dövlət Şirkətinin hüquqi varisidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Quba-Xaçmaz regional şöbəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli mktubdan görünür ki, Cavabdeh ASC-nin 11 saylı “Kəndtikinti” trestinin özəlləşdirilməsi xx.xx.2021-ci il tarixdə başa çatması səbəbindən ona ödəniş əvəzinə DSMF tərəfindən verilən aylıq müavinətin ödənişi dayandırılmış, Cavabdeh ASCnin təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubda 11 saylı “Kəndtikinti” trestinin Cavabdeh ASC-nin struktur tərkibində tam hüquqi şəxs kimi fəaliyyət göstərdiyi, trestin səlahiyyətlərinin və ya idarəetmənin heç kimə verilmədiyi, işçiləri və mülkiyyəti qarşısında hüquqi şəxs olaraq cavabdehlik daşıdığı qeyd edilmiş, istehsalat qəzası nəticəsində aldığınız xəsarətə görə aylıq ödənci Cavabdeh ASC-nin struktur tərkibinə daxil olan hüquqi şəxs 11 saylı “Kəndtikinti” tresti tərəfindən ona ödənilməlidir. İş materiallarında olan Cavabdeh ASC tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı Cavabdeh ASC-nin struktur tərkibində olan 11 saylı “Kəndtikinti” trestində işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərardan görünür ki, İddiaçı üçün əlilliyə görə yenidən hesablanmış əmək pensiyasının 268,61 manat xx.xx.2022-ci il tarixdən müddətsiz olaraq müəyyənləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli sosial müavinətin dayandırılması haqqında qərardan görünür ki, Cavabdeh ASC-nin xx.xx.2021-ci il tarixdə tam özəlləşməsi səbəbilə İddiaçı ödənilən müavinətin təyinatı dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən 013346 pensiyanın uçot vərəqindən görünür ki, İddiaçı əmək pensiyası əlilliyə görə müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 991811 müavinət işindən görünür ki, İddiaçı müavinət əlilliyə görə müəyyən edilmişdir. İş materiallarında olan Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin qərarından görünür ki, İddiaçı istehsalat xəsarəti səbəbindən sağlamlığı pozulmuş işçiyə 55 manat məbləğində aylıq ödənc əvəzinə aylıq müavinət təyin olunmuşdur. İş materiallarında olan Cavabdeh ASC-nin 11 saylı “Kəndtikinti” tresti tərəfindən verilən xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, əmək xəsarəti almış İddiaçı müavinət xx.xx.2019-cu ilə qədər ödənilmişdir. İş materiallarında olan özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi barədə müqavilə formasından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin 3 saylı regional ərazi filialı ilə İddiaçı arasında özəllişdirilməsi barədə qərar qəbul edilmiş və ya idarə etməyə verilmiş Cavabdeh ASC-nin 11 saylı “Kəndtikinti” trestinin istehsalat qəzası və ya peşə xəstəliyi ilə əlaqədar İddiaçı xx.xx.2023cü il tarixdən özəlləşdirilməsi başa çatan tarixədək (və ya idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minənədək) dövr üçün yaranmış aylıq ödənclər üzrə borclarının əvəzinə müavinət ödənilməsi barədə razılıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sosial Ödənişlər Altsisteminə dair çıxarışdan görünür ki, İddiaçı özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət, peşə əmək qabiliyyəti itirilmiş işçisinə təyin olunan müavinət xx.xx.2022-ci il tarixdə təyin edilmiş və xx.xx.2022-ci il tarixdə müavinət alan haqqında məlumatlar dəyişildiyinə görə dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının sosial müavinət təyinatı üzrə qərarından görünür ki, İddiaçı özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət aylıq 180 manat məbləğində xx.xx.2022-ci il tarixdən müddətsiz olaraq təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilən xx.xx.2024-cü il tarixli vətəndaşın əlillik vəziyyəti haqqında məktubdan görünür ki, İddiaçı əlillik vəziyyəti xx.xx.1994-cü il tarixdə qiymətləndirilmiş və istehsalat zədəsi səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 25-ci maddəsinin birinci hissəsinə əsasən, hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Sübutların əsas xüsusiyyətlərindən biri onların mötəbərliyi olmaqla, həmin Məcəllənin 389-cu maddəsinə əsasən qeyri-mötəbər sübutlara istinad edilməsi məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut olunmaması kimi qiymətləndirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yalnız 3 şərtin (ziyanın həqiqətən vurulduğu aşkar olduqda; təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda) eyni zamanda hər üçü olduqda yaranır. Həmin Məcəllənin 239-cu maddəsinin 1-ci bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Həmin Məcəllənin 239-cu maddəsinin 2-ci bəndinə əsasən 2, işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Həmin Məcəllənin 239-cu maddəsinin 3-cü bəndinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Həmin Məcəllənin 239-cu maddəsinin 4-cü bəndinə əsasən istehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Həmin Məcəllənin 239-cu maddəsinin 5-ci bəndinə əsasən bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 saylı Qərarının İ bölməsinin 1.1-ci bənd, 2-ci hissəsinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Həmin Qaydaların İ bölməsinin 1.2-ci bəndinə əsasən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Həmin Qaydaların İİ bölməsinin 2.1-ci bənd, 2-ci hissəsinə əsasən həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Göründüyü kimi Cavabdeh ASC tərəfindən tərkibinə daxil olan 8 müəssisəsi ilə birlikdə hüquqi şəxs statusuna malikdir və bu müəssisələrdən biri də 11 saylı “Kəndtikinti” trestidir. Bu səbəbdən 11 saylı “Kəndtikinti” tresti Cavabdeh ASC-nin tərkininə daxil olduğundan Cavabdeh ASC-nin etibarnaməsi olmadan məhkəmədə həmin müəssisənin adından məhkəmədə çıxış edə bilməz. İş materiallarından görünür ki, İddiaçı “sol əlin 4-5 barmaqlarının amputasiyası, 3-2 barmaqların əzilmiş yarası, sol əlin dərin yaraları” daqnozu qoyulmuş, əlillik səbəbi istehsalat zədəsi, əmək qabiliyyətinin itirilmə faizi isə 60 faiz həddində müəyyənləşdirilmişdir. İddiaçı əlillik vəziyyəti isə xx.xx.1994-cü il tarixdə qiymətləndirilmiş və istehsalat zədəsi səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Bundan əlavə İddiaçı özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət aylıq xx.xx.2022-ci il tarixdən müddətsiz olaraq təyin edilmişdir. Məhkəmə qeyd edir ki, təqdim edilən 18 aprel 1991-ci il tarixli, 1 nömrəli aktdan aydın olur ki, 17 aprel 1991-ci il tarixdə işçinin təyinatı üzrə istifadə edilməməsi səbəbindən İddiaçı istehsalatda xəsarət alması faktı müəyyən edilmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubundan göründüyü kimi ona istehsalatda xəsarət alması səbəbindən, müddətsiz əlillik dərəcəsi verilmişdir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ASC-dən istehsalat qəzası nəticəsində sağlamlığının 60 faiz pozulması ilə əlaqədar aylıq ödənc və ödənilən 110 manat mediasya xərci və dövlət rüsumu tutularaq İddiaçı verilməli, aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC-dən istehsalat qəzası nəticəsində sağlamlığının 60 faiz pozulması ilə əlaqədar aylıq ödənc və ödənilən 110 manat mediasya xərci və dövlət rüsumu tutularaq İddiaçı verilsin. Aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar