Məhkəmə qərarları › İş №2(031)-440/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-440/2021

21.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-440/2021 21.05.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı1 və İddiaçı2 CAVABDEH: Cavabdeh qarşı ÜÇÜNCÜ ŞƏXSLƏR: X7 və X6 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsindən payın ayrılması barədə mülki işə 21 may 2021-ci il tarixdə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-415A KOD 30404018 saylı və JN-415 B KOD 30404018 saylı Şəhadətnamələri ilə onların mülkiyyətlərinə verilmiş torpaq sahələrinin ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə edərək ayrıayrılıqda bildirdilər ki, anaları mərhum X5 başda olmaqla onlar da daxil olmaqla ailə üzvlərinin ümumi birgə mülkiyyətinə JN-415A KOD 30404018 saylı və JN-415B Kod 30404018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən Şabran rayonu Gəndab kəndində 0.16 ha və 0.15 ha torpaq sahəsi verilmişdir. Lakin onlar cavabdehin təqsirindən mülkiyyətlərinə verilmiş torpaq sahəsindən istifadə edə bilmirlər. Ona görə də, onların mülkiyyətlərinə verilmiş torpaq sahəsinin ayrılması barədə məhkəməyə müraciət etmişlər. Xahiş edirlər, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN- 415A KOD 30404018 saylı və JN-415 B KOD 30404018 saylı Şəhadətnamələri ilə onların mülkiyyətlərinə verilmiş torpaq sahələrinin ayrılması barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək bildirdi ki, anaları mərhum X5 başda olmaqla o, da daxil olmaqla ailə üzvlərinin ümumi birgə mülkiyyətinə JN-415A KOD 30404018 saylı və JN-415B Kod 30404018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən Şabran rayonu Gəndab kəndində 0.16 ha və 0.15 ha torpaq sahəsi verilmişdir. Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-415A KOD 30404018 saylı və JN-415 B KOD 30404018 saylı Şəhadətnamələri ilə iddiaçıların mülkiyyətlərinə verilmiş torpaq sahələrinin ayrılmasına etiraz etmir. Üçüncü şəxs kimi tanınmış X7 məhkəməyə teleqramla müraciət edərək, İddiaçı1 və İddiaçı2 iddia tələblərinə etirazının olmadığını bildirmişdir. Üçüncü şəxs X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş AZ-İİ seriyalı 091701 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 01 may 2013-cü ildə ölmüşdür. İşə əlavə edilmiş V-JQ seriyalı 257319 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X3 ilə X1 birgə nikahlarından xx xxxxxx 1977-ci ildə Seymur adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-415A KOD 30404018 saylı və JN-415 B KOD 30404018 saylı Şəhadətnamələrdən görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli 08 saylı qərarına əsasən X1 və ailə üzvləri – İddiaçı2, Cavabdeh, X4, X2 və İddiaçı1 Şahşah oğlunun mülkiyyətinə 0.16 ha və 0.15 ha həyətyanı torpaq sahələri verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissəsinin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyıldirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 157.1.-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər Məhkəmə nəzərə alır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-415A KOD 30404018 saylı və JN-415 B KOD 30404018 saylı Şəhadətnamələr ilə birgə mülkiyyətdə olan torpaq sahəsindən İddiaçı1 və İddiaçı2 payları ayrılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-415A KOD 30404018 saylı və JN-415 B KOD 30404018 saylı Şəhadətnamələr ilə birgə mülkiyyətdə olan torpaq sahəsindən İddiaçı1 və İddiaçı2 payları ayrılsın. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar