Məhkəmə qərarları › İş №2(031)-49/2025

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-49/2025

21.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-49/2025 21.01.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən payın müəyyənləşdirilməsi tələbinə dair mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən payın müəyyənləşdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dəvəçi rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 1 nömrəli qərarı ilə, ona, atası X1, anası Cavabdeh1, bacıları Allahyarova (Qasımova) Reyhanə Gülmirzə qızına, X2, qardaşı Cavabdeh2 Şabran rayonu, Qazbabalı kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 4,53 ha torpaq sahəsindən onun 1/5 hissədə payının müəyyənləşdirilməsio barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq təqdim etdiyi iddia ərizəsi və ona əlavə olunan sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsalar da, iclasa gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə iddiaçının ərizəsini nəzərə alıb və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən payın müəyyənləşdirilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən ödənilən 100 manat məbləğinə dövlət rüsumu (qəbzin nömrəsi: **********) geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar