Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-492/2024 26.04.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Mən, Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızı, Cavabdeh dövlət hesabına vəkil ilə təmin edilməsinə dair vəsatətinə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qayasında baxaraq, MÜƏYYƏN ETDİM: Şabran Rayon Məhkəməsinin 2(031)-42/2024-022 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı "nikahın pozulması, uşağın anada qalması və aliment" tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə Şabran rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 165 nömrə ilə qeyd edilmiş nikah pozulmuş və boşanmadan sonra xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X3 İddiaçı yanında, xx.xx.2007-ci il təvəllüdlü X4 isə Cavabdeh yanında qalması, Cavabdeh Şabran Rayon Məhkəməsinin 2(031)-432/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı nəzərə alınmaqla xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2007- ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi, cümlədən qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, ümumi xəstəlik ilə 2-ci qrup əlil olması ilə bağlı Şabran Rayon Məhkəməsinin 2(031)-42/2024-022 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti verməsi üçün dövlət hesabına vəkil ilə təmin edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş CMS – "ASEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh gəlir məlumatlarına dair çıxarışdan görünür ki, o, ümumi xəstəlik ilə 2-ci qrup əlil olması ilə bağlı 220 manat məbləğində pensiya alır. Azərbaycan Respublikasının Konstitusiyasının: 61-ci maddəsinin İ bəndinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. 61-ci maddəsinin İİ bəndinə əsasən qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 14.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş hallarda, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququna malikdir. 67-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir. 67-1.2-ci maddəsinə əsasən birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır. 67-1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 67-1.4-cü maddəsində göstərilən şəxslərin, habelə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan işdə iştirak edən digər şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir. 67-1.4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 67-1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir. 67-1.5-ci maddəsinə əsasən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 67-1.4-cü maddəsində nəzərdə tutulmuş şəxslərin müraciətinə əsasən vəkil qurumunun ərizəsinə daxil olduğu vaxtdan 15 gün müddətində, müraciət müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı olduqda isə təxirə salınmadan baxır. Ərizəyə baxılmasının nəticəsi barədə qərardaddan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərini, o cümlədən Cavabdeh ümumi xəstəlik ilə 2-ci qrup əlilliyinin olmasını nəzərə alaraq belə nəticəyə gəlirəm ki, ərizə təmin edilməlidir və Cavabdeh dövlət hesabına vəkil ilə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 67-1, 263, 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRAR ALDİM: Ərizə təmin edilsin. Əliyev X5 Rayon Məhkəməsinin 2(031)-42/2024-022 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti verməsi üçün dövlət hesabına vəkil ilə təmin edilsin və hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şabran Rayon Məhkəməsinə şikayət verilər bilər. Hakim Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-492/2024
Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-492/2024
26.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver