Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-51/2023 13.01.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı Sığorta Şirkəti ASC-nin CAVABDEH: Cavabdeh qarşı Subroqasiya tələbinin təmin ediməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC məhkəmədə iddia qaldıraraq «Lada Priora» markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3155 AZN sığorta ödənişi məbləği və bu ərizənin verilməsi ilə bağlı 52 AZN dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin Sumqarasiya şöbəsinin hüquqşünası Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində zərərçəkmiş tərəfin avtomobilinin markası yanlış göstərildiyini, zərərçəkmiş şəxsin nəqliyyat vasitəsi «Lada Priora» markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu göstərmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı mülki iş üzrə keçiriləcək məhkəmə iclaslarında və qətnamə qəbul edərkən qeyd olunan səhvin nəzərə alınmasını xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir, məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Rəhimov Hökümalı oğlu əvvəlki məhkəmə iclaslarında iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə «VAZ 2109» markalı, ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə «Lada Priora» markalı ** MZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində «Lada Priora» markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini müvafiq etibarnamə olmadan idarə etdiyinə görə ona qarşı subraqasiya hüququ yaranmışdır. xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, «Lada Priora» markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilə 3155 AZN ziyan dəymişdir. PAT**********saylı sığorta müqaviləsinin 093202 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, «Lada Priora» markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 3155 AZN məbləğində ödəniş həyata keçirilmişdir. xx.xx.2020-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsiri olması Siyəzən rayon DYPŞ-nin tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə qalan 3155 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Xahiş edir, «Lada Priora» markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3155 AZN sığorta ödənişi məbləği və bu ərizənin verilməsi ilə bağlı ödənilmiş 52 AZN dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılsın. Cavabdeh sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımınca xəbərdar edilmiş, lakin o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 18:15 radələrində idarə etdiyi «VAZ 2109» markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşınla Siyəzən şəhəri, H.Əliyev küçəsində Bakı istiqamətində hərəkətdə olarkən öz yolunda olan avtobusu ötmə edib sola yəni, bu zaman qarşı tərəfdən gələn «Lada Priora» markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi zolağa çıxmışdır. Hadisə baş verəndən sonra onun avtomobili istiqamətini dəyişmişdir. Hazırda ona qarşı məhkəmədə qaldırılan iddianı əsassız hesab edir. İddiaçı ərizədə qarşı tərəfin avtomobilinin Nissan markalı olmasını qeyd etmişdir, halbuki o, «Lada Priora» markalı avtomobillə toqquşmuşdur. Xahiş edir iddia əsassız olduğundan təmin edilməsin. Məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan hadisə yerinin sxemindən, hadisə iştirakçılarının izahatlarından görünür ki, Cavabdeh idarə etdiyi «VAZ 2109» markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2020-ci il tarixdə saat təxminən 18:15 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində Bakı istiqamətində hərəkətdə olan zaman qarşı tərəfdən gələn «Lada Priora» markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi zolağa çıxmış və toqquşma baş vermişdir. İşə əlavə edilmiş X1 Haqqında TP ******* saylı xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.2. və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə təqsirli bilinərək, barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, «Lada Priora» markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilə 3155 manat məbləğində zərər dəymişdir. İşə əlavə edilmiş 093202 saylı sığorta aktından görünür ki, PAT********** saylı sığorta müqaviləsinə əsasən İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, «Lada Priora» markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3155 AZN məbləğində ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1. maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (…nəqliyyat vasitələrindən istifadə edilməsi…) nəticəsində mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsaslarla (…nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində qeyd olunub ki, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.2. maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq məlak sığortası üzrə sığorta ödənişini vermiş sığotaçıya subqorasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi il əvə ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxs və ya hüquqi şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2. maddəsinin tələbinə görə delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərərin vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin, o cümlədən də nəqliyyat vasitəsini idarə edən şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə qarşı, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (subroqasiya) hüququ vardır. Məhkəmə təqdim olunan sübutları və işin hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, «Lada Priora» markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3155 AZN sığorta ödənişi məbləği və bu ərizənin verilməsi ilə bağlı 52 AZN dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. «Lada Priora» markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3155 AZN sığorta ödənişi məbləği və bu ərizənin verilməsi ilə bağlı 52 AZN dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov.
Məhkəmə qərarları › İş №2(031)-51/2023
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-51/2023
13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver