Məhkəmə qərarları › İş №2(031)-593/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-593/2024

20.11.2024 · Sair mülki iş - Digər - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-593/2024 20.11.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi İddiaçı, Maraqlı şəxsin nümayəndəsi X5 iştirakı ilə Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X18 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X18 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək 1983-cü il iyun ayından 1985-ci il aprel ayına qədər olmaqla 1 il 9 ay Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə fəhlə betonçu, 1985-ci il oktyabr ayından 1986-cı il aprel ayına qədər olmaqla 6 ay Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi Abşeron Səyyar Mexanikləşmiş dəstənin fəhləsi, 1986cı il avqust ayından 1987-ci il aprel ayına qədər 7 ay olmaqla Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi 20 nömrəli T/arası Səyyar Mexanikləşmiş dəstədə dülgər, 1987-ci il noyabr ayından 1988-ci il avqust ayına qədər 8 ay olmaqla X4 baş fəhlə, 1988-ci il sentyabr ayından 1990-cı il iyun ayına qədər 1 il 9 ay olmaqla Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə fəhlə betonçu, 1990-cı il iyun ayından 1992-ci il noyabr ayına qədər 2 il 6 ay olmaqla Qaçqın Tikinti İdarəsinin Xızı rayonu üzrə 14 saylı Səyyar Mexanikləşmiş dəstədə dülgər və iş icraçısı işləməsinə dair hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "28 May" kolxozunun inzibati binasında baş vermiş yanğın zamanı ona məxsus əmək kitabçası məhv olmuşdur. Yanğının baş verməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X11 Xidmətinin Siyəzən rayon X8 tərəfindən verilmiş 11 fevral 2019-cu il tarixli arayışla təsdiq olunmuşdur. İş stajının müəyyən edilməsi üçün aidiyyəti dövlət orqanlarına müraciəti isə müsbət həll olunmamışdır. Belə ki, Siyəzən rayon dövlət arxivinin 20 fevral 2019-cu il tarixli arayışında göstərilmişdir ki, İddiaçı işlədiyi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplektləşmə İdarəsinin Siyəzən istehsalat sexi tərəfindən dövlət arxivinə sənədlərin təhvil verilməməsi səbəbindən iş stajı barədə ona məlumat təqdim edilməsi mümkün olmamışdır. Odur ki, o, əmək fəaliyyətini təsdiq edən hüquqmüəyyənedici sənəd mövcud olmadığına görə, 14 mart 1977-ci ildən 1990-cı ilin iyul ayına kimi müxtəlif yerlərdə işləməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olunmuş Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 10 iyun 2022-ci il tarixli Qərarına əsasən İddiaçı 14 mart 1977-ci ildən 1990-cı ilin iyul ayına kimi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplektləşmə İdarəsinin Siyəzən istehsalat sexində işləməsi barədə hüquqi faktın müəyyən olunması tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1. 418.1 və 418.3-cü maddələrinə uyğun olmayan hesab edilmiş, müvafiq məhkəmə aktı icra edilməklə və işə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qərarı ilə Ali Məhkəmənin qərarı və Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilməklə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkməsinin 2(105)-505/2023 saylı xx.xx.2023-cü il tarixli Qətnaməsinə əsasən 14 mart 1977-ci ildən 1990-cı ilin iyul ayına kimi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplektləşmə İdarəsinin Siyəzən istehsalat sexində dülgər işləməyinə dair tələbi 1984-1990-cı illərdə həmin idarədə işləməyinə dair hissədə təmin edilməmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, həmin hissədə onun işləməyi müvafiq sübutlarla təsdiqini tapmamışdır. Qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsində işə baxıldığı zaman o, müvafiq sübutları və şahidləri obyektiv səbəblərdən məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bildirilmişdir ki, "Komitənin arxivində İddiaçı 1977-ci ilin mart ayından 1983-cü il daxil olmaqla Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplektləşdirmə İdarəsinin Siyəzən İstehsalat sexində işlədiyi barədə əmək haqqı cədvəlləri aşkar edilmişdir. Əmək müqaviləsi və əmək kitabçası arxivdə mövcud deyil. Beləliklə onun altı il iş stajı idarə tərəfindən təsdiq edilmişdir. Bundan başqa adları qeyd olunan idarələrdə işləmişdir: 1973-1977-ci illərdə və 1992-2001-ci illərdə işləməklə 12 il 02 ay 6 gün iş stajımın olması Əmək Kitabçasına əsasən təsdiq edilmişdir. Mart 1977-ci ildən - iyun 1983-cü ilədək olmaqla 6 il 03 ay Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 505/2023 saylı xx.xx.2023-cü il tarixli Qətnaməsinə əsasən təsdiq olunmuşdur. İyun 1983cü ildən- aprel 1985-ci ilədək olmaqla 1 il 09 ay Azərbaycan Respublikası Meliorasia və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə fəhlə betonçu; oktyabr 1985-ci ildən- aprel 1986-cı ilədək olmaqla 06 ay Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi Abşeron Səyyar Mexanikləşmiş dəstənin fəhləsi; avqust 1986-cı ildən- aprel 1987-ci ilədək olmaqla 07 ay Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi 20 Nömrəli T/arası Səyyar Mexanikləşmiş dəstədə dülgər; noyabr 1987-ci ildən avqust 1988-ci ilədək olmaqla 08 ay X6 baş fəhlə (sənədlər Şabran rayon Arxivində saxlanılır); sentyabr 1988-ci ildən- iyun 1990-cı ilədək olmaqla 1 il 09 ay Azərbaycan Respublikası Meliorasia və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə fəhlə betonçu; iyun 1990- noyabr 1992-ci ilədək olmaqla 2 il 06 ay Qaçqın Tikinti İdarəsinin Xızı rayonu üzrə 14 saylı Səyyar mexanikləşmiş dəstədə dülgər və iş icraçısı işləmişdir. Beləliklə mənim həmin illər üzrə iş stajı 23 il 08 ay və əlavə 9 il təşkil edir və bu onun əmək kitabçasında öz əksini tapmışdır. Buna baxmayaraq, əmək kitabçası yandığından həmin faktı sübut etmək imkanı xaricindədir. Odur ki, məsələnin məhkəmə qaydasında həlli zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı məhkəməyə ərizə təqdim edərək, ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçinin ərizə üzrə tələbi “X6 baş fəhlə-1987-ci ilin noyabr ayından 1988-ci ilin avqust ayınadək işlədiyi illərin hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən olunmasına dair” olan hissədə təmin edilməməli, qalan hissədə isə Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinin tələblərinə uyğun olaraq baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il 3 №-li Qərarına əsasən: Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu sərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda. eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının təhlilindən və Azərbaycan Respublikasının Ali Məhkəməsinin müvafiq qərarında əks olunmuş mövqedən aydın olur ki, ərizəçi ərizədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ala bilməməsini təsdiq edən sübutları göstərməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. İşin araşdırılmış hallarından müəyyən olur ki, ərizəçi məhkəməyə hüquqi əhəmiyyəti olan faktların müəyyən olunmasına dair ərizə ilə müraciət edərkən həmin faktları təsdiq edən lazımi sənədləri ala bilməməsini təsdiq edən sübutları təqdim etməmişdir. Əksinə ərizə üzrə tələbinin “X6 baş fəhlə-1987-ci ilin noyabr ayından 1888-ci ilin avqust ayınadək işlədiyi illərin hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən olunmasına dair” hissəsində arxiv sənədlərinin mövcud olmasını bildirmiş, həmin hal məhkəmə sorğusuna cavab olaraq əldə edilmiş Şabran rayon Dövlət Arxivinin 22 iyul 2024-cü il tarixli 28 nömrəli arayışı ilə də təsdiq olunmuşdur. Hesab edirlər ki, ərizəçinin ərizə üzrə tələbi "X6 baş fəhlə-1987-ci ilin noyabr ayından 1988-ci ilin avqust ayınadək işlədiyi illərin hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən olunmasına dair’’ olan hissədə müvafiq faktı təsdiq edən sənədlərin mövcud olması səbəbindən təmin edilməməli, qalan hissələrdə isə hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsini xahiş etdiyi hallan təsdiq edən lazımi sənədləri ala bilməməsini sübuta yetirən sənədləri ərizəyə əlavə etmədiyinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə uyğun olaraq baxılmamış saxlanılmalıdır. Xahiş edir, Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi’’ tələbinə dair 2(031)-593/2024 nömrəli mülki iş üzrə ərizəsinin “X6 baş fəhlə 1987-ci ilin noyabr ayından 1988-ci ilin avqust ayınadək işlədiyi illərin hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən olunmasına dair" olan hissədə təmin olunmaması barədə qətnamə, qalan hissələrdə isə baxılmamış saxlanılması barədə qərardad qəbul edilsin. Ərizəçi İddiaçı məhkəmə iclasında ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X18 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X9 məhkəmə iclasında bildirdi ki, ərizəçi ərizədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ala bilməməsini təsdiq edən sübutları göstərməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. İşin araşdırılmış hallarından müəyyən olur ki, ərizəçi məhkəməyə hüquqi əhəmiyyəti olan faktların müəyyən olunmasına dair ərizə ilə müraciət edərkən həmin faktları təsdiq edən lazımi sənədləri ala bilməməsini təsdiq edən sübutları təqdim etməmişdir. Əksinə ərizə üzrə tələbinin “X6 baş fəhlə-1987-ci ilin noyabr ayından 1888-ci ilin avqust ayınadək işlədiyi silərin hüquqi əhəmiyyəti fakt kimi müəyyən olunmasına dair” hissəsində arxiv sənədlərinin mövcud olmasını bildirmiş, həmin hal məhkəmə sorğusuna cavab olaraq əldə edilmiş Şabran rayon Dövlət Arxivinin 22 iyul 2024-cü il tarixli 28 nömrəli arayışı ilə də təsdiq olunmuşdur. Hesab edirlər ki, ərizəçinin ərizə üzrə tələbi "X6 baş fəhlə 1987-ci ilin noyabr ayından 1988-ci ilin avqust ayınadək işlədiyi illərin hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən olunmasına dair’’ olan hissədə müvafiq faktı təsdiq edən sənədlərin mövcud olması səbəbindən təmin edilməməli, qalan hissələrdə isə baxılmamış saxlanılmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 bildirdi ki, İddiaçı ilə bir yerdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə işləmişdir. İddiaçı briqadir idi, onlar 2-3 il bir yerdə işləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 bildirdi ki, 1983-cü ildən 1985-ci ilə kimi İddiaçı ilə bir yerdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə işləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 bildirdi ki, 1986-cı ildən 1989cu ilə kimi Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi 20 nömrəli Səyyar Mexanikləşmiş dəstədə işləmişdir. İddiaçı da Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi 20 nömrəli Səyyar Mexanikləşmiş dəstədə dülgər işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 bildirdi ki, o, 1984-cü ildən 1987-ci ilə kimi Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi Abşeron Səyyar Mexanikləşmiş dəstədə sürücü işləmişdir. İddiaçı da Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi Abşeron Səyyar Mexanikləşmiş dəstədə fəhlə işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 bildirdi ki, 1985-ci ildən 1989cu ilə kimi Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi 20 nömrəli Səyyar Mexanikləşmiş dəstədə motorist işləmişdir. İddiaçı da Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi 20 nömrəli Səyyar Mexanikləşmiş dəstədə dülgər işləmişdir. Eyvaz Səmədovla münasibətləri normal olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 bildirdi ki, 1986-cı ildən 1987ci ilə kimi Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi 20 nömrəli T/arası Səyyar Mexanikləşmiş dəstədə süvaqçı işləmişdir. İddiaçı da Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi 20 nömrəli Səyyar Mexanikləşmiş dəstədə dülgər işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirdi ki, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə Eyvaz Səmədovla bir yerdə işləmişdir. Eyvaz Səmədov onlara briqadirlik etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid8 bildirdi ki, 1989-cu ildən 1991-ci ildə kimi Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə işləmişdir. 1986-cı ildə əsgər getmişdir. Eyvaz Səmədov əvvəl fəhlə sonra isə briqadir işləmişdir. Qaçqın Tikinti İdarəsinin Xızı rayonu üzrə 14 saylı Səyyar Mexanikləşmiş dəstədə də onunla işləmiş, lakin hansı tarixlərdə onunla işləməsi yadında qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid9 bildirdi ki, o, Qaçqın Tikinti İdarəsinin Xızı rayonu üzrə 14 saylı Səyyar Mexanikləşmiş dəstədə sürücü işləmişdir, Eyvaz Səmədovda onunla birlikdə işləmişdir. Eyvaz ondan qabaq işləmişdir. 1992-ci ilin əvvəllərində işə girmiş, 11 ay həmin müəssisədə işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid10 bildirdi ki, 1991-ci ildən 1992-ci ilin noyabr ayına kimi Qaçqın Tikinti İdarəsinin Xızı rayonu üzrə 14 saylı Səyyar Mexanikləşmiş dəstədə betonçu işləmişdir. İddiaçı onların briqadiri olmuş və onlar birlikdə işləmişlər. Məhkəmə tərəflərin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ******* saylı və ******* saylı Əmək Kitabçalarına əsasən İddiaçı 1973-1977-ci illərdə "Siyəzənneft" NQÇİ-də, 1992-2001-ci illərdə "28 May" kolxozda tikinti vəzifəsində işləməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş ******* saylı Əmək Kitabçasından görünür ki, Şahid9 18 sentyabr 1989-cu ildən 1990-cı ilə kimi Qaçqın Tikinti İdarəsinin Xızı rayonu üzrə 14 saylı Səyyar Mexanikləşmiş dəstədə işləmişdir. İş materiallarına əlavə edilmiş ******* saylı Əmək Kitabçasından görünür ki, Şahid8 xx.xx.1989-cu ildən xx.xx.1991-ci ildə kimi Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilədək Qaçqın Tikinti İdarəsinin Xızı rayonu üzrə 14 saylı Səyyar Mexanikləşmiş dəstədə işləmişdir. İş materiallarına əlavə edilmiş Əmək Kitabçasından görünür ki, X3 xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə kimi Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə işləmişdir. İş materiallarına əlavə edilmiş ******* saylı Əmək Kitabçasından görünür ki, Şahid4 1984-cü ildən 1987-ci ilə kimi Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi Abşeron Səyyar Mexanikləşmiş dəstədə işləmişdir. İş materiallarına əlavə edilmiş Əmək Kitabçasından görünür ki, Şahid5 1985-ci ildən 1999-cu ilə kimi Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi 20 nömrəli T/arası Səyyar Mexanikləşmiş dəstədə işləmişdir. İş materiallarına əlavə edilmiş Əmək Kitabçasından görünür ki, Şahid6 1986-cı ildən 1987-ci ilə kimi Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi 20 nömrəli T/arası Səyyar Mexanikləşmiş dəstədə işləmişdir. İş materiallarına əlavə edilmiş Əmək Kitabçasından görünür ki, Şahid10 xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilədək Qaçqın Tikinti İdarəsinin Xızı rayonu üzrə 14 saylı Səyyar Mexanikləşmiş dəstədə işləmişdir. İş materiallarına əlavə edilmiş Əmək Kitabçasından görünür ki, Şahid1 xx.xx.1983cü ildən xx.xx.1989-cu ilədək Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə işləmişdir. İş materiallarına əlavə edilmiş ******* saylı Əmək Kitabçasından görünür ki, Şahid3 xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilədək Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi 20 nömrəli T/arası Səyyar Mexanikləşmiş dəstədə işləmişdir. İş materiallarına əlavə edilmiş ******* saylı Əmək Kitabçasından görünür ki, Şahid2 1983-cü ildən 1985-ci ilə kimi İddiaçı ilə bir yerdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə işləmişdir. İş materiallarına əlavə edilmiş Siyəzən rayon Dövlət X8 tərəfindən verilmiş 11 fevral 2019-cu il tarixli arayışdan görünür ki, həqiqətən X7 1994-cü il tarixində tikinti mühəndisi vəzifəsində işlədiyi 28 may kolxozunun inzibati binasında baş vermiş yanğın zamanı vətəndaşa məxsus əmək kitabçası yanaraq məhv olmuşdur. İş materiallarına əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-505/2023 saylı qərardadına əsasən Siyəzən rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(059)-185/2019 nömrəli qətnaməsi ləğv edilmiş, ərizəçi İddiaçı maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Siyəzən rayon şöbəsini qeyd etməklə, 14 mart 1977-ci ildən 1990-cı ilin iyul ayına kimi olan dövrə dair iş stajına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair iddia tələbinin "14 mart 1977-ci ildən 1983-cü il daxil olmaqla əmək stajına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi" hissəsində iş üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 31 mart 2023-cü il tarixli 3-35/2-1649/2023 saylı məktubdan görünür ki, komitənin arxivində İddiaçı 1977-ci ilin mart ayından 1983-cü il daxil olmaqla Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplektləşdirmə İdarəsinin Siyəzən İstehsalat sexində işlədiyi barədə əmək haqqı cədvəlləri aşkar edilmişdir. Əmək müqaviləsi və əmək kitabçası arxivdə mövcud deyil. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 14 mart 2023-cü il tarixli 3-35/2-1321/2023 saylı məktubdan görünür ki, "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Mənzil- Kommunal Təsərrüfatı Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1993-cü il tarixli 550 nömrəli Fərmanına əsasən Azerbaycan Respublikası Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin bazasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi yaradılmışdır. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 471 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi ləğv edilmiş və onun funksiyaları Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinə verilmişdir. "Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 1339 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi ləğv edilmiş və onun əsasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaradılmışdır. İş materiallarına əlavə edilmiş Siyəzən Rayon Dövlət Arxivi tərəfindən verilmiş 23 noyabr 2023-cü il tarixli arxiv arayışından görünür ki, X1 dəstəsi və Azərbaycan SSR Kənd-Tikintisi Nazirliyi 2№-li Azər-Kənd Tikinti Tresti 20№-li Səyyar Mexanikləşdirilmiş dəstəsi heç bir il üçün sənədlərini Siyəzən rayon Dövlət Arxivinə təhvil verməmişdir. İş materiallarına əlavə edilmiş Şabran Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 184 saylı Siyəzən sovxozu üzrə arxiv çıxarışından görünür ki, İddiaçı 25 noyabr 1987-ci il tarixdən 8 saylı üzümçülük briqadasına baş fəhlə qəbul edilmiş, 02 aprel 1988-ci il tarixdən cavan üzüm bağına briqadir təyin edilmiş, 22 avqust 1988-ci il tarixdən işdən azad edilib axırıncı haqq hesabı verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İddiaçı şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 24 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 10 iyun 2022-ci il tarixli qərarına əsasən İddiaçı 14 mart 1977-ci ildən 1990-cı ilin iyul ayına kimi Azərbaycan SŞR Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplektləşmə İdarəsinin Siyəzən istehsalat sexində işləməsi barədə hüquqi faktın müəyyən olunması tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1, 418.1 və 418.3-cü maddələrinə uyğun olmayan hesab edilsin, müvafiq məhkəmə aktı icra edilməsin və işə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 sentyabr 2022-ci il tarixli 13(102)-6(k)/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 24 iyun tarixli, 2(102)-1826/2020 nömrəli qərarı və onunla bağlı Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın 2019-cu il 3 dekabr tarixli, 2(105)-4138/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ərizəçi İddiaçı maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Siyəzən rayon Şöbəsini qeyd etməklə iş stajı barədə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi ərizəsinə dair iş üzrə 01 may 2023-cü il tarixli 2(105)-505/2023 saylı qətnaməsindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(059)-185/2019 nömrəli qətnaməsi iddia tələbinin “ərizəçi İddiaçı 1984-1990-cı il iyul ayına kimi olan dövrdə Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfat Nazirliyinin İstehsalat və Komplektləşdirmə İdarəsinin Siyəzən İstehsalat Sexində işləməsinə dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” hissəsində ləğv edilmiş, bu hissədə iş üzrə yeni qətnamə çıxarılması, həmin hissədə iddia tələbi təmin edilməməsi qərarına alınmışdır. İş materiallarına əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli 2(059)-185/2019 saylı qətnamədən görünür ki, İddiaçı 14 mart 1977-ci il tarixdən 1990-cı ilin iyul ayına kimi Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin İstehsalat Komplekstləşmə İdarəsinin Siyəzən İstehsalat sexində (əvvəl dülgər, sonra betonçu) işləməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsi insan və vətəndaş hüquq və əsas azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etmişdir. Konstitutsiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Əsas Qanunun 71-ci maddəsinin İ və İİ hissələrində göstərilir ki, Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktlan müəyyən edir. Həmin Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlan müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasnın Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafıq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Yuxanda qeyd edilən qanunvericilik normasının məzmunundan göründüyü kimi xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktlar müəyyən edilən zaman iki şərt nəzərə alınır: 1) ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır; 2) ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədən kənar qaydada əldə etməyin mümkün olmaması nəzərdə tutulur. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada alınmasının mümkünsüzlüyü halları iki qrupa bölünür: 1) hüquqi əhəmiyyətli faktlar müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar; 2) hüquqi əhəmiyyətli faktlar müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri (vermədikləri) hallar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.2-ci bəndinə əsasən, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 13.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən, yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Ərizəçi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1983-cü il iyun ayından 1985-ci il aprel ayına qədər olmaqla 1 il 9 ay Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə fəhlə betonçu, 1985-ci il oktyabr ayından 1986-cı il aprel ayına qədər olmaqla 6 ay Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi Abşeron Səyyar Mexanikləşmiş dəstənin fəhləsi, 1986cı il avqust ayından 1987-ci il aprel ayına qədər 7 ay olmaqla Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi 20 nömrəli T/arası Səyyar Mexanikləşmiş dəstədə dülgər, 1987-ci il noyabr ayından 1988-ci il avqust ayına qədər 8 ay olmaqla X4 baş fəhlə, 1988-ci il sentyabr ayından 1990-cı il iyun ayına qədər 1 il 9 ay olmaqla Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə fəhlə betonçu, 1990-cı il iyun ayından 1992-ci il noyabr ayına qədər 2 il 6 ay olmaqla Qaçqın Tikinti İdarəsinin Xızı rayonu üzrə 14 saylı Səyyar Mexanikləşmiş dəstədə dülgər və iş icraçısı işləməsinə dair hüquqi faktının müəyyən edilməsini tələb etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Sumqayıt Aprlyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-505/2023 nömrəli qərarından görünür ki, İddiaçı tələb etdiyi 1977-ci ilin mart ayından 1983-cü il daxil olmaqla olan dövrə aid Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplektləşdirmə İdarəsinin Siyəzən İstehsalat sexində işləməsi arxiv sənədləri mövcud olduğundan müvafiq məhkəmə qərardadı ilə xitam verildiyindən ərizəçinin hazırda hüquqi əhəmiyyətli fakt kimi tələb etdiyi 1983 ilin iyun ayından 1985-ci ilin aprel ayına kimi olan dövrdə Azərbaycan Respublikası Meliorasiya və X12 Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşdirmə dəstədə işləməsi faktı 1983-cü ilin iyun ayından deyil 1984-cü ildən 1985-ci ilin aprel ayına kimi müəyyən edilməlidir. Məhkəmə işdə olan sənədləri və şahid izahatlarını araşdıraraq hesab edir ki, ərizəçi İddiaçı 1984-cü il tarixdən 1985-ci il aprel ayına qədər olmaqla 1 il 4 ay Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə fəhlə betonçu işləməsini şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasında verdikləri izahatları ilə və eyni zamanda işə əlavə edilmiş əmək kitabçalarındakı qeydlərlə, 1985-ci il oktyabr ayından 1986-cı il aprel ayına kimi Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi Abşeron Səyyar Mexanikləşmiş dəstənin fəhləsi işləməsini Şahid4 məhkəmə iclasında verdiyi izahatı ilə və eyni zamanda işə əlavə edilmiş əmək kitabçasındakı qeydlərlə, 1986-cı il avqust ayından 1987-ci il aprel ayına qədər Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi 20 nömrəli T/arası Səyyar Mexanikləşmiş dəstədə dülgər işləməsini şahidlər Şahid3, Şahid5 və Şahid6 məhkəmə iclasında verdikləri izahatları ilə və eyni zamanda işə əlavə edilmiş əmək kitabçalarındakı qeydlərlə öz təsdiqini tapmışdır. Lakin ərizəçi İddiaçı 1988ci ilin noyabr ayından 1990-cı ilin iyun ayınadək olan dövr üzrə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə fəhlə betonçu işləməsini təsdiq etmək üçün məhkəmədə şahidlər X13 və Şahid8 dindirilmiş, Şahid7 ifadəsində xx.xx.1989-cu ildən 22 mart 1990-cı ilədək, Şahid8 isə xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilədək Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə işləməsinə dair dindirilmələrinə baxmayaraq məhkəmə yalnız xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı ilədək işləməsi faktını, iyun 1990-cı ildən noyabr 1992-ci ilədək Qaçqın Tikinti İdarəsinin Xızı rayonu üzrə 14 saylı Səyyar Mexanikləşdirmə dəstədə dülgar və iş icraçısı işləməsini yalnız xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək olan dövr üçün Şahid9 izahatı və təsdiq edilmiş əmək kitabçası ilə təsdiq edilir. Eyni zamanda, Şahid8 izahatında İddiaçı onunla işlədiyini, lakin Səmədin hansı tarixdə işə girib və işdən çıxmasının yadında qalmadığını, ümumiyyətlə həmin dövrdən çox müddət keçdiyindən tarixlər barədə məlumat verə bilmədiyini qeyd etdiyindən, məhkəmə Şahid8 məhkəmə iclasında verdiyi ifadəsini qəbul etməmişdir. Qeyd etmək lazımdır ki, ərizəçi 1988-ci ilin sentyabır ayından 1990-cı ilin iyun ayına kimi Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə fəhlə betonçu işləməsi faktını məhkəmə qaydasında tanımaq üçün müraciət etmiş, lakin, şahid kimi məhkəmə iclasında iştirak edən Qoçum Zaidov həmin müəssisədə xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək işlədiyindən İddiaçı tələbi yalnız xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək tanınmalıdır. Əlavə olaraq məhkəmə onu da qeyd edir ki, ərizəçi İddiaçı ərizəsində 1990-cı ilin iyun ayından 1992-ci ilinin noyabr ayınadək Qaçqın Tikinti İdarəsinin Xızı rayonu üzrə 14 saylı Səyyar Mexanikləşdirmə dəstədə dülgar və iş icraçısı işləməsini göstərmiş, lakin məhkəmə iclasında izahat vermiş Şahid9 həmin müəssisədə xx.xx.1991-ci il tarixdə xx.xx.1992-ci il tarixədək işlədiyindən ərizəçinin tələbi yalnız xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək tanınmalıdır. İş materiallarında olan Şabran Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 184 saylı Siyəzən sovxozu üzrə arxiv çıxarışından görünür ki, İddiaçı 25 noyabr 1987-ci il tarixdən 8 saylı üzümçülük briqadasına baş fəhlə qəbul edilmiş, 02 aprel 1988-ci il tarixdən cavan üzüm bağına briqadir təyin edilmiş, 22 avqust 1988-ci il tarixdən işdən azad edilib axırıncı haqq hesabı verilmişdir. Bu səbəbdən də, 1987-ci il noyabr ayından 1988-ci il avqust ayına qədər 8 ay olmaqla X4 baş fəhlə işləməsi arxiv arayışında qeyd olunduğundan həmin dövrün məhkəmə tərəfindən hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi inzibati məhkəmələrin səlahiyyətinə aid edildiyindən xitam edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya inzibati məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 31.1 -ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 261.0.1 -ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, Şabran Rayon Məhkəməsinin qərardadına əsasən İddiaçı 1987-ci il noyabr ayından 1988-ci il avqust ayına qədər 8 ay olmaqla X4 baş fəhlə işləməsi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi iddia tələbinə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə işin yuxarıda sadalanmış hallarını nəzərə alıb hesab edir ki, ərizə qismən təmin edilməli, ərizəçi İddiaçı 1984-cü il ildən 1985-ci il aprel ayınadək Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə fəhlə betonçu işləməsi, 1985-ci il oktyabr ayından 1986-cı il aprel ayınadək Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi Abşeron Səyyar Mexanikləşmiş dəstənin fəhləsi işləməsi, 1986-cı il avqust ayından 1987-ci il aprel ayına qədər Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi 20 nömrəli T/arası Səyyar Mexanikləşmiş dəstədə dülgər işləməsi, xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilədək Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə fəhlə betonçu işləməsi, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək Qaçqın Tikinti İdarəsinin Xızı rayonu üzrə 14 saylı Səyyar Mexanikləşmiş dəstədə dülgər və iş icraçısı işləməsi faktı müəyyən edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X18 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi qismən təmin edilsin. Ərizəçi İddiaçı 1984-cü il ildən 1985-ci il aprel ayınadək Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə fəhlə betonçu işləməsi, 1985-ci il oktyabr ayından 1986-cı il aprel ayınadək Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi Abşeron Səyyar Mexanikləşmiş dəstədə fəhlə işləməsi, 1986-cı il avqust ayından 1987-ci il aprel ayına qədər Azərbaycan SSR Dövlət Aqrar sənaye Komitəsi 20 nömrəli T/arası Səyyar Mexanikləşmiş dəstədə dülgər işləməsi, xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilədək Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə fəhlə betonçu işləməsi, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək Qaçqın Tikinti İdarəsinin Xızı rayonu üzrə 14 saylı Səyyar Mexanikləşmiş dəstədə dülgər və iş icraçısı işləməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar