Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(105)-1007/2024 06.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi , ərizəçi İddiaçı, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2, Ərizəçi İddiaçı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin hakimi Bəylər Ələkbərova maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının verdiyi etiraza baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, iyun 1983-cü ildən aprel 1985-ci ilədək olmaqla 1 il 09 ay Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə fəhlə betonçu, oktyabr 1985-ci ildən aprel 1986-cı ilədək olmaqla 06 ay Azərbaycan SSR X5 Komitəsi Abşeron Səyyar Mexanikləşmiş dəstənin fəhləsi, avqust 1986-cı ildən aprel 1987-ci ilədək olmaqla 07 ay Azərbaycan SSR X5 Komitəsi 20 nömrəli T/arası Səyyar Mexanikləşmiş dəstədə dülgər, noyabr 1987-ci ildən avqust 1988-ci ilədək 08 ay Siyəzən üzümçülük sovxozunda baş fəhlə (sənədlər Şabran rayon sexində saxlanılır), sentyabr 1988-ci ildən iyun 1990-cı ilədək olmaqla 01 il 09 ay Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə fəhlə betonçu, iyun 1990-cı ildən noyabr 1992-ci ilədək olmaqla 2 il 06 ay Qaçqın Tikinti İdarəsinin Xızı rayonu üzrə 14 saylı Səyyar Mexanikləşmiş dəstədə dülgər və iş icraçısı işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsinin, həmin Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Bundan sonra maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi hakimə etiraza dair birinci instansiya məhkəməsinə vəsatət ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və Mülki Prosessual Məcəllənin 19.1.3-cü maddəsinə əsasən, 2(059)-281/2024 nömrəli işə hakim Bəylər Ələkbərov tərəfindən baxılması yolverilməzdir. Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizə ilə Siyəzən Rayon Məhkəməsinə müraciət etmişdir. Siyəzən Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2(059)-185/2019 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, İddiaçı 14 mart 1977-ci il tarixdən 1990-cı ilin iyun ayınadək Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin İstehsal və Komplektləşdirmə İdarəsinin Siyəzən İstehsalat sexində işləməsi faktı müəyyən edilmişdir. Həmin qərardan narazı qalan maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli, 2(105)-4138/2019 nömrəli qətnaməsi ilə şikayət təmin olunaraq ərizə rədd edilmişdir. Ərizəçi tərəfindən qətnamədən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iun 2020-ci il tarixli, 2(102)-1826/2020 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli, 2(105)- 4138/2019 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 sentyabr 2022-ci il tarixli, 13(102)-6(k)/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli, 2(102)-1826/2020 nömrəli qərarının və onunla bağlı olan Sumqayıt Apellyasiya Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2(105)-4138/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 may 2023- cü il tarixli, 2(105)-505/2023 nömrəli qətnaməsi ilə Siyəzən Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2(059)-185/2019 nömrəli qətaməsinin “ərizəçi İddiaçı Qəhərman oğlunun 14 mart 1977-ci il tarixdən 1983-cü il daxil olmaqla Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin İstehsal və Komplektləşdirmə İdarəsinin Siyəzən İstehsalat sexində işləməsi” hissəsində icraata xitam verilməsi, “1984- 1990-cı ilin iyun ayına kimi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin İstehsal və Komplektləşdirmə İdarəsinin Siyəzən İstehsalat sexində işləməsi” hissəsində ləğv edilməsi, həmin hissədə ərizənin təmin edilməməsi qərara alınmışdır. Müvafiq iş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olduğu zaman məhkəmə kollegiyası tərəfindən sorğular verilmiş, nəticədə ərizəçinin məhkəmə qətnaməsi ilə təsdiq edilən, eyni zamanda işlədiyini iddia etdiyi 14 mart 1977-ci il tarixdən 1990-cı ilin iyun ayına kimi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin İstehsal və X1 sexində deyil, tamamilə fərqli müəssisədə işləməsinə dair əmək haqqı cədvəlləri aşkar edilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmamış, ərizəçinin işləmə faktı mötəbər sübutlarla təsdiq edilmədiyi halda, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Qeyd edilənlərlə bağlı bildirilir ki, Siyəzən Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2(059)-185/2019 nömrəli qətnaməsi qüvvəyə minəcəyi halda əsassız olaraq hüququ olmayan şəxsə pensiya təyinatına səbəb ola bilərdi ki, bu da Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirilməlidir. Hazırkı iş üzrə tələb 2(059)- 185/2019 nömrəli işlə mahiyyəti üzrə eynilik təşkil etdiyindən və əvvəllər işin mahiyyəti üzrə baxılmasında iştirak etdiyindən hakim Bəylər Ələkbərov tərəfindən işə baxılmasının qanunazidd olmasını hesab edirlər. Odur ki, Mülki Prosessual Məcəlləsinin 19.1.3-cü maddəsinə əsasən vəsatətin təmin olunmasını və işə başqa hakim tərəfindən baxılmasını xahiş etmişlər. Siyəzən Rayon Məhkəməsinin e-2(059)-281/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəçi İddiaçı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi tərəfindən Siyəzən Rayon Məhkəməsinə verilmiş etiraz baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Bəylər Ələkbərov). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən işə təkbaşına baxan hakimə etiraz edilməsi məsələsi məhkəmənin sədri tərəfindən həll edilir. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Məhkəmə kollegiyası əvvəllər baxılmış mülki işin yuxrıda qeyd olunan hallarına əsasən hesab edir ki, Siyəzən Rayon Məhkəməsinin hakimi Bəylər Ələkbərovun ədalətliliyi, qərəzsizliyi və obyektivliyi şübhə altına alınmamaq üçün etiraz təmin edilərək, hazırki mülki iş mahiyyəti üzrə baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 19, 21-23, 263-264 və 365-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş etiraz təmin edilsin. Ərizəçi İddiaçı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(105)-1007/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(105)-1007/2024
06.05.2024 · Sair mülki iş - Digər - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver