Məhkəmə qərarları › İş №2(031)-596/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-596/2025

04.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-596/2025 04.08.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququna xitam verilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əliverdi oğlunun Şabran rayonu Dəvəçi (Təzəkənd) kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsində yerləşən mərtəbəli ümumi sahəsi 85 kvm olan yaşayış evinin və həyətyanı torpaq sahəsinə bitişik mağaza binasının 1/2 hissəsinə olan mülkiyyət hüquqlarına xitam verilməsi və həmin əmlaklar üzərində onun tam mülkiyyət hüquqlarımın tanınması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun keçmiş həyat yoldaşıdır, belə ki, Şabran rayon məhkəməsinin 03 noyabr 2014-cü il tarixli 2(031)-496/2014 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanmış nikah ləğv olunmuş və birgə nikah dövründə əldə etdikləri Şabran rayonu Dəvəçi kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 85 kvm olan yaşayış evinin və həyətyanı torpaq sahəsinə bitişik mağaza binasının naturada bərabər hissələrə bölünməsi qət olunmuşdur. Həmin qətnamə qanun qüvvəsini almış və icra olunması üçün Şabran rayon İcra Şöbəsinə göndərilmişdir. Şabran Rayon İcra Şöbəsində Cavabdeh 18 dekabr 2014-cü il tarixdə ərizə verərək bildirmişdir ki, «X2 ona qarşı qaldırdığı aliment tələbi ilə əlaqədar iddiadan imtina etdiyi üçün, o, da əmlak bölgüsü ilə əlaqədar ona düşən paydan Dürdanə Məmmədovanın xeyrinə imtina edir, gələcəkdə belə bir iddia qaldırmayacaq». O, da aliment borcunun cavabdehin həmin əmlaklarda olan payı ilə əvəzləşdirildiyini nəzərə alaraq aliment üzrə icra vərəqəsinə xitam verilməsini xahiş etmişdir. Şabran Rayon İcra Şöbəsinin təqdimatı əsasında Şabran Rayon Məhkəməsinin 23 yanvar 2015-ci il tarixli qərardadı ilə 03 noyabr 2014-cü il tarixli 2(031)- 496/2014 saylı icra vərəqəsi üzrə icraata xitam verilmişdir. Bu illər ərzində cavabdeh birgə nikahdan olan uşaqlarının maddi təminatı ilə maraqlanmamış, onlara yardım etməmiş və uşaqların bütün maddi yükü onun üstündə olmuşdur. Lakin uşaqlar yetkinlik yaşlarına çatdıqdan sonra cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək Şabran Rayon Məhkəməsinin 2(031)- 496/2014 saylı, xx.xx.2015-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsi 23 yanvar 2015-ci il tarixli, 8(031 )-60/2015 saylı qərardadını ləğv edərək 03 noyabr 2014-cü il tarixli, 2(031)-496/2014 saylı qətnaməsi üzrə icra vərəqəsinin yenidən icra üçün göndərilməsi barədə qərardad qəbul etmişdir. Mən qərardaddan şikayət etmiş və şikayət təmin edilərək, Şabran Rayon Məhkəməsinin 2(031)- 496/2014 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilmiş, Şabran Rayon Məhkəməsinin 23 yanvar 2015-ci il tarixli, 8(031 )-60/2015 saylı qərardadının ləğv edilməsi və 03 noyabr 2014-cü il tarixli 2(031)-496/2014 saylı qətnaməsi üzrə icra vərəqəsinin yenidən icrası üçün göndərilməsi barədə Cavabdeh ərizəsinin rədd edilməsi qərara alınmışdır. Bu qərardaddan borclu Cavabdeh şikayət verərək, Şabran Rayon Məhkəməsinin 2(031)- 496/2014 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv olunmasını və Şabran Rayon Məhkəməsinin 03 noyabr 2014-cü il tarixli, 2(031)-496/2014 saylı qətnaməsi üzrə icra vərəqəsinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(105)- 634/2025 saylı qərardadı ilə Cavabdeh şikayəti təmin olunmamış və qərardad dəyişdirilmədən saxlanılmışdır. Kollegiya gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh icra sənədi üzrə icraata xitam verilməsi barədə Şabran Rayon Məhkəməsinin 23 yanvar 2015-ci il tarixli, 8(031)- 60/2015 saylı qərardadından məlumatlı olmuş, dolayısıyla həmin qərardadla razılaşaraq bu müddət ərzində qərardadı mübahisələndirməmişdir. Hazırkı halda onun qeyd etdikləri isə qanuni və əsaslı məhkəmə qərardadının ləğvi üçün əsas deyildir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, o, iddianı qəbul etmir. Onlar həmin evdə birlikdə yaşamışlar, ona görə də aliment ödəməmişdir. Düzdür ayrıldıqdan sonra iddiaçı ilə aralarında razılıq olmuşdur ki, alimentin qarşılığında o da öz payından imtina еdəcək. Lakin bir müddət birlikdə yaşamışlar, hazırda aralarında narazılıqlar yaranmışdır. Onu evə buraxmırlar, onun başqa yaşayış yeri yoxdur. O, hazırda payından imtina etmir, evin iddiaçının adına keçirilməsini istəmir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 356589 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı Xudafəddin qızı arasında bağlanmış rəsmi nikah Şabran rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən iddiaçı X2 ilə Cavabdeh Əliverdi oğlu arasında 20 aprel 1992-ci ildə Şabran rayon Qeydiyyat Şöbəsində bağlanmış 06 saylı nikahın pozulması, Cavabdeh Əliverdi oğlu ilə X1 birgə nikah dövründə əldə etdikləri Şabran rayonu Dəvəçi kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 85 kvm olan yaşayış evi və həyətyanı torpaq sahəsinə bitişik mağaza binası aralarında naturada bərabər hissələrə bölünməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı X2 ilə Cavabdeh Əliverdi oğlu arasında 20 aprel 1992-ci ildə Şabran rayon Qeydiyyat Şöbəsində bağlanmış 06 saylı nikahın pozulması, Cavabdeh Əliverdi oğlu ilə X1 birgə nikah dövründə əldə etdikləri Şabran rayonu Dəvəçi kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 85 kvm olan yaşayış evinin və həyətyanı torpaq sahəsinə bitişik mağaza binasının aralarında naturada bərabər hissələrə bölünməsi qət edilmişdir. Tərəflər arasında iddiaçının cavabdehdən aliment almaması müqabilində cavabdehin ona əmlakı verməsi barədə razılaşma olmuşdur. Lakin belə razılaşma mülkiyyət hüququnun xitamına səbəb ola bilməz, çünki, cavabdehin yazdığı ərizə notariatda təsdiqlənməyib, mülkiyyət hüququndan imtina etməsi barədə heç bir hüquqi sənəd yoxdur. Alimentə dair məsələ uşağın hüquqlarını əhatə etdiyindən, bu gün "əvəzli razılaşma" hüquqi qüvvəyə malik deyil. Eyni zamanda, cavabdeh məhkəmə iclasında verdiyi izahatında da qeyd etmişdir ki, onlar həmin evdə birlikdə yaşamışlar, ona görə də aliment ödəməmişdir. Düzdür, ayrıldıqdan sonra iddiaçı ilə aralarında razılıq olmuşdur ki, alimentin qarşılığında o da, birgə mülkiyyətdə olan payından imtina edəcəkdir. Lakin bir müddət birlikdə yaşamışlar, hazırda aralarında narazılıqlar yaranmışdır. Onu evə buraxmırlar, onun başqa yaşayış yeri yoxdur. O, hazırda payından imtina etmir, evin iddiaçının adına keçirilməsini istəmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarına əsasən Mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına uyğun məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh mülkiyyət hüququndan könüllü və hüquqi əsasla imtina etmədiyindən, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar