Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-645/2025 06.10.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı "əmlakın açıq hərracdan satılması və satış pulun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı "əmlakın açıq hərracdan satılması və satış pulun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 miras qalmış, Xaçmaz RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli BD102467 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi H77W0202569, mühərrikin nömrəsi və buraxılış ili 2000-ci il olan MİTSUBİSHİ PAJERO minik markalı 99BA986 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışlar ki, X7 xx.xx.2024-cü il tarixində vəfat etmiş, onun birinci növbəli vərəsələri olaraq həyat yoldaşı İddiaçı1, övladları İddiaçı2, İddiaçı3, X6, Cavabdeh qalmışdır. X1 miras olaraq Xaçmaz RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli BD1Q2467 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi H77W0202569, mühərrikin nömrəsi və buraxılış ili 2000-ci il olan MİTSUBİSHİ PAJERO minik markalı 99BA986 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi qalmışdır. Şabran rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2V-17Q reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən qeyd olunan miras əmlakdan hər biri 1/5 hissədə irs almalıdırlar. Cavabdeh şəxsən özü müraciət etmədiyi səbəbindən X1 miras qalmış paydan ona çatası hissə açıq saxlanılmışdır. Göründüyü kimi Cavabdeh notariat ofisinə müraciət edərək X1 miras qalmış paydan ona çatası hissəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmir, yaxud miras qalmış əmlakın onlara məxsus hissəsinin dəyərini onlara ödəməkdən imtina edir. Miras əmlak nəqliyyat vasitəsi olduğundan ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun deyildir. Göstərilən səbəbdən onlar miras əmlak üzərində sərbəst şəkildə mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər, həmin əmlak üzərində sərəncam verə bilmirlər. Ona görə də miras əmlak açıq hərracdan satılmalı və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı4 ərizə ilə məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, atasından MİTSUBİSHİ PAJERO minik markalı 99BA986 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi miras qalmışdır. Maşının satılmasına razı deyil. Atasından miras qalan hər şeyi iddiaçılar götürüb aparmışlar. Bu səbəbdən də, iddianı qəbul etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İş materialına əlavə edilmiş Şabran rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2V-17Q reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X5 vərəsələri İddiaçı1, İddiaçı2, İddiaçı3, X4r və onların hər biri miras əmlakdan 1/5 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Xaçmaz RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli BD1Q2467 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi H77W0202569, mühərrikin nömrəsi və buraxılış ili 2000-ci il olan MİTSUBİSHİ PAJERO minik markalı 99BA986 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Cavabdeh şəxsən özü müraciət etmədiyi səbəbindən X1 miras qalmış paydan ona çatası hissə açıq saxlanılmışdır. İş materialına əlavə edilmiş Şabran rayon İHB-nın Gəndov İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, mərhum X7 həqiqətən xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Vəfat edən günə kimi o, Şabran rayon Gəndov kəndində yaşamış və pasport qeydiyyatında olmuşdur. X2 ailə üzvləri – arvadı-İddiaçı1, övladları- İddiaçı2, İddiaçı3, X6 və Cavabdeh qalmışdır. İş materialına əlavə edilmiş AZ-İİ seriyalı 395576 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2024-cü ildə ölmüşdür. İş materialına əlavə edilmiş Xaçmaz RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli BD1Q2467 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ban nömrəsi H77W0202569, mühərrikin nömrəsi və buraxılış ili 2000-ci il olan MİTSUBİSHİ PAJERO minik markalı 99BA986 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi X5 adına qeydə alınmışdır. İş materiallarında olan Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti tərəfindən verilmiş «MİTSUBİSHİ PAJERO» minik markalı ** BA *** dövlət nömrə nişanlı avtomobilin bazar dəyərinin müəyyən edilməsi barədə xx.xx.2025-ci il tarixli 96 saylı hesabatdan görünür ki, «MİTSUBİSHİ PAJERO» minik markalı ** BA *** dövlət nömrə nişanlı avtomobilin bazar dəyəri 6200 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, X7 xx.xx.2024-cü il tarixində vəfat etmiş, onun birinci növbəli vərəsələri olaraq həyat yoldaşı İddiaçı1, övladları İddiaçı2, İddiaçı3, X6, Cavabdeh qalmışdır. X1 miras olaraq Xaçmaz RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli BD1Q2467 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi H77W0202569, mühərrikin nömrəsi və buraxılış ili 2000-ci il olan MİTSUBİSHİ PAJERO minik markalı 99BA986 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi qalmışdır. Şabran rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2V-17Q reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən qeyd olunan miras əmlakdan hər biri 1/5 hissədə irs almalıdırlar. Cavabdeh şəxsən özü müraciət etmədiyi səbəbindən X1 miras qalmış paydan ona çatası hissə açıq saxlanılmışdır. Eyni zamanda, Şabran Rayon Məhkəməsinin 14 iyul 2025-ci il tarixli qərardadına əsasən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti tərəfindən verilmiş «MİTSUBİSHİ PAJERO» minik markalı ** BA *** dövlət nömrə nişanlı avtomobilin bazar dəyərinin müəyyən edilməsi barədə xx.xx.2025-ci il tarixli 96 saylı hesabata əsasən «MİTSUBİSHİ PAJERO» minik markalı ** BA *** dövlət nömrə nişanlı avtomobilin bazar dəyəri 6200 manat təşkil etməsi müəyyən edilmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin ediməli, X3 miras qalmış, Xaçmaz RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli BD102467 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi H77W0202569, mühərrikin nömrəsi və buraxılış ili 2000-ci il olan MİTSUBİSHİ PAJERO minik markalı 99BA986 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi 6200 manata açıq hərraca çıxarılaraq satılmalı və satışdan əldə edilən pul ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. X3 miras qalmış, Xaçmaz RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli BD102467 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi H77W0202569, mühərrikin nömrəsi və buraxılış ili 2000-ci il olan MİTSUBİSHİ PAJERO minik markalı 99BA986 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi 6200 (altı min iki yüz) manata açıq hərraca çıxarılaraq satılsın və satışdan əldə edilən pul ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölünsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-645/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-645/2025
06.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver