Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-655/2023 26.10.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X3 Hidayət oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Torpaq sahəsinin bölünməsi, payın ayrılması” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Torpağa mülkiyyət hüququna dair JN:0029, kod 30408038 olan dövlət aktına əsasən ümumi birgə mülkiyyətdə olan 1.69 ha torpaq sahəsinin bölünərək payının 1/4 hissə olaraq müəyyən edilməsi və payının (0.4225 ha torpaq sahəsinin) naturada ayrılması(faktiki istifadəsində olan ağaclar əkdiyi hissədə) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək bildirdi ki, Cavabdeh qarşı torpaq sahəsinin bölünməsi, payın ayrılması tələbi barədə məhkəmədə iddia qaldırmışdır. Öz aralarında mübahisənin həll edilməsi üçün ərizənin geri qaytarılması və iddianın baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddiaçı X1 məhkəmədə ona qarşı qaldırdığı iddia ərizəsinin geri qaytarılmasına və iddianın baxılmamaış saxlanılmasına etiraz etmir. Azərbaycan Respublikası MPM-nin 259.0.11. maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılmasını xahiş etdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll edilməsini tələb etmədiyindən iddia baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260 maddələrin rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin bölünməsi, payın ayrılması tələbi barədə mülki iş üzrə iddiaçı iddia ərizəsinin qaytarılmasını xahiş etdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll edilməsini tələb etmədiyindən iddia baxılmamış saxlanılsın. Qərardaddan on gün müddətində Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Cabbarov.
Məhkəmə qərarları › İş №2(031)-655/2023
Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-655/2023
26.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver