Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-723/2023 19.10.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X3 Hidayət oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şabran şəhər Bələdiyyəsinə qarşı mülkiyyətində olan sahədən zəruri yol və keçid tələbi barədə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Şabran şəhər Bələdiyyəsi tərəfindən, ona mülkiyyətində olan torpaq sahəsindən ictimai yola eni 4 metr uzunluğu 15 metr olmaqla zəruri yol və keçid verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki, ünvan 1-də qardaşı X1 evində kirayəçi qismində yaşayır. Bir neçə müddətdir ki, qardaşının torpaq sahəsinə bitişik torpaq sahəsinin üzərində ev tikmiş və həmin ev əvə tikilmiş evin altındakı torpaq sahəsinə xx.xx.2023-cü il tarixində müvafiq çıxarış almışdır. **********26 daşınmaz əmlakın reyestr nömrəli çıxarış ********** qeydiyyat nömrəsi ilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsdə qeydiyyata almışdır. Həmin torpaq sahəsi onun baba mülküdür, lakin müvafiq sənədlər olmadığına görə, o həmin torpaq sahəsini xx.xx.2023-cü ildə Şabran şəhər Bələdiyyəsi ilə bağladığı alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. O, öz torpaq sahəsindən piyada və nəqliyyat vasitəsinin keçməsi ilə əlaqədar, Şabran şəhər Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən zəruri yol və keçid əldə etməsi zərurəti yaranmışdır. O, Şabran şəhər Bələdiyyəsinə müraciət etsə də, onlar ona məhkəməyə müraciət edilməsini tövsiyyə etmişlər. Hal-hazırda onun tikdiyi evin sol tərəfindən eyni 4 metr uzunluğu 15 metr olan keçid və yoldaq istifadə zərurəti yaranmışdır. Onun tələb etdiyi zəruri yol və keçid vaxtı ilə mövcud olmuşdur və son üç ilədək həmin ərazidən onun evinə gələn su və kanalizasiya xətləri də keçmişdir. Lakin qonşu tərəfindən həmin ərazi zəbt edildiyinə görə, həmin xətləri oradan çıxartmışdır. Hal-hazırda həmin xətlər mövcud olmadığına görə, onun evinin komunal təhcizatında çətinliklər yaradır. Xahiş edir, Şabran şəhər Bələdiyyəsi tərəfindən, ona, mülkiyyətimdə olan torpaq sahəsindən ictimai yola eni 4 metr üzünlüğü 15 metr olmaqla zəruri yol və keçid verilməsi barədə qətnamə çıxarılsın. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, yolu qonşusu Fikrət adlı şəxs tutmuşdur, lakin torpaq sahəsini Şabran Bələdiyyəsi verdiyinə görə ona qarşı iddia qaldırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Şabran şəhər Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia iddiaya cavab verməli olmayan şəxsə (əsl cavabdehə) qarşı verilmədiyindən təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İşə əlavə edilmiş 005553 saylı şəhid ailəsi üzvünün vəsiqəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. İşə əlavə edilmiş Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 17 iyul 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1-də qeydiyyatdadır. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********26, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən İddiaçı mülkiyyətinə 0.05 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcələnin 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd etmək vacibdir ki, iddia ərizəsini qəbul edən məhkəmə tələb hüququnun iddiaçıya məxsus olduğunu və cavabdehin iddiaya cavab verməli şəxs olduğunu müəyyənləşdirməlidir. Əsl olmayan cavabdehin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olur və buna görə də əsl olmayan cavabdeh əvəz edilmədən verilmiş iddianı həll etmək mümkün deyildir. Əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi həm iddiaçının vəsatəti əsasında, həm məhkəmənin öz təşəbbüsü ilə, o cümlədən əsl olmayan cavabdehin təşəbbüsü ilə ola bilər. Lakin hər bir halda bunun üçün iddiaçının razılığı tələb olunur. Kimin təşəbbüsü ilə baş verməsindən asılı olmayaraq, məhkəmə əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi haqqında qərardad çıxarır. Həmin qərardadın çıxarılması əvvəlki cavabdehin öz prosessual statusunu itirməsi, eyni zamanda yeni şəxsin cavabdeh qismində işə cəlb olunması deməkdir. Ona görə də qərardad çıxarıldıqdan sonra iddia ərizəsinin surəti və digər məhkəmə sənədləri rəsmi qaydada yeni cavabdehə göndərilir. Prosesə cəlb edilən yeni cavabdeh bütün prosessual hüquqlardan istifadə edir və bütün prosessual vəzifələri daşıyır. Əsl olmayan cavabdeh əvəz edildikdən sonra işə əvvəldən, yəni mülki işin məhkəmədə baxılmağa hazırlanması mərhələsindən icraat başlayır. Əsl olmayan cavabdehin əvəz edilməsi birinci instansiya məhkəməsində işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər mümkündür. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Məhkəmə prosesinin gedişində iddiaçının diqqətinə cavabdehin iddiaya cavab verməli olmadığı şəxs çatdırılmış, lakin o cavabdehin əsl cavabdeh ilə əvəz edilməsinə razılıq verməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdeh Şabran şəhər Bələdiyyəsinə qarşı ona mülkiyyətində olan torpaq sahəsindən ictimai yola eni 4 metr uzunluğu 15 metr olmaqla zəruri yol və keçid verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(031)-723/2023
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-723/2023
19.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver