Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-760/2020 23.11.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 qarşı Üçüncü şəxs: Şabran rayonu Aygünlü kənd tam orta məktəbin direktoru X1 iştirakı ilə, Maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə mülki işə xx xxxxxx 2020-ci ildə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, 2019-2020-ci tədris ilinin sentyabr ayının 15-dən 2019-2020-ci tədris ilinin sonuna qədər o, İddiaçı Nurəddin qızından qanunsuz olaraq alınıb Cavabdeh2 verilmiş, Azərbaycan dili -10 saat, riaziyyat-5 saat, fiziki tərbiyə-2 saat, ümmui 17 saat dərs saatın, sinif rəhbərliyi üçün ödənilən məbləğ və il ərzində bu saatlara və sinif rəhbərliyinə görə ona düşən məzuniyyət pulunun da məbləğə əlavə olunaraq, ümumilikdə 12 ayda ona dəyən 5694 (17 dərs saatı- 343 manat 44 qəpik, sinif rəhbərliyi-40 manat, ümumi 474,44 manat) manat maddi zərərin və 10 000 manat mənəvi zərərin, cəmi 15694 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq, o, İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qızı məhkəmə iclasında iddiasını müdafiə edərək bildirdi ki, o, 2007-ci ildə Bakı Sənaye-Pedaqoji texnikumunu bitirmiş və 2007-ci ildən Şabran rayon Cəlal Məmmədov adına Aygünlü kənd tam-orta məktəbdə ibtidai sinif müəlliməsi işləyir. 2017-ci ilin 21-23 noyabr tarixində Quba şəhərində keçirilən Diaqnostik Qiymətləndirmədə məktəb üzrə ən yüksək bal-49 bal (31 bal ixtisas, 18 bal metodika) o toplamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxxx 2015-ci il tarixli 994 saylı əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarımmn diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaların”da və digər normativ hüquqi aktlarda təhsil müəssisələrinin rəhbərlərinə tapşırılmışdır ki, müəllimlər arasında dərs yükünün bölüşdürməsi, onların karyera inkişafı və əməyinin düzgün dəyərləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələri alınsın, buna baxmayaraq, ona Şabran rayon Cəlal Məmmədov adma Aygünlü kənd tam-orta məktəbin sabiq direktoru Cavabdeh1 məktəb üzrə ibtidai sinif müəllimləri arasında ən yüksək bal toplamağına baxmayaraq, nə sinif rəhbərliyi, nə də ki, əsas dərs saatları vermirdi. O, da bu haqda Təhsil Nazirliyinə məktub yazmışdır. Təhsil Nazirliyinin Rayon(şəhər) təhsil şöbələrinin(idarələrinin) ərazi X2 ünvanlanmış xx xxxxxxxx 2017-ci tarixli xx-xx-2589/1 saylı mətubundan sonra sabiq direktor Cavabdeh1 ən az bal toplamış müəllim(2017-ci ildə 26 bal(20 bal ixtisas, 6 bal metodika); 2018-ci ildə- 41 bal(24 bal ixtisas, 17 bal metodika), yəni yaxın qohunu(baldızı) olan Cavabdeh2 sinif rəhbərliyi alınmaqla, İİ-ci sinifə rəhbər o təyin olunmaqla, Azərbaycan dili 10 saat və ev məktəbi İV sinifdə 8 saat olmaqla, cəmi 18 saat dərs yükü ilə təmin edilməyi barədə xx xxxxxxxx 2017- ci il tarixli 61 №li əmr çıxartmışdır. Məktəbin digər müəlliməsi, 1988-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunu bitirmiş Cavabdeh2 direktor Cavabdeh1 61 №-li əmrdən narazı qalaraq, Şabran rayon məhkəməsində sabiq direktor Cavabdeh1 qarşı iddia qaldırılaq, həmin əmrin ləğv edilməsi, sinif rəhbərliyinin və dərs saatlarının İddiaçı alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, o, institut bitirib, və onun 30 il əmək stajı vardır, onun yerinə təyin olanan onun, R.S. Şahkərəmovanın isə barəsində texnikum bitirməyinə baxmayaq, məlumat bilərəkdən düzgün göstərilməyərək güya kollec bitirməyi və 11 il iş stajı vardır. Və bildirmiş ki, onu ailəsində hüzür düşdüyündən o imtahanlara hazırlaşa bilməmiş, onun üçün az bal toplamışdır. Bildirmək istəyir ki, həmin ərəfədə onun da ailəsində xəstə var idi və o, onun müalicəsi və qulluğu ilə məşğul olurdu. Cavabdeh2nm 2017-ci ildə az bal toplamasına baxmayaq, o, 2018-ci ildə də keçirilən diqanostik qiymətləndirməyə hazırlaşaraq, təkrar imtahan versədə, yenədə onun topladığı bala çata bilməmiş, Cavabdeh1 iddiaya qarşı vermiş olduğu etiraz ərizəsini məhkəmə iclasında geri götürərək bildirib ki, o, əmri Təhsil Nazirliyinin xx xxxxxxxx 2017-ci il tarixli məktubuna əsas olaraq yazıb və ona sonradan məlum olmuş ki, həmin məktubda diaqnostik qiymətləndirmənin nəticələrinə görə sinif rəhbərinin təyin edilməsi və ya çıxarılması göstərilməmişdir. Buna etiraz olaraq o, bildirmək istəyir ki, ibtidai sinif rəhbəri, sinifə kim əsas dərs saatları deyirsə, hansı müəllim daha çox dərs saatı deyir, şağırdlərlə daha çox təmasda olursa, o da sinif rəhbəri təyin edilməlidir. Şabran rayon məhkəməsi 2(031) -656/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən (hakim Ç.İsgəndərov) Cavabdeh2nm iddiası qismən təmin edilərək, Şabran rayon Cəlal Məmmədov adma Aygünlü kənd tam-orta məktəbin direktoru C.M.Əliycvin xx xxxxxxxx 2017-ci il tarixli 61 No.-li əmrin “məktəbin İİ-ci sinifinə rəhbər təyin edilməklə” hissəsi ləğv edilmişdir. Cavabdeh2nm qaldırdığı iddia onun hüquqlarına toxunmasına baxmayaq və o, bu işdə 3cü şəxs olmağına baxmayaraq, o, məhkəmə prosesinə dəvət olunmamış və məhkəmə qətnaməsi çıxarıldıqdan sonra bundan xəbər tutmuşdur. Hüquqları pozulduğundan o, Şabran rayon məhkəməsinin 2(031)-656/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti vermişdir. Şikayət verməyinə və Şabran rayon məhkəməsinin qətnaməsinin qüvvəyə minməməsinə baxmayaraq, sabiq direktor Cavabdeh1 saxtakarlıq edərək 2019-cu ilin sentyabr ayında çıxardığı qeyri-qanuni əmrə əsasən həm sinif rəhbərliyinin həm də həftə ərzində 17 dərs saatı əlindən alınaraq, baldızı Cavabdeh2 verilmişdir. Qeyd etmək istəyir ki, ibtidai siniflərdə informatika və xarici dildən başqa dərs saatları bölünə bilməz. Bununla əlaqədar sinif rəhbərliyi üçün aylıq 40 manat və 17 dərs saatı üçün aylıq 474 manat dəyərində maddi ziyan vurulmuşdur. O, sabiq direktor Cavabdeh1 bu qeyri- qanuni əmrindən Təhsil Nazirliyinə şikayət verdikdən və sinif şagirdlərinin valideyinlərinin qəti etirazından və Təhsil Nazirliyinə göndərdikləri şikayət məktubundan sonra, Təhsil Nazirliyi bu işi araşdırmış və Cavabdeh1 etdiyi qanunsuz əməllər barədə izahat verməsini tələb etmişdir, nazirliyin haqlı iradları qarşısında aciz qalaraq, o,məktəb direktorluğundan öz xahişi ilə azad olmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsi 2(105) -3954/2019 saylı xx xxxxxx 2019-cu il tarixli (sədr- S.Qafarov, hakimlər- L.Məmmədova və F. Məmmədov) qətnaməsinə əsasən Şabran rayon məhkəməsinin 2(031) -656/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi qismən ləğv edilərək, Şabran rayon məktəbin xx xxxxxxxx 2017-ci il tarixli 61 No.~li əmrin ləğvi barədə iddia tələbi rədd edilmişdir. Cavabdeh2 süni süründürməçilik yaratmaq məqsədi ilə Sumqayıt Apelyasia Məhkəməsinin həmin qətnaməsindən kassasiya şikayəti vermiş və Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102) -3107/202-ci saylı xx xxxx 2020-ci il qərarı ilə Cavabdeh2nm kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)- 3954/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şabran rayon Cəlal Məmmədov adma Aygünlü kənd tamorta məktəbin sabiq direktoru Cavabdeh1 və həmin məktəbin müəlliməsi S.M.Orııcovanm qeyri- qanuni hərəkətləri nəticəsində ona həm maddi, həm də mənəvi ziyan vurulmuşdur. O, məktəb üzrə ən yüksək bal toplamağına baxmayaq, həm sinif rəhbərliyindən həm də həftə ərzində 17 dərs saatından məhrum edilmişdir. Bu məsələ nəinki tək onun, hətda bütün resbublika müəllimlərinin hüquqlarının pozulması deməkdir. Əgər belədirsə onda nədən müəllimlər çalışıb, diaqnostik qiymətləndirməyə hazırlaşır, yüksək bal toplayır və sonda az dərs saatı verilmiş olur. Sabiq direktor və baldızının qanuna zidd əməlləri birbaşa Azərbaycan Respublikasının Prezidentinin 2013-cii il 24 oktyabr tarixli 3 nömrəli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasf’nm tələblərinə əməl etməmək deməkdir. Bütün bunlar azmış kimi Cavabdeh2 mütəmadi olaraq məktəbdə onu sıxışdırır, söz atır, dərs vaxtı sinifə girib, dərs saatlarını pozur, öz qohumları olan şagirdlərin valideyinlərindən ona qarşı saxta imzalar toplayır, onu kollektiv arasında nüfuzdan salmağa çalışır. O, ən yüksək bal topladığı halda sinif rəhbərliyinin ondan alınması ona mənəvi olaraq pis təsir edir, onun psixoloji durumuna təsir edir, onların vəkili olan X6 Apelyasiya məhkəmsində proses zamanı bildirmiş ki, İddiaçı özünün övladı olmadığından, o digər uşaqları tərbiyyə etməyə qadir deyil. Orucovanın nümayəndəsi (həyat yoldaşı) məhkəmədə güya onun əsəb xəstəsi olduğunu, uşaqları döydüyünü bildirərək, məhkəməyə yalan məlumat vermişdir. Bu yalan məlumatdan sonra, o, Cavabdeh2nm özünün uşaqları döydüyü haqqında məhkəməyə sübut təqdim etmişdir. Qarşılaşdığı haqsızlığa görə o, hələdə mənəvi sarsınti keçirir. Ona dəymiş mənəvi ziyan maddi ziyandan daha ağırdır. Xahiş edir, 2019-2020-ci tədris ilinin sentyabr ayının 15-dən 2019-2020-ci tədris ilinin sonuna qədər o, İddiaçı Nurəddin qızından qanunsuz olaraq alınıb Cavabdeh2 verilmiş, Azərbaycan dili -10 saat, riaziyyat-5 saat, fiziki tərbiyə-2 saat, ümmui 17 saat dərs saatın, sinif rəhbərliyi üçün ödənilən məbləğ və il ərzində bu saatlara və sinif rəhbərliyinə görə ona düşən məzuniyyət pulunun da məbləğə əlavə olunaraq, ümumilikdə 12 ayda ona dəyən 5694 (17 dərs saatı-343 manat 44 qəpik, sinif rəhbərliyi-40 manat, ümumi 474,44 manat) manat maddi zərərin və 10 000 manat mənəvi zərərin, cəmi 15694 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq, o, İddiaçı verilməsi barədə qətnamə çıxarılsın. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, 1988-ci ildə V.İ.Lenin adına X10 ordenli Azərbaycan Dövlət Pedeqoji İnstitutunun «X3 Metodikası» fakultəsini bitirmişdir. 1988-ci ildən təyinata əsasən Cəlal Məmmədov adına Aygünlü kənd tam-orta məktəbində ibtidai sinif müəlliməsi işləmiş, 30 il əmək stajı var. İddiaçının məhkəmədə ona qarşı qaldırdığı iddia tələbi ilə razı deyil, iddianı qəbul etmir. Ona dərs saatları qanunamüvafiq şəkildə məktəbin əmrinə əsasən verilmişdir. İlk növbədə onu bildirmək istəyir ki, ədalətsizliyin birinci qurbanı elə o, olmuşdur. Çünki diaqnostik qiymətləndirmədən sonra topladığı bal sinif rəhbərliyini və dərs saatlarının ondan alınması üçün əsas deyildir. Çünki ondan da az bal toplamış müəllimlərə (iki müəllim) ondan çox dərs saatları verilmişdir. Onun məhkəmədə iddia qaldırmağının səbəbi ona qarşı törədilmiş qərəzli münasibət olmuşdur. O, öz dərs saatlarını və sinifində sinif rəhbərliyini tələb etmişdir. Başqa müəllimdən yox. Bu dərs saatları İddiaçı müstəsna mülkiyyəti deyildir. O, faktiki olaraq üzərinə düşən əmək funksiyasını yerinə yetirmiş, dərs deyib və bunun müqabilində dövlətdən saat almışdır. İddiaçının iddia tələbini təsdiqləyən sübüt növləri məhkəməyə təqdim edilməmişdir və edilməyəcəkdir. Xüsusi ilə də mənəvi zərərin miqdarını təsdiqləyən sübut növləri. Bu səbəbdən də hesab edir ki, iddiaçının iddiası əsassızdır və heç bir sübut növü ilə təsdiqlənmədiyi üçün rədd edilməlidir. Xahiş edir, İddiaçı iddiası əsassız olduğundan təmin edilməsin. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, Şabran rayonu Cəlal Məmmədov adına Aygünlü kənd tam-orta məktəbinin direktoru vəzifəsində işləmişdir. İddiaçı məhkəmədə ona qarşı qaldırdığı iddiasına etiraz edir. O, verdiyi əmri əsaslı hesab edir, çünki o, Şabran rayon məhkəməsinin qətnaməsi və X5 qərarı ilə əmr vermişdir. Valideynlər də sinifin Sevil müəlliməyə verilməsini xahiş etmişlər. Dərs bölgüsü zamanı diaqnostik qiymətləndirməyə əsasən ən çox dərs saatı Röya müəlliməyə verilmişdir. Röya müəllimə rayonda ən çox dərs saatı verilən müəllimədir. Təlimata əsasən sinif rəhbərinə riaziyyat, ana dili, həyat bilgisi dərsləri verilir. Onun əlində Təhsil Nazirliyinin təlimatı, Şabran rayon məhkəməsinin qətnaməsi var. Təhsil Nazirliyinin təlimatına əsasən sinif rəhbərinə əsas dərslər verilir. Pedeqoji Şuranın qərarı olmuş, həmin qərara əsasən onun verdiyi xx xxxxxxxx 2019-cu il tarixli əmri qüvvədə saxlanılmışdır. Onun Apelyasiya şikayəti verməsini bilməmişdir. Sevil müəlliməyə azərbaycan dili, riaziyyat, fiziki tərbiyə əsas dərslər verilmişdir. X9 Röya müəllimə də iştirak etmişdir, o, qəbul edilmiş əmrlə razılaşmışdır. Sonradan niyə şikayətçi olmasını bilməmişdir. Ən çox dərs saatı onda olmuş, dərs deyib əmək haqqısını da almışdır. Bu səbəbdən də, iddianın ona qarşı olan hissəsini əsassız hesab edir. Xahiş edir, iddia əsassız olduğundan təmin edilməsin. Üçüncü şəxs Şabran rayonu Cəlal Məmmədov adına Aygünlü kənd tam-orta məktəbinin direktoru X4 məhkəmə iclasında bildirdi ki, Şabran rayonu Cəlal Məmmədov adına Aygünlü kənd tam-orta məktəbinin direktoru vəzifəsində işləyir. Təhsil Nazirliyinin müvafiq təlimatına görə ibtidai sinif rəhbərləri ana dili və riaziyyat dərslərini tədris etməlidir. Metodik göstərişə əsasən diaqnostik qiymətləndirməyə görə dərslər müəllimlərə verilir. Yüksək bal toplayan müəllim artıq dərs deməlidir. Əgər əmr verilməsəydi Sevil müəllimə dərs deməzdi. O, dərs deyib əmək haqqısını almışdır. Məktəb bunun üçün məsuliyyət daşımır. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş Şabran rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(031)-656/2019 saylı qətnaməsindən görünür ki, Şabran rayon C.Məmmədov adına Aygünlü kənd tam orta məktəbi üzrə məktəbin direktoru Cavabdeh1 xx xxxxxxxx 2017-ci il tarixli 61№-li əmri məktəbin İİ sinifinə rəhbər təyin edilməklə hissədə ləğv edilmişdir. İddia ərizəsinin qalan hissəsi əsassız olduğundan təmin edilməmişdir. İşə əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(105)-3954/2019 saylı qətnaməsindən görünür ki, apelyasiya şikayəti qismən təmin edilmiş, Şabran rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, Şabran rayonu Cəlal Məmmədov adına Aygünlü kənd tam orta məktəbi üzrə sinif rəhbərliyinin Cavabdeh2 alınıb İddiaçı verilməsi barədə xx xxxxxxxx 2017-ci il tarixli 61№-li əmrin ləğvi barədə iddia tələbi rədd edilmişdir. İşə əlavə edilmiş azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(102)-3107/2020 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh2 kasasiya şikayəti təmin edilməmişdir. İş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3954/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş BB-İİ seriyalı 044111 saylı Diplomdan görünür ki, İddiaçı 2003-cü ildə Bakı Sənaye-Pedaqoji texnikumuna daxil olmuş və xx xxxxxx 2007-ci ildə ibtidai təhsil ixtisası üzrə tam kursu bitirmişdir. İşə əlavə edilmiş Şabran rayon Aygünlü kənd tam orta məktəbi tərəfindən verilmiş xx xxxxxxxx 2017-ci il tarixli 61 saylı əmrdən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin keçirdiyi diaqnostik qiymətləndirmənin nəticələrinə görə 49 bal tpladığı üçün məktəbin İİ sinfinə rəhbər təyin edilməklə, həmin sinifdə Azərbaycan dilindən 10 saat və o, məktəbi İV sinifində 8 saat olmaqla, cəmi 18 saat dərs yükü ilə təmin edilmişdir. İşə əlavə edilmiş 2 saylı X7 Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 239 saylı məktubdan görünür ki, Şabran rayon Aygünlü kənd tam orta məktəbin müəllimi İddiaçı xx xxxxxxx 2019/2020-ci dərs ilində 11 il staj və 460 manat aklada işləmişdir və həftəlik dərs yükü 15 saat olmuşdur. Onun hesablanmış əmək haqqısı 383.33 manat təşkil etmişdir. Sorğunuza cavab olaraq bildirilir ki, Azərbaycan dili (10 saat)-255.60 manat, riyaziyyat (5 saat)-127.80 manat, fiziki tərbiyə (2 saat)-51.12 manat, sinif rəhbərlik-40.00 manat, cəmi:474.44 Azn x 9 = 4270.00 AZN edir. Məzuniyyət pulu 873.97 AZN edir. İşə əlavə edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Rayon (şəhər) təhsil şöbələrinə (idarələrin), X7 Mərkəzlərinə ünvanlanmış xx xxxxxxxx 2017-ci il tarixli xx-xx-2589/1 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 3 nömrəli sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strotegiyası»nda yüksək nüfuzlu təhsilverənin formalaşdırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilmiş, bu hədəfə nail olmaq üçün nəticə əsaslı əmək haqqı və stimullaşdırma sisteminin yaradılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin «dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin yekunun və bacarıqlarının artırılması haqqında» xx xxxxxx 2015-ci il tarixli Sərəncamına əsasən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1 5 dəfə artıq vəzifə maaşı 2 dəfə artırılmışdır. Eyni zamanda, ölkə Prezidentinin xx xxxxxx 2017-ci il tarixli sərəncamına əsasən Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2015-ci il tarixli 994 nömrəli əmri ilə təsdiq edilmiş «Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları»nda xx.xx.2017-ci il tarixli 54 nömrəli ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə təlabatın müəyyənləşdirilməsi pedeqoji kadrların işə qəbul və yerləşdirilməsi Qaydaların»da və X7 Mərkəzinin nümunəvi əsasnaməsində təhsil müəssisələrinin rəhbərlərinə müəllimlər arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı əməyinin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələrinin nəzərə alınması tapşırılmışdır. Təhsil Nazirliyinə daxil olmuş müraciətlər, aparılmış araşdırma və təhlillər göstərir ki, bir sıra hallarda məktəblərdə dərs bölgüsü aparılarkən diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınmır, subyektivlik hallar üstünlük təşkil edir. Bu hal qiymətləndirmədə yüksək nəticə göstərmiş müəllimlərin haqlı narazılığına səbəb olur. Qeyd edilənləri nəzərə alaraq ümumi təhsil müəssisələrində müəllimlər arasında bərs bölgüsünün diaqnostik qiymətləndirmə nəticələrinə proporsional olaraq aparılması, 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üün minimum dərs yükünün (6 saat) müəyyənləşdirilməsi sizə tapşırılır. Eyni zamanda, dərs yükü bölünərkən peşəkarlığı, yüksək nəticələri ilə fərqlənən müəllimlərə xüsusi yanaşmanın tətbiq edilməsi, məsələyə tam obyektiv və ədalətlə yanaşılması zəruridir. Diaqnostik qiymətləndirmə nəticələri ilə dərs yükünün korrelyasiyasının müəyyənləşdirilməsi məqsədilə tarifləşmə siyahısı formasında dəyişiklik edilmişdir. Müəllimlər arasında dərs bölgüsü zamanı müəyyənləşdirilmiş tələblərin nəzərə alınması mümkün olmaan hallarla bağlı məktəb rəhbərləri və yerli təhsili idarəetmə orqanları tərəfindən müvafiq əsaslandırmalar tərtib edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.3. maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1. maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1. maddəsinə əsasən ətrafdakılar üçün təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizimlərindən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı madələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1. maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Bu Məcəllənin 21.2. maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21 və 23 maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx xxx 2002 il tarixli qərarında mənəvi ziyanın şərhi ilə bağlı göstərilir ki, «..mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz və digər maddi neymətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir…» Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3. maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericilikdə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara və işin həqiqi hallarına əsaslanaraq hesab edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrin rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV.
Məhkəmə qərarları › İş №2(031)-760/2020
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-760/2020
23.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver