Məhkəmə qərarları › İş №2(031)-784/2023

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-784/2023

23.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-784/2023 23.11.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Torpaq sahəsinin bölünməsi, payın ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “Torpaq sahəsinin bölünməsi, payın ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair JN-0009, kod 30411038 olan dövlət aktına əsasən ümumi birgə mülkiyyətdə olan 4.53 ha torpaq sahəsinin bölünərək payının 1/6 hissə olaraq müəyyən edilməsi və yerləşdiyi hər 3 ərazidən paylarına uyğun olaraq ayrılmaq şərtilə payının (0.755 ha torpaq sahəsinin) naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş baxılması üçün təyin edilmiş, iş üzrə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, məhkəmədə Cavabdeh qarşı “Torpaq sahəsinin bölünməsi, payın ayrılması” barədə iddia qaldırmışdır. Dövlə Aktında adı səhf yazıldığından, adının düzəliş edilməsi məqsədilə müraciət edəcək, ona görə də ərizəsinin geri qaytarılmasını xahiş edir. Belə ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 3 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 263-264-cü maddələrin rəhbər tutaraq məhkəmə qərara aldi: İddiaçı Cavabdeh qarşı “Torpaq sahəsinin bölünməsi, payın ayrılması” tələbi barədə məhkəməyə təqdim etdiyi iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən Kapital Bank ASC, Şabran filialı vasitəsi ilə dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar