Məhkəmə qərarları › İş №2(031)-805/2020

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-805/2020

01.12.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-805/2020 01.12.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı Torpağın ölçülüb verilməsi tələbi barədə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq ona İddiaçı, X14, Nağıyeva Gözəl Əlibala qızı, X18 etibar etdikləri pay torpaqlarının ayrılması və ölçülüb onun sərəncamına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin ayrılıb, bölünməsini, onun öhdəsinə verilməsini xahiş edir, torpağın cənub tərəfdən ölçülüb verilməsinə də razılığını verir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, öz ailəsi ilə birlikdə ünvan 1 göstərilən ünvanda yaşayır. O və ailəsi: oğlu X11, həyat yoldaşı Nağıyeva Gözəl Əlibala qızı, qızı Adgözəlova Yeganə Baba qızı, qızının həyat yoldaşı Adgözəlov Seyfəl Bəhruz oğlu qərara gəlmişlər ki, onlara dövlətləri tərəfindən verilən pay torpağına özləri, ayrı olmaqla əkin işləri aparmaqla torpaqlarından sərbəst istifadə etsinlər. Bu işdə onlara öz pay torpağının idarə edilməsini, bütün hərəkətləri etməyi etibar edən X14 və X13 onda Etibarnamələri vardır. Əllərində olan Azərbaycan Respublikasının Torpağa Mülkiyyət Hüququna dair JN06xx xxx 30401004 saylı Dövlət Aktı vardır. X4 2009-cu ildə rəhmətə gedəndən sonra heç bir sənədləşmə aparılmayıb. X15, Cavabdeh1, X14, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, İddiaçı, Nağıyeva Gözəl Əlibala qızı, X18, X2, X20 və X8. Şabran (Dəvəçi) rayon X5 xx xxxxxxxx 2000-ci il tarixli 06 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 9,0 hektar. O, xx.xx.2020-ci ildə özünə və bacısı Şəfiqəyə «çıxarış» alan zaman ona bildirmişdilər ki, Cavabdeh6 Əli qızının adı dövlət aktında olmasa da çıxarışda vardır. O, bilmirdi ki, 2000-ci ilə Cavabdeh6 Adgözəlov Namiz Adgözəl oğluna atası və o, özlərindən ayırıb ayrıca Dövlət Aktına onlara vermişlər. Bu səbəbdən də JN 06xx xxx 30401004 Dövlət Aktında Cavabdeh6, Adgözəlov Namiz Adgözəl oğlunun adı yoxdur. Sonradan çıxarışda Cavabdeh6 adı yazılmasından onlar xəbərsizdilər, onlara bəlli olmayan səbəbdir. 2018-ci il tarixdə verilmiş çıxarışlarda onların hər birinə 2/26 hissədə payları ayrılmışdır. Göstərdiklərini nəzərə alaraq xahiş edir, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********72 olan çıxarışa və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********73 olan çıxarışa əsasən 0.795106 ha və 8.206463 ha torpaq sahələrində onun, X9, Nağıyeva Gözəl Əlibala qızının və X13 adına olan hər birinə 2/26 hissədə paylar həmin torpaq sahələrinin cənub tərəfindən ayrılıb ölçülərək İddiaçı öhdəliyinə verilməsi barədə qətnamə qəbul edilsin. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Cavabdeh1 Əlibaba qızı məhkəməyə ərizə göndərərək İddiaçı torpaq sahələrinin cənub tərəfindən ayrılıb verilməsinə etirazı olmadığını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Şabran rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə DİN-nin 102 xidmətinə verdiyi məlumat ilə əlaqədar olaraq, Şabran RPŞ-də araşdırma aparılmış və araşdırma zamanı məlum olmuşdur ki, müraciətdə heç bir cinayət eləcə də inzibati xəta tərkibi olmadığından toplanmış material işə alınmış və müraciət mülki xarakterli olduğundan məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilmişdir. İşə əlavə edilmiş Şabran bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 182 saylı arayışdan görünür ki, həqiqətən də Şabran (keçmiş Dəvəçi) rayon X6 xx xxxxxxxx 2000-ci il tarixli 06 saylı qərarına əsasən Şabran şəhər sakinləri İddiaçı, onun həyat yoldaşı Nağıyeva Gözəl Əlibala qızı və bacısı X9 hər birinə (JN:621 saylı Dövlət Aktı) 0.692 ha pay torpaq sahəsi ayrılmışdır. İşə əlavə edilmiş Vİ-JQ seriyalı 340110 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Nağıyeva Gözəl Əlibala qızı xx xxxxxxxx 1995-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-0621 KOD30401004 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayon X5 xx xxxxxxxx 2000-ci il tarixli 06 saylı qərara əsasən X10 ailə üzvləri – Cavabdeh1, X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Adıgözəlov Bəhruz Adıgözəl oğlunun, İddiaçı, Nağıyeva Gözəl Əlibala qızının, X13, X1, X16 və X3 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 9.00 ha pay torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş AR-İ seriyalı 994268 saylı etibarnamədən görünür ki, X14 Azərbaycan Respublikası DTXK Dəvəçi rayon şöbəsi tərəfindən verilmiş JN-0621, KOD 30401004 olan, xx.xx.2002-ci il tarixli Şabran (Dəvəçi) şəhərində yerləşən, ümumi sahəsi 9.0 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə ona aid olan hissəsini idarə etməyi, üzərində istənilən sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə vermiş bütün əqdləri o cümlədən: satmaq haqqında əqd bağlamağı, bu əqd üzrə haqq-hesab aparmağı, mənə çatası pulu almağı və s. hərəkətlər etməyi İddiaçı etibar etmişdir. İşə əlavə edilmiş 32 AB seriyalı ******* saylı Etibarnamədən görünür ki, X18 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etmək onun üzərində sərəncam vermək, buna uyğun olaraq qanunvericiliyin icazə verdiyi formada bütün əqdləri bağlamaq: xüsusilə, almaq: o cümlədən Azərbaycan Respublikası, ünvan 3 ünvanında yerləşən içərsində tikili ilə birlikdə torpaq sahəsini satmaq hüququ, Şabran (Dəvəçi) şəhəri ərazisində yerləşən torpaq payını satmaq hüququ, daşınmaz əmlakın Vahid dövlət qeydiyyatı reyestrindən çıxarışları və bütün qeydiyyatdan keçmiş sənədləri almaq hüququ və s hüquqları İddiaçı etibar etmişdir. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********73 olan çıxarışdan görünür ki, İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı təyinatlı 8.206463 ha torpaq sahəsi verilmişdir. Həmin reyestr nömrəsi **********72 olan çıxarışa əsasən torpaq sahəsində İddiaçı, X9, Nağıyeva Gözəl Əlibala qızının, X13 payları hər biri üçün 2/26 hissədə müəyyən edilmişdir. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********72 olan çıxarışdan görünür ki, İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı təyinatlı 0.795106 ha torpaq sahəsi verilmişdir. Həmin reyestr nömrəsi **********72 olan çıxarışa əsasən torpaq sahəsində İddiaçı, X9, Nağıyeva Gözəl Əlibala qızının, X13 payları hər biri üçün 2/26 hissədə müəyyən edilmişdir. İşə əlavə edilmiş AR-İİ seriyalı 118391 saylı etibarnamədən görünür ki, Nağıyeva Gözəl Əlibala qızı xx xxxxxx 2020-ci ildə İddiaçı adına 20 il müddətinə etibarnamə vermişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. I. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X7 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.2.-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********73 olan çıxarışa əsasən 8.206463 ha torpaq sahəsində və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********72 olan çıxarışa əsasən 0.795106 ha torpaq sahəsində İddiaçı, X9, Nağıyeva Gözəl Əlibala qızının və X13 adına olan hər birinə 2/26 hissədə payları həmin torpaq sahələrinin cənub tərəfindən ayrılıb ölçülərək İddiaçı öhdəsinə verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********73 olan çıxarışa əsasən 8.206463 ha torpaq sahəsində və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********72 olan çıxarışa əsasən 0.795106 ha torpaq sahəsində İddiaçı, X9, Nağıyeva Gözəl Əlibala qızının və X13 adına olan hər birinə 2/26 hissədə payları həmin torpaq sahələrinin cənub tərəfindən ayrılıb ölçülərək İddiaçı öhdəsinə verilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar